Azəri
Friday 19th of April 2024
0
نفر 0

İlahi bərəkəti cəlb etməyin 8 yolu

İlahi bərəkəti cəlb etməyin 8 yolu

Allah Öz rəhmətini bəndələrindən o zaman çəkər ki, günaha üz çevirər və Allahı unudarlar. Əksinə, tövbə və istiğfar etmək İlahi rəhmət və bərəkəti cəlb etməyin yollarından biri sayılır.

 

İslam dininin nəzərinə görə, insan sadəcə maddi bir varlıq deyildir. Mənəvi məsələlər də onun həyatına təsir qoyur. Mənəvi məsələlərdən biri də bərəkət mövzusudur ki, əgər amillərinə riayət olunarsa, müsbət nəticələr gətirər. Bərəkət sərvətdən də mühüm bir amildir. Çünki sərvət gəldi-gedəndir, ancaq bərəkət qalıcıdır. Bərəkət sadəcə mala aid edilmir. İnsanın ömrünə, zamana da aid edilir. (Tebyan)

 

Bərəkəti cəlb edən amilləri tanıyaq:

 

1. Dua. Həzrət Peyğəmbər (s) buyurur: “Qardaşınıza mübarək olsun deyin və onun üçün bərəkət istəyin. Din qardaşlarınız üçün bərəkət istəmək möminlərdə çoxlu müsbət enerji icad edər. Çünki həqiqi möminlərin varlığı bərəkətlə doludur və qardaşlarının haqqında dua etməsi həyatlarına bərəkəti hədiyyə edər”.

 

2. İman və təqva. İmam Əli (ə) buyurur: “Sizə İlahi təqvanı tövsiyə edirəm. Çünki hər kim təqvaya riayət edər, çətinliklər yaxınlaşandan sonra ondan uzaqlaşar. Nemətlər quruyandan sonra onun üçün qaynayar. Bərəkət yağışı nəm-nəm olandan sonra onun üçün sel olar”.

 

3. Zəkat vermək. İmam Baqir (ə) buyurur: “Əgər hər şeyin zəkatını versək və zəkatı bərəkət mənbəyi bilsək, o zaman onun ümumi mənasına rast gələrik ki, bu mənaya riayət etmək həyatın müxtəlif sahələrində bərəkətli həyatı bizim üçün ərməğan gətirər”.

 

4. Sileyi-rəhm. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ömrünün uzun və ruzisinin çox olmasını istəyirsə, İlahi təqvaya riayət etsin və sileyi-rəhm etsin”.

 

5. Evə daxil olan zaman salam vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman sizlərdən biriniz evə daxil olar, salam versin. Çünki bərəkət gətirər və mələklər onunla yaxın olar”.

 

6. Ticarətdə düz danışmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman iki ticarətçi düz danışar, onların hər ikisinə bərəkət verilər. Nə zaman yalan desələr, heç birinə bərəkət verilməz”.

 

7. İlahi təqdirə razı olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin ruzisi olar, çarəsiz ona çatar. Hər kim ona razı olar – onun üçün bərəkətli olar. Hər kim ona razı olmaz – nə bərəkət tapar və nə də ona kifayət edər”.

 

8. Qənaət. Həzrət Peyğəmbər (s) buyurur: “Qənaət – bərəkətdir”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment