Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İnsan niyə ölür?

İnsan elə bir varlqıdır ki, bu dünyada az və məhdud bir həyat sürər və sonra da cavidan dünyaya yollanar. “Hər bir millət və dəstə üçün (dünya həyatından müəyyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər”. (“Əraf” 34).
Dünya həyatı başdan-başa məhdudiyyətlərlə doludur. Ancaq insanın arzuları sonsuz və nəhayətsizdir. Ona görə də insan bu arzularını həyata keçirtmək üçün gərək cavidan həyata malik olsun. Lakin bu dünya elə bir dünyadır ki, insan arzularının hamısını həyata keçirdə bilmir. Eyni zamanda, burada ədalətə riayət olunmur. Ona görə də ədalətin bərqərar olması və zalımların cəza görməsi üçün başqa bir aləmin olması zəruridir. Bu da ölümün mənasıdır.
Hər bir insan bu dünyaya gəldiyi gündən çətinliklər içərisində olar. Bu çətinliklərdən ən yaxşı xilas yolu – ölümdür. Belə ki, Əmirəl-möminin (ə) buyurur: “Əcəl necə də yaxşı dərmandır”. Əlbəttə, ölmək dedikdə məqsədimiz o ölümdür ki, insanın sorağına gələr, nəinki insan özü intihar edər. (Tebyan)

Ruhun əhəmiyyəti.
İnsan varlığında böyük əhəmiyyətə malik olan şey – onun həqiqət və batinidir. İnsanın həqiqəti – həmin ruhudur. Cisim – ruhun xidmətində dayanan bir vasitədir. Həzrət Peyğəmbər (s) buyurur: “Siz məhv olmaq üçün xəlq edilməmisiniz. Qalmaq üçün yaranmısınız. Ölümlə yerinizi dəyişərsiniz. Bir mənzildən başqa bir mənzilə köçərsiniz”.
Ölüm, cismin məhv olmasına səbəb olar. Çünki ruhu artıq ondan ayrılmışdır. İnsan ruhu üç dünyaya daxil olar. Bu dünyada isə cismin əsiri olar. Bərzəx aləmində genişliyə çıxar və Qiyamət günü çiçəklənər. Ona görə də insan ruhu ölümlə azadlıq tapar, ancaq bir şərtlə ki, bu dünyada özünü əsir və giriftar etməyibdirsə.
Qurani-Kərimin nəzərinə görə, ölüm və həyat – insanın imtahan olmaq vasitələridir. “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Mulk” 2).
Ölümün həqiqəti budur ki, insan bir dünyadan başqa bir dünyaya gedər. Allah bəndələrini imtahana çəkərək, onların istedadlarını üzə çıxardar və onların çiçəklənlməsinə səbəb olar. Bu imtahan insanları əməl meydanına tərəf çəkər. İnsan bu imtahanda ya paklanar, ya da günaha batar və məğlub olar.
İmam Sadiq (ə) yuxarıdakı ayə ilə bağlı buyurur: “Məqsəd o deyildir ki, hansı biri daha çox əməl edəcəkdir. Məqsəd odur ki, hansı daha düzgün əməl edəcəkdir. Düzgün əməl odur ki, Allahpərəstlik və pak niyyətlə olsun. Əməli çirkinliklərdən qorumaq, əməlin özündən də çətin işdir. Xalis saleh əməl – o əməldir ki, Allahdan başqa heç kəsin ona görə səni mədh etməsini istəməzsən”.
Ölüm – məhv olmaq demək deyildir, bir yerdən başqa yerə köçməkdir. Əgər sual versəniz ki, bəs niyə ölüm? O zaman deyə bilərik ki, insanın təkamül etməsi üçün bir mərhələdən başqa mərhələyə keçməsi lazımdır. İnsan gərək bir dünyadan başqa dünyaya keçsin. Ölüm – köçmək və yerbəyer olmaqdır.
Ölüm – qəti bir həqiqətdir. Səbəbi isə ən yaxşılarının seçilməsidir. Biz gərək dünyada ən yaxşı olaq ki, axirətimiz də abad olsun.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment