Azəri
Monday 2nd of August 2021
536
0
نفر 0
0% این مطلب را پسندیده اند

Quranda günəş və ay barədə

Quranda günəş və ay barədə

 Quranda günəş və ay barədə

Allahın adı ilə

Quran Allah kəlamı olaraq bəşəriyyətin hidayəti üçün göndərildiyi, müqəddəs kitablar sırasında sonuncu və onun nazil etdiyi formada təhrifdən amanda qalıb bizə yetişən mükəmməl və misilsiz kitabdır. O nə məzmun, nə də ifadə tərzi baxımından tayı bərabəri olmayan ilahi kəlamlar məcmuəsidir.

Quran insanı hidayət edən, onu tərbiyələndirən, yaşayış tərzini göstərən bir öyrətməndir. Onda iman, təqva, hidayət nuru, dünyəvi və axirət səadəti, insaniyyət, əxlaq, nizam-intizam, ilahi qanun və s. təlim-tərbiyələr vardır.

14 əsr bundan öncə bəşəriyyətə qismət olan bu müqəddəs kitabın möcüzəliyi ondadır ki:

Orada bir sıra təbiət elmlərinə işarə olunmuş, kainatın bəzi sirlərinin üzərindən pərdə götürülmüşdür. Lakin müxtəlif sahələrə aid elmi kəşflərin mövcud olmasına baxmayaraq biz bu ilahi kitaba bütün elmləri əhatə edən ensiklopediya gözü ilə baxmamalı, onu islah və hidayət edən, bəşəriyyəti qəflət yuxusundan və cəhalət girdabından azad edən, onlara səadət bəxş edən yeganə kitab kimi münasibət bəsləməliyik

Quran ayələrinin mənası bəzi elmi kəşflər və müxtəlif elmlərin inkişafı ilə açıqlanır. Son on illiklər ərzində, elmin inkişaf etdiyi bir dövrdə Quranın möcüzəvi ayələri öz əzəmətini büruzə verir və yeni-yeni nailiyyətlər qazanaraq digər ayələrdə olan sirlər də anlaşılmağa başlayır. Məhz bu və digər amillər bir çox qeyri-müsəlman alimləri heyrətləndirib onları islamı qəbul etmələrinə təhrik edir. Bunun nəticəsidir ki, dünyanın bir neçə ölkələrində müxtəlif sahələr üzrə alim və mütəxəssislərin iştirakı ilə "Quranda elmi nişanələr" mövzusunda beynəlxalq elmi konfranslar keçirilir.

Ulu Tanrının köməyi sayəsində biz ötən saylardakı yazıların davamı olaraq bu məqalədə Quranın bir neçə elmi möcüzələrinə istinad edəcəyik.

536
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMАM HÜSЕYNIN (Ә) İNQLİBAININ SƏBƏBLƏRİ
"NƏHCÜL –BƏLAĞƏ"
Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
YA HÜSEYN
ƏL-ƏNKƏBUT ‏ SURƏSI
DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ
XƏNDƏK (ƏHZAB) MÜHARİBƏSİ
ƏHLİ-HƏDİS (1)
Bilirsinizmi şiələr Həmd surəsindən sonra nə üçün "əlhəmdulillah", ...
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi

 
user comment