Azəri
Friday 29th of March 2024
0
نفر 0

201- cixütbə

201- cixütbə

İmam Əli əleyhis-salamın, bir şəxs xalqın əlində olan və onların arasında yayılmış (bir-birinə zidd) uydurma hədislər və müxtəlif rəvayətlər barəsində sual edərkən buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam (onuncavabında) buyurdu:

Həqiqətən xalqın əlində olan hədislər haqq və batil, doğru və yalan, nəsx (ləğv) edən və nəsx edilən, ümumi (hamıya şamil olan) və xüsusi (bəzilərinə şamil olan), möhkəm (mənası aşkar olan) və mütəşabih (mənası aydın olmayan), (səhvvə yanlışlıqdan) qorunmuş və mövhumdurlar (gümanvə xəyala əsaslanırlar). Doğrudan da Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) öz zamanında o Həzrətə yalanlar quraşdırdılar və nəhayət, o qalxıb xütbə oxuyaraq buyurdu: «Kim qəsdən və bilərəkdən mənə yalan nisbət versə, yanını mütləq oda (Cəhənnəm oduna) qoyacaqdır.»

Həqiqətən sənə hədisi (Həzrət Peyğəmbərdən) dörd nəfər (dörddəstədən biri) nəql edəcək ki, beşincisi yoxdur:

(Birincisi:) İkiüzlü şəxs ki, zahirdə iman gətirərək özünü İslamın qaydaları ilə nümayiş etdirir, (halbuki) günahdan çəkinmir və qəsdən Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) yalan nisbət verir. Əgər camaat onu münafiq və yalançı hesab etsəydi hədisini qəbul etməz və dediklərinə inanmazdılar. Lakin (onunbatinindən xəbərdar olmadıqları üçün barəsində belə) deyirlər: O, Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih - səhabələrindəndir ki, onu görüb və hədisi ondan öyrənib. Beləliklə (busəbəbdən), onun dediklərini qəbul edirlər. Həqiqətən Allah sənə münafiq və ikiüzlü adamlar barəsində xəbər verib, onları vəsf edib və səni ondan agah edib.[1] Həzrət Peyğəmbərdən sonra qalmış münafiqlər azğınlıq başçılarına və (insanları) yalan və böhtanla oda (Cəhənnəmə) çağıran kimsələrə (Müaviyə və başqaları kimilərinə) yaxınlaşdılar. Sonra (hədis uydurmaqla) onları işlərin ixtiyar sahibi və xalqın mal və canına hakim etdilər. Və onların vasitəsi ilə dünyanı yedilər (onunmalını zülm ilə əldə etdilər). (Şeytanın şərindən və pisliklərə əmr edən nəfsdən) Allahın qoruduqlarından başqa insanlar həmişə şahlar və dünya ilə yoldaşdılar. (Bunagörə də Allahın və Peyğəmbərin razılığının əksinə olan heç bir işdən çəkinmirlər.) Beləliklə, bu münafiq dörd nəfərdən biridir.

(İkincisi:) O şəxsdir ki, AllahınPeyğəmbərindənbir şey eşidibvə onudüzgün əzbərləməyib; ondasəhvə düçarolub, amma bilərəkdən yalandeməyib. Beləliklə, o, əlində olanınəql edir, onaəməl edirvə belədeyir: Mən onuHəzrət Peyğəmbərdən(səlləllahu əleyhi və alih) eşitmişəm. Bunagörə dəəgər müsəlmanlarbilsəydilər ki, o, hədisisəhv başadüşüb, (həmin hədisi) ondan qəbul etməzdilər. Əgəro özü dəsəhv etməsinibilsəydi, onu tərk edər, nəqletməzdi.

(Üçüncüsü) O şəxs ki, Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) bir şey əmr etməsini eşidib. (OHəzrət) sonra həmin şeyi qadağan edib, o isə həmin qadağadan xəbərsizdir. Yaxud qadağan etdiyi bir şeyi eşidib. (Peyğəmbər) sonra həmin şeyi əmr edib və o, bunu bilmir. Beləliklə, o, nəsx edilmişi yadında saxlayıb, nəsx edəni isə əldə etməyib. Amma əgər həmin hədisin nəsx edilmiş olmasını bilsəydi, onu nəql etməzdi. Həmçinin müsəlmanlar da onu ondan eşidən zaman hədisin nəsx edilmiş olduğunu bilsəydilər, ona əməl etməzdilər.

(Dördüncüsü) Digər şəxs isə Allaha və Peyğəmbərə yalan nisbət verməyib, Allahın qorxusundan və Həzrət Peyğəmbərə (səlləllahuəleyhivə alih) ehtirama görə yalana nifrət edib, səhv və xəta da etməyib, əksinə, eşitdiyini olduğu kimi əzbərləyib; ona bir şey artırmayıb və ondan bir şey azaltmayıb; nəsx edəni əzbərləyərək ona əməl edib və nəsx edilmişi nəzərdə saxlayaraq ondan çəkinib, ümumi və xüsusini tanıyaraq hər birini öz yerinə qoyub (ümuminixüsusinin, xüsusiniümuminin yerindəişlətməyib); onun mütəşabih və möhkəmini bilib (mütəşabihdədiqqətlivə ehtiyatlıolub vəmöhkəməvə mənasıaşkarolan hədisəəməledib). (Bəzənzamanıntələbinəuyğunolaraq) Həzrət Peyğəmbər (səlləllahuəleyhivə alih) iki mənası olan bir söz deyirdi. Biri müəyyən şey və zamana məxsus olan, digər biri isə hər şey və bütün zamanlara şamil olan söz. (Osözlərinhər ikisibir şəkildəgörünürdü. Amma deyilməyerindənvə digərcəhətlərdənməqsədməlumolurdu vəsəhv aradanqalxırdı.) Buna görə də Allah və Onun Peyğəmbərinin (səlləllahuəleyhivə alih) həmin sözdən məqsədinin nə olmasını bilməyən kəs onu eşidirdi və başa düşmədiyi üçün onu olduğunun əksinə, nəzərdə tutulanın ziddinə və deyiləndən başqa cür izah edirdi. Allahın Peyğəmbərinin (səlləllahuəleyhivə alih) səhabələrinin (heçdə) hamısı o Həzrətdən (birşey) soruşub onu başa düşmək üçün səy göstərmirdi. (OHəzrətdənbir şeysoruşmamalarıvə çalışqanlıqgöstərməmələrio həddəidi ki,) hətta bədəvi ərəb və bir qəribin gəlib o Həzrət əleyhis-salamdan onların eşitmələri üçün bir şey soruşmasını istəyirdilər. Amma mən bu barədə qarşıma çıxanların hamısını o Həzrətdən soruşaraq əzbərlədim. Deməli, insanların ixtilafları və onların rəvayət və hədislərdə çaşbaş qalmalarına bu amillər səbəb olur.
202- ci xütbə

İmam Əli əleyhis-salamın (eybvə nöqsansifətlərdənpak vəuzaq olanAllahıngöylər, yer vədağlarınyaradılışınınheyranediciliyindəqüdrətnümayişetdirməsivə bacarığıbarəsində) xütbələrindəndir.

Allah-təalanın qüdrət və səltənətinin (nişanələrindən) və Onun gözəl yaradılışının heyranediciliyindən biri, çox ləpələnən qarmaqarışıq dərin dənizin suyundan quru və hərəkətsiz yeri yaratmasıdır. Ondan sonra (onunbuxarından) göylərin bir-birinin üstündə yerləşmiş qatlarını yaratdı və onları, birgə olmalarından sonra bir-birindən ayıraraq yeddi səma etdi. Sonra onlar Rəbblərinin əmri ilə özlərini saxladılar və onlar üçün müəyyənləşdirdiyi yerdə qərar tutdular (dağılaraqbir-birlərindənayrılmadılar). Qədərsiz mavi su və (Allah-təalanınəmrinə) mütləq şəkildə tabe olan dənizin öz qoynuna aldığı yeri möhkəmləndirdi. Və həmin dəniz, Allahın əmr və fərmanı müqabilində ram, əzəməti qarşısında itaətkardır və Onun qorxusundan onun axması və hərəkət etməsi dayanmışdır. Həmçinin onun(yerin) böyük və sərt daş parçalarını, hündür təpələrini və dağlarını yaratdı və onları öz yerlərində möhkəmləndirərək qərar tutmalı olduqları yerdə saxladı. Beləliklə, onların başları havaya ucaldı, kökləri suda batdı. Və həmin dağları hamar və alçaq yerlərdən qaldırıb dikəltdi, onların köklərini ətraflarındakı yerlərdə və möhkəm məkanlarda basdırdı. Beləliklə, həmin dağların başlarını çox ucaltdı, onların ucalıqlarını ətrafa çəkdi. Onları yerin sütun və dirəyi etdi və yerin mıxları kimi onları ona batırdı. Beləliklə, hərəkətdə olan yer öz əhlini silkələməkdən, yaxud yükü ilə (suda) batmaqdan və ya bir yerdən digər bir yerə getməkdən durdu. Yeri, suları dalğalandıqdan sonra saxlayan, ətrafı rütubətlənib islandıqdan sonra qurudaraq yaratdıqları üçün rahatlıq yeri edən və onu onlar üçün dərin, sakit, axarsız və hərəkətsiz dayanmış (qoynundakıyeri silkələməməküçün hamısıbirdənöz yerindənhərəkətetməyən) dənizin üzərinə sərmiş Allah hər bir eyb və nöqsan sifətlərdən pak və uzaqdır. Möhkəm küləklər həmin dənizi alt-üst və o tərəf-bu tərəf edir və yağış dolu buludlar (yağmalarınəticəsində) onu hərəkətə gətirir. «Bu nişanələrdə Allah-təaladan qorxan kəs üçün ibrət və öyüd vardır.» (ÇünkiAllahdan qorxmayanlaronlara diqqətetmirlər.)
203- cü xütbə

İmam Əli əleyhis-salamın (səhabələriŞam əhliilə mühari-bədəsüstlük edibbəhanəgətirərəkonun əmrləriniyerinəyetirməkdənboyun qaçırarkənonlardan şikayətləndiyi) xütbələrindəndir.

Allahım, Sənin bəndələrindən kim bizim zülm və sitəm deyil, ədalət və düzlük, fitnə-fəsad deyil, din və dünyanın islahı üçün dediyimiz sözləri eşidəndən sonra onu qəbul etmirsə, onun müxalifət etməsinin səbəbi Sənə yardımdan boyun qaçırmaq və Sənin dinini izzətli etməkdə tənbəllik göstərməkdən başqa bir şey deyil. Buna görə də ey bütün şahidlərin ən böyüyü, Səni və yer və göylərində sakin etdiyin şeylərin hamısını (cin, insan vəmələkləri) ona qarşı (onun, Sənindininəetinasızlıqmənasındaolan mənəqarşımüxalifətetməsinə) şahid tuturam (ki, mən Səninəmrlərinintəbliğindəsəhlənkarlıqetməmişəm). Belə olan halda, bu şahid tutmaqdan sonra Sən (bizi) onun yardımına ehtiyacsız edən və onu günahına (bizimləmüxalifətinə) görə cəzalandıransan.
204- cü xütbə

İmam Əli əleyhis-salamın (Allah-təalanınbəzi sifətləribarəsindəki) xütbələrindəndir.

Həmd o Allaha məxsusdur ki, (zatvə sifətlərində) yaratdıqlarına bənzər olmaqdan uca, vəsf edənlərin sözlərindən yüksək və (onları) aciz edəndir. (HeçkəsinOnun həqiqətinivəsf etməkqüdrətiyoxdur.) Yaradılışının (yaratdıqlarındaolan) qəribəlik və heyranediciliyi ilə görənlər üçün aşkar, izzətinin böyüklüyü ilə xəyal və güman sahiblərinin düşüncələrindən gizlindir. Başqasından öyrənmədən, (elmini) artırmağa ehtiyac olmadan və (başqasınınelmindən) bəhrələnmədən (hərşeyi) biləndir.[2] Fikrə dalıb düşünmədən bütün yaranmışların yaradanıdır. O, elə bir Allahdır ki, qaranlıq və zülmətlər Onu əhatə etmir, aydınlıqlardan işıq istəmir, gecə Onu bürümür və gündüz Ona şamil olmur.[3] Onun (əşyaları) dərk etməsi görmə vasitəsi ilə deyildir.[4] Həmçinin Onun elmi başqasından xəbər almaq nəticəsində deyil.[5]

Bu da həmin xütbənin Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsindəki bir hissəsidir

Allah Həzrət Peyğəmbəri nur (elmvə peyğəmbərliknuru) ilə göndərdi və onu (peyğəmbərliyə) seçməkdə (bütünyaranmışlardan) üstün etdi. Onun vasitəsi ilə bütün dağınıqlıqları bir birinə bağladı (aləmdəolan nizamsızlıqvə fitnə-fəsadlarıislah etdi) və onunla (onunqüdrətiilə) həmişə qalib olanları məğlub etdi. (OHəzrətikafir, müşrikvə münafiqlərəhakim etdi.) Onun vasitəsi ilə çətini asan və kələ-kötürü hamar etdi və nəhayət, azğınlığı sağ və soldan (şərqvə qərbdən) uzaqlaşdırdı.
205- ci xütbə

İmam Əli əleyhis-salamın (eybvə nöqsansifətlərdənpak vəuzaq olanAllahınbəzi sifətlərinəişarəetdiyi, HəzrətPeyğəmbərinmədhi, yaxşılarınvə Allah-təalanındostlarınınvəsfibarəsindəkivə öyüd-nəsihətverdiyi) xütbələrindəndir.

Şəhadət verirəm ki, Allah-təala (heçbir işdəzülm vəsitəmlədeyil, bütünişlərdə) ədalətlə (ümumiquruluşa, hikmətvə mənfəətəuyğun) davranan adil və (Qur’ani-Kərimdəhaqq iləbatili bir-birindən) ayıran hakimdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi və bəndələrinin başçısıdır. Allah məxluqatı (bellərdənbətnlərə) gətirən zaman onları iki cərgə (xeyirvə şər) etdi və o Həzrəti xeyir dəstəsinə saldı. O Həzrətin nəsəbində zinakarın payı yox idi və günahkar şərik olmadı.[6]

Bilin ki, Allah xeyir və yaxşı (işlər) üçün onun əhli olan adamlar (möminvə pərhizkarlar), haqq (din) üçün sütunlar (peyğəmbərlər), itaət və bəndəlik üçün qoruyucular (hidayətimamlarıəleyhimus-salam) müəyyənləşdirib.[7] Hər bir itaətdə (yaxşıişdə) sizin üçün Allah tərəfindən bir kömək vardır (Allahınlütf vəyardımısizin halınızaşamildir) ki, dilləri iti və qəlbləri (haqqa) arxayın edir.[8] Həmin köməkdə ehtiyacsızlıq istəyən üçün ehtiyacsızlıq və (xəstəliklərəboyun əyərəkaz şeyəgörəAllah vəPeyğəmbərinitaətindənəl götürübözlərinidünya vəaxirətdəbədbəxtedənlərüçün deyil, mənəvixəstəliklərdən) şəfa istəyənlər üçün şəfa vardır.

Həmçinin bilin ki, Allahın elminin qoruyucuları olan bəndələri (elminqorunmasıonlara tapşırılmışhidayətimamlarıəleyhimus-salamvə dinbaşçıları) qorunmalı şeyi (istedadvə dərketməqabiliyyətiolmayan kəsdən) qoruyurlar (yaxudonu hadisələrinzay edibaradan aparmamasıüçün öyrədilməsimünasib olmayankəsdəngizli saxlayırlar); onun çeşmələrini cari edirlər (istedadıolan kəsəöyrədirlər); bir-birlərinə (elmvə hikmət) dolu piyalələr içirdir və sudan doymuş halda qayıdırlar. Onlar şəkk, töhmət və pis gümanlara düşmürlər, qeybət və başqasının pisliyinə danışmaq onların yanına tələsmir. (Xülasə, onlarınməclislərişəkk, töhmət, pis gümanlar, qeybətvə pisdanışıqlardanboş olur.) Allah onların fitrət və xasiyyətlərini bu gözəl sifətlərlə yaradıb (busifətlərləelə tərbiyəediliblərki, sankibu, onlarınfitrətvə təbiətləridir) və bir-birləri ilə bu cür dostluq edir və ünsiyyətdə olurlar. Beləliklə, onlar (xalqıniçində, yaxşısı) götürülən və (işəyaramayanı) çölə tökülən təmizlənmiş toxum və dənin üstün olması kimidirlər. Həmin toxumu digərlərindən təmizləmək seçib fərqləndirib və imtahan xalisləşdirib. (Xülasə, onlar seçilmişinsanlardırlar.) Buna görə də gərək insan, şərəf və böyüklüyü bu sifətləri qəbul etməklə qəbul etsin, qiyamətin çətinliyindən, o gəlib çatmamış çəkinsin (əzabadüçar olmasınasəbəbolan biriş görməsin). Həmçinin insan gərək günlərin qısalığına və bu mənzildə (dünyada) dayanmağının azlığına nəzər salıb düşünsün (qəflətyuxusuna getməsin) ki, bu mənzili digər mənzil (axirət) ilə əvəz edə bilsin. Gərək digər mənzil üçün, eləcə də həmin evdə lazım olmasını bildiyi şey üçün gözəl əməl yerinə yetirsin. Buna görə də(rəzilsifətlərdənuzaq qalmış) o sağlam qəlb sahibinin xoş halına ki, onu (haqqyola) hidayət edənə tabe olur, məhvə sürükləyəndən uzaqlaşır; onu gözüaçıq edənin gözüaçıqlığı və ona göstəriş verənə tabe olmaqla (çətinlikvə giriftarçılıqlardan) salamatlıq yoluna çatıb və qapıları bağlanmamış və vasitələri əldən çıxmamış (ölməmiş) nicat (əzabdanqurtuluş) yoluna tələsib, tövbə və (Allaha) qayıdış qapısının açılmasını istəyir və (tövbəilə) günahı(özündən) uzaqlaşdırır. Həqiqətən onlar yol üstündə dayanıblar və aydın yol aşkar olub.[9]
206- cı xütbə

İmam Əli əleyhis-salamın (eybvə nöqsansifətlərdənpak vəuzaq olanAllahınnemətlərinəşükr barəsində) çox oxuduğu dualarındandır.

Həmd o Allaha layiqdir ki, ölmədiyim, xəstələnmədiyim, bədənimin narahat olmadığı, özümün ən pis əməlimə (onuncəzasına) düçar olmadığım, övladsız qalmadığım, dinimdən qayıtmadığım, Rəbbimi inkar etmədiyim, imanımdan nigaran olmadığım, dəli olmadığım və məndən qabaqkı ümmətlərin əzabına düçar olmadığım bir halda gecəmi səhər etdi. İxtiyarsız və (itaətdəsəhlənkarlıqbaxımından) öz nəfsinə zülm edən bir bəndə olduğum halda səhəri açmışam. Allahım, mənə etiraz etmək haqqı Sənə məxsusdur və mənim bir üzr və bəhanəm yoxdur; Sən mənə verdiyindən başqa bir mənfəət əldə etmək qüdrətim yoxdur; Sən məni qoruduğundan başqa bir pislikdən çəkinə bilmirəm.

Allahım, Sənin zənginliyində əliboş və kədərli, Sənin hidayət və nicatında azğın, Sənin səltənət və qüdrətində məzlum, ixtiyar Sənin əlində ola-ola (Sənin, istədiyinietməyinəbaxmayaraq,) məğlub və xar olmağımdan Sənə pənah aparıram.

Allahım, mənim canımı (göz, qulaq, əl, ayaq vədigərbədənüzvlərikimi) əziz üzvlərimdən aldığın ilk əziz şey və mənim yanımda qoyduğun əmanət nemətlərin qaytarılanlarının birincisi et.[10] Allahım, Sənin sözlərindən çıxmağımızdan (göstərişlərinəəməletməməyimizdən), yaxud Sənindinindən(çıxıb) fitnə və azğınlığa düşməyimizdən və ya Sənin tərəfindən gəlmiş hidayət və nicatdan qabaq nəfsi istəklərimizin bizə hakim olmasından Sənə pənah aparırıq.
207- ci xütbə

İmam Əli əleyhis-salamın Siffeyndə (eşidənlərəöyüd-nəsihətverdiyi vəonlarındünya vəaxirətxeyirlərininaçıqlanmasıbarəsində) buyurduğu xütbələrindəndir.

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Allah-təala məni sizə hakim etməklə sizin boynunuzda mənim üçün bəzi haqlar təyin edib.[11] Mənim sizin boynunuzda haqqım olduğu kimi, sizin də mənim boynumda haqqınız vardır.[12] Haqq, vəsf edilərək barəsində danışılan zaman hər şeydən geniş, əməl etmək zamanı isə ən dar şeydir.[13] Kimin başqasının boynunda haqqı varsa, başqasının da onun boynunda haqqı var. Həmçinin başqasının onun boynunda haqqı varsa, onun da (həminbaşqasınınboynunda) haqqı var.[14] Əgər birinin, boynunda başqalarının haqqı olmadan başqalarının boynunda haqqı olsa, belə bir haqq ancaq eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha məxsusdur. Onun yaratdıqlarının (həttapeyğəmbərlərvə övliyalarınOnun boynundaheç bir) belə bir haqları yoxdur. Çünki Onun qüdrət və qüvvəsi vardır.[15] Onun müxtəlif qəza-qədəri hər nə barəsində cari olsa, o, ədalətlidir.[16] Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, lütf və kərəminə görə və çox səxavətli, bəxşiş sahibi olduğu üçün itaət etməyi bəndələrin boynundakı Öz haqqı edib və Özünün onların etdiklərinə verdiyi mükafatı bir neçə qat artırıb.[17] Sonra eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz haqlarının bəzilərini, insanların bəzilərinin müqabilində digərlərinə vacib edib və haqları müxtəlif vəziyyətlərdə bərabər müəyyənləşdirib. Onların bəzilərini digər bəziləri müqabilində vacib edib və həmin haqların bəziləri ancaq digər bəziləri müqabilində gerçəkləşir.[18] Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın vacib etdiyi haqların ən böyüyü valinin rəiyyətin və rəiyyətin valinin boynunda olan haqqıdır.[19] Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah bu hökmü vali ilə rəiyyətin hər birinə vacib edib və onu, onların bir-birlərini sevmələri üçün nizam-intizam və rahatlıq vasitəsi və dinlərinin izzəti edib. Buna görə də rəiyyətin halı, hökmdarların gözəl rəftarlarından başqa bir şeylə yaxşılaşmır. Həmçinin hökmdarların halları rəiyyətin onların göstərişlərini yerinə yetirməkdə əzmkarlıq göstərmələrindən başqa bir şeylə yaxşılaşmır. Buna görə də rəiyyət valinin və vali rəiyyətin haqqını əda etsə, aralarındakı haqq möhtərəm, dinlərinin qayda-qanunları bərqərar, ədalət və düzlüyün nişanələri bərpa və sünnələr (HəzrətPeyğəmbərinhökmləri) öz yerində icra olar və onun nəticəsində dövran düzələr, dövlət və hökumətin daimiliyinə ümid bəslənilər və düşmənlərin tamahları yoxa çıxar (yadlaronlara hakimola bilməzlər). Əgər rəiyyət valiyə qalib gəlsə (onunəmr vəçəkindirmələriniyerinəyetirməsə), yaxud vali rəiyyətə qarşı həddi aşaraq zülm etsə, onda söz ayrılığı baş verər (sözləribir olmazvə onlarbir-birləriilə yekdilolmazlar), zülm nişanələri üzə çıxar, dində fitnə-fəsadlar çoxalar və sünnəyə əməl etmək tərk edilər. Beləliklə, nəfsi istəklərə əməl edilər və şəriətin hökmləri icra edilməz. İnsanların dərdləri (oğurluq, qan tökülməsi, təhlükə, bahalıqvə çətinlik) çoxalar və böyük haqqın əda edilməməsi və batil və nahaqqın həyata keçməsi üçün heç kəs kədərlənməz. Nəticədə həmin zamanda yaxşı əməl sahibləri xar, pis əməl sahibləri isə möhtərəm olarlar və (günahlarınsaysız-hesabsızolmasınagörə) Allahın, bəndələri məsuliyyətə alması çoxalar. Buna görə də həmin haqqın əda edilməsində sizlər bir-birlərinizə öyüd-nəsihət verin və kömək edin (ki, nəticədədünya vəaxirətsəadətvə xoşbəxtliyiniəldəedəsiniz). Çünki heç kəs Allaha layiq itaət və tabeçiliyin həqiqətinə çatmır, hətta Onun razılığını qazanmağa həris olub əməl və bəndəlikdə çox çalışsa belə![20] Amma Allahın bəndələrə vacib etdiyi haqlardan biri də onların öz aralarında imkan olan və gücləri çatan qədər haqqı icra etmək üçün bir-birlərinə öyüd-nəsihət vermələri və kömək etmələridir. Heç kəs - hətta məqam və dərəcəsi hər nə qədər böyük olsa və dində üstünlüyə malik olsa belə, Allahın Öz haqqından ona kömək edilməsini vacib etdiyi yardımdan ehtiyacsız deyil. (Bunagörədə haqqyolda vəona vacibolan şeydəbaşqasınınyardımınaehtiyacıolmayan birkimsəyoxdur.) Həmçinin heç kəs, hətta xalqın kiçik saydığı və gözlərdə balaca görünən şəxs, haqqın əda edilməsində başqasına yardım göstərməkdə və ya onun özünə yardım göstərilməsində əhəmiyyətsiz deyil.[21] Sonra (həminvaxt) o Həzrət əleyhis-salamın səhabələrindən biri uzun bir söhbətdə o Həzrətə cavab verib onu çox təriflədi və İmama, eşitdiklərinə tabe olduğunu bildirdi. Sonra İmam əleyhis-salam buyurdu:

YanındaAllahın cəlalıböyük olanvə qəlbindəOnun məqamı ucaolan kəsin gözündəAllahın böyüklüyüvə yüksəkməqamlılığınagörə Ondanbaşqa hərbir şey kiçikgörünməyə layiqdir. Beləolmağa dahalayiqli (Allahın böyüklüyü müqabilində heç bir böyüklük görməməli) kəs, barəsində Allahınneməti çoxolan və Allahıngözəl ehsanlaretdiyi kimsədir. Çünki Allahkimə çoxnemət veribsə, Allahınonun boynunda olanhaqqının böyüklüyüdə artıb. Salehinsanların gözündəhökmdarların ənpis vəziyyətləri onlarınöyünməyi vəözlərini tərifləməyisevmələrinin gümanedilməsi, həmçinin onlarınəməllərinin lovğalıqvə özündənrazılıq kimibaşa düşülməsidir. Mənsizin mənim, tərifləməyi və (sizdən) tərif eşitməyisevməyimi gümanetməyinizi xoşlamıram. Allahaşükr olsunki, mən belədeyiləm. Əgər özümünmədh edilərəktəriflənməyimi sevsəydimdə, bu istəyimi əzəmətvə böyüklüyədaha layiq olan, eyb və nöqsansifətlərdən pakvə uzaqolan Allaha təvazökarlığagörə tərkedər, özümdən uzaqlaşdırardım. İnsanlarınçoxları birişdə çalışıbsəy göstərdikdənsonra mədh vətərifi şirinhesab edirlər.[22] Ammahələ qalmışvə yerinəyetirmədiyim haqlarvə icrasındanaçar olduğum vacibiəməllərin müqabilindəAllaha itaətimə vəsizinlə xoşrəftarıma görəmənə gözəltəriflər deməyin. Mənəzülmkarlara (xoş gəlmək üçün) deyilən sözlərideməyin. Qəzəbli insanlardan(qəzəblənmələrinə görə) çəkinərəkgizlədilən şeyləriməndən gizlətməyin. Zahirdədostluq göstərmək, yaltaqlıqvə (dil ilə) rüşvətverməklə mənimləünsiyyətdə olmayın. Mənimbarəmdə beləgüman etməyin ki, əgərhaqq deyilsə, o mənə ağırgələcək vəmən özümüböyük tutmaqistəyirəm. (Mənimlə haqq söz deyilməyən itaətsiz hakimlər kimi davranmağınızı istəmirəm.) Çünki deyilənhaqq sözü vəya təklif edilənədalətlilik vədüzlüyü ağırsanan kəsə haqqvə ədalətəəməl etməkdaha ağırdır. Bunagörə dəhaqqı deməkdənvə yaədalətli məsləhətlərdənçəkinməyin. (Qorxub çəkinmədən mənimlə haqq söz danışın, düzlük və ədalət hesab etdiyiniz şeyi bəyan edin.) Çünki mən, Allahınmənim nəfsimədaha malik və güclüolduğu yerlərdəkifayət etməsiistisna olmaqla, nəsəhv etməkdənyüksəkdəyəm, nədə özişimdə ondanamandayam.[23] (Buna görə də buyurur:) Həmmən, həm dəsiz Ondan başqa tərbiyəedən vəyetişdirən olmayanRəbbin ixtiyarındakıbəndə vəquluq. O, bizim özümüzün ixtiyarımızolmayan şeylərimizinmaliki və ixtiyarsahibidir. (Buna görə də böyüklük Ona layiqdir və Ondan başqalarının vəzifəsi bəndəlik və itaətkarlıq etməkdir.) Obizi (içində) olduğumuz nadanlıqdançıxardaraq xeyrimizəolan elmə sövqetdi; bizim azğınlığımızıhidayət vədoğru yolaçevirdi vəbizə korluqdansonra görmə bəxşetdi.[24]
208- ci xütbə

İmam Əli əleyhis-salamın (Allahilə münacatındaQüreyşdənvə oHəzrətinhaqqınıqəsb edənlərdənşikayətkimi buyurduğu) kəlamlarındandır.

İlahi, Qüreyşə və onlara kömək edənlərə qarşı (onlardanintiqam almağa) Səndən kömək istəyirəm. Çünki onlar mənim (HəzrətPeyğəmbərlə) qohumluq əlaqələrimi qırdılar (vəməni təyinetdiyi xilafətiqəsb etdilər), mənim qabımı (məqam, dərəcəvə abırhörmətimi) dağıtdılar və başqasından daha layiq olduğum haqqa görə mənimlə vuruşmaq üçün bir yerə toplaşdılar. Və dedilər: Bil ki, sənin onu əldə etməyin də haqdır, onun səndən alınması da![25] İndi istəyirsən qəm-qüssə ilə səbr et, istəyirsənsə də təəssüf və kədərlə öl. (Yəni, xilafətinqəsb edilməsinərazı olmasansəbr etməkvə yaölməkdənbaşqabir çarənyoxdur.) Beləliklə, həmin zamanda əhli-beytimdən başqa bir dost, müdafiə edən və köməkçinin olmamasını gördüm və ölümün onları haqlamasına heyfim gəldi. (Əhli-Beytiminməhv olmamasıüçün dava-dalaşarazı olmadım.) Buna görə də tikan batmış gözlərimi yumdum və boğazımda sümük qalmasına baxmayaraq, ağzımın suyunu uddum; qəzəbi yatırmaq üçün (çoxacı birbitki olan) əbucəhl qarpızından da acı olan və ürəyə böyük bıçaqlardan da çox ağrı verən şeyə səbr etdim. (SeyyidRəzi deyir:)

Bu kəlam (vəCəmələhli barəsindəkiaşağıdakıhissə) bundan qabaq bəyan edilmiş (yüzyetmişbirinici) xütbədə keçdi. Amma mən bu iki rəvayətdə olan fərqlərə görə onu burada bir daha gətirdim.

Bu da həmin kəlamın o Həzrət
əleyhissalamla müharibə etmək qəsdi ilə
Bəsrəyə gedənlər barəsindəki bir hissəsidir

(Təlhə, Zübeyr vəonlarıntərəfdarları) mənim tərəfimdən təyin edilmiş hakimlərin (Osmanibn Hüneyfvə başqalarının), müsəlmanların mənim ixtiyarımda olan beytülmallarının xəzinədarlarının və əhalisinin hamısı mənə tabe olan və bey’ət etmiş şəhərin sakinlərinin yanına getdilər. Onların arasında təfriqə salaraq mənə münasibətdə olan birliklərini parçaladılar.[26] Şiələrim və tərəfdarlarıma hücum edərək onların bir dəstəsini (beytülmalıngözətçilərini) hiylə və haqsızlıqla öldürdülər. Onların (şiələrin) bir hissəsi isə qılınc çalmaq üçün dişlərini sıxdılar, (müxaliflərəqarşı) həmin qılınclarla vuruşdular və nəhayət, sədaqətlə (pakiman vəetiqad ilə) Allaha qovuşdular (öldürüldülər).
209- cu xütbə

İmamƏli əleyhis-salamınCəməl müharibəsindəTəlhə iləƏbdürrəhman ibnƏttab ibnUsəydin öldürülmüşcəsədlərinin yanındankeçərkən buyurduğukəlamlarındandır.

Hərhalda Əbu Məhəmməd(bu, Təlhənin künyəsidir) burdaöz diyarındanuzaq və qəribdüşüb. Bilin, Allaha and olsun ki, mən yerüzündə Qüreyştayfasından birininmeyidinin sərilməsiniistəmirdim. İntiqamı ƏbdülMənaf övladlarından[27] aldım. (Cəməl müharibəsində Aişə ilə birgə olan və onlardan Əbdürrəhman ibn Əttab və Abdullah ibn Rəbiədən başqa heç biri öldürülməyən) Cuməh qəbiləsininböyükləri isəəlimdən qaçdılar. Həqiqətəndə onlarlayiq olmadıqları işəboyun uzatdılar vəona çatmamış boyunlarısındırıldı. (Dünyapərəstlik üçün xilafət və əmirliyi ələ almaq istədilər, amma arzularına çatmadılar.)
210- cu xütbə

İmam Əli əleyhis-salamın (əslarif vəhəqiqimöminbarəsindəbuyurduğu) kəlamlarındandır.

Həqiqətən (mömin) öz ağlını (pərhizkarlıqla, Allah vəPeyğəmbərətabeçiliklə) elə dirildib və nəfsini (zahidlik, bəndəlikvə nəfsiistəklərətabe olmamaqla) elə öldürüb ki, onun eni (bədəni) nazikləşib, bərki (ürəyi) yumşalıb və çox nurlu (bir) parıltı işıq saçıb ona. (O, yüksəktovhid vəAllahıtanımaqməqamınaçatıb.) Beləliklə, onun nuru ona yolu (hidayətvə nicatyolunu) göstərib. O, həmin nurla (haqq) yolda hərəkət edib. Və mərtəbələr (zahidlik, pərhizkarlıqvə ibadət) onu (yüksəldərək) əmin-amanlıq qapısı və yaşayış yerinə sövq edib. (Zahidlikvə ibadətinmərtəbələrindənhər birionu digərmərtəbəyəçatdırarvə o, nəhayət, əbədiCənnətiəldəedər.) Həmçinin ayaqları bədəninin rahatlığı ilə, öz qəlbini məcbur etdiyi iş (haqqınnişanələrindəfikirləşərəkdüşünmək) nəticəsində və Rəbbini razı saldığı şey (itaətvə bəndəlik) vasitəsi ilə təhlükəsiz və rahat yerdə möhkəmlənib.

[1]Qur’ani-Kərimdə bu barədə çoxlu ayələr vardır, o cümlədən Tövbə surəsinin 102-ci ayəsində buyurur: «وَمِمَّنْ حَوْلَكُم مِّنَ الْأَعْرَابِ مُنَافِقُونَ وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَى عَذَابٍ عَظِيمٍ» «Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra qiyamətdə böyük əzaba uğrayacaqlar».

[2]Çünki öyrənmək, artırmaq və bəhrələnməknadanlıq və naqisliyin tələblərindəndir və vücudu vacib olan deyil, mümkün olan varlığın xüsusiyyətlərindəndir.

[3]Çünki O, cisim olmaqdan, zamandan və hərəkətdən pak və uzaqdır.

[4]Çünki Onun zatı eyni ilə görməsidir və eləcə də görməsi zatının özüdür.

[5]Çünki belə deyil ki, O, nədənsə xəbərsiz olsun və sonra xəbər alsın. Bundan əlavə bir şeydən xəbər almaq nadanlığın tələblərindəndir ki,vacib varlıqda belə bir şey ola bilməz.

[6]Həzrət Peyğəmbərin Həzrət Adəm əleyhis-salama kimi bütün ata-anaları təkallahlı olublar və İmam əleyhis-salamın tam aşkar şəkildə buyurduğu kimi onlar şirk, küfr və günah çirkinliklərinə bulaşmayıblar.

[7]Buna görə də Allahın itaəti yer üzündən birdəfəlik yığışdırılmaz. Əgər bir dəstə onu tərk etsə, digər bir qrup ondan yapışar; əgər bəziləri müxalifət etsələr, digərləri onu himayə edərək onun tələblərinə riayət edərlər.

[8]Buna görə də əgər Allahın lütfü olmasaydı, batilin hücumu və qalib gəldiyi vaxt və haqqın zəiflik və süstlüyü zamanı insanlar Allaha itaətdən, peyğəmbərlərə və onların canişinlərinə tabe olmaqdan əl götürərdilər və ona ürək bağlamazdılar.

[9]Haqq yol hamı üçün aşkardır, sanki iki yol ayrıcında yol gedəni istiqamətləndirmək üçün bələdçi dayanıb. Yaxud yolu göstərən bir nişanə mövcuddur. Buna görə də yolu itirənin üzr və bəhanəsi qəbul olmaz.

[10]Çünki insanın bədən üzvlərindən hər hansı biri onun ölümündən qabaq sıradan çıxsa, o, çətinlik və əziyyətə düşər. Buna görə də Allahın bəndəyə lütfü onun bədən üzvlərini almamışdan canını almasıdır ki,o, yarı ölü-yarı diri qalmasın.

[11] Fitnə-fəsadın baş verməməsi və qarmaqarışıqlıq və süstlüyün yaranmaması üçün sizə, mənə itaət etməyi vacib edib.

[12]Din və dünyada zərər-ziyana səbəb olan şeyi sizə göstərib ədalət və düzlüklə davranmağım vacibdir. Otuz dördüncü xütbədə bu nöqtəyə toxunuldu.

[13]İnsanların çoxu zülm və sitəm yolu ilə gedib onu ədalət sandığı kimi, danışıq zamanı da haqqı dilə çox gətirirlər. Amma əməl zamanı onu həyata keçirmirlər.

[14]Kimin başqasının boynunda haqqı olsa, başqasının da onun boynunda haqqı olar. Məsələn, rəiyyətin valinin boynunda olan haqqı budur ki, o, gərək rəiyyətin işlərinin sahmana salınması istiqamətində çalışsın və ölkənin işlərini nizam-intizama salsın. Valinin rəiyyətin boynunda olan haqqı isə budur ki,onlar haqq və düzgün yerlərdə valinin göstərişlərinə tabe olsunlar. Arvadın ər boynundakı haqqı, ərin onun dolanışığını təmin etməsidir. Ərin arvadın boynunda olan haqqı isə onun ərə tabe olmasıdır.

[15] Buna görə də əgər yaratdıqları Ona itaət etməsələr, O, yaratdıqlarını itaətə məcbur etmək qüdrətinə malikdir. Necə ki, Qur’ani-Kərimin Yunus surəsinin 99-cu ayəsində buyurur: «وَلَوْ شَاء رَبُّكَ لَآمَنَ مَن فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُواْ مُؤْمِنِينَ» «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!» Yəni, sənin kimisə məcburi şəkildə mömin etmək qüdrətin yoxdur.

[16] Buna görə də əgər bəndələrin əməllərinə mükafat verməsə, yenə də adildir. Çünki bütün həyatı boyu Ona pərəstiş edən bəndə, Onun nemətlərinin ən kiçiyinin belə haqqını əda etməyib.

[17] Necə ki, Qur'ani-Kərimin Nisa surəsinin 173-cü ayəsində buyurur: «فَأَمَّا الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزيدُهُم مِّن فَضْلِهِ وَأَمَّا الَّذِينَ اسْتَنكَفُواْ وَاسْتَكْبَرُواْ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلاَ يَجِدُونَ لَهُم مِّن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا» «Allah iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz fəzl və kərəmindən onlar üçün artıracaqdır. Amma iman gətirməyi özlərinə sığışdırmayanları və yaxşı əməldən uzaqlaşıb lovğalıq edənləri acı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardım edən tapacaqlar!»

[18] Məsələn, arvad əri müqabilində ancaq ərinə tabe olduğu zaman dolanışıq xərci haqqına malik olur. Atanın övladın boynunda olan haqqı, ağanın nökər, qonşunun qonşu, qohumun qohum və bu kimi digər haqlarda da məsələ belədir.

[19] Çünki onda fitnə-fəsad ümumi və kütləvidir. Digər haqlarda isə cüzidir.

[20] Buna görə də heç kəs güman etməməlidir ki, başqasına öyüd-nəsihət vermək və yardım göstərməkdəAllaha layiq olan şeyin haqqını yerinə yetirib.

[21] Buna görə də haqqın əda edilməsində qədir-qiymətsiz insanlardan kömək istənilməsinə ehtiyacın olmamasını və ya onlara kömək etməyin gərəksizliyini güman etmək olmaz. Çünki hökumət və xalqın tərəqqisi böyük və kiçiyin, eləcə də zəif və güclünün köməyi nəticəsindədir.

[22] Çünki böyük bir iş görmüş və ya Allahın nailiyyət qazandırdığı bir şəxsin təriflənməyi sevməsi, fitri bir şeydir.

[23] İmam əleyhis-salamın burada imamın mə’sum və pak olmasına baxmayaraq, özü üçün səhv etməyi mümkün hesab etməsindən məqsəd, o Həzrətin mə’sumluğunun Allah-təalanın nemətlərindən biri olmasını etiraf etməsidir.

[24] Din, dünya və axirət işlərində nadanlıqdan sonra Allah Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) göndərərək bizi hər şey ilə tanış etdi.

[25] Sənin haqqı əldə etməyin və ya əldən çıxarmağın eynidir. Buna görə də əgər vali olsan sənin hakimiyyətin haqdır. Həmçinin əgər səndən başqası vali olsa, o da haqdır.

[26] Cəməl əhli Bəsrəyə daxil olduqdan sonra oranın əhalisinin bir hissəsi o Həzrətlə olan bey’ətlərini pozdu.

[27] Şərhçilərin fərqli nəzərlərinə əsasən ana tərəfdən Əbdül Mənafa çatan Təlhə və Zübeyrdən və ya digərlərindən.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏRBƏLA ŞƏHİDİ MÜSLÜM İBN OVSƏCƏ
Hədislərdə xəsisliyin gözəl izahı
İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi
İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür

 
user comment