Azəri
Friday 29th of March 2024
0
نفر 0

“Nardaran işi – 2”: “Bizə bu zülmləri eləyənləri Allaha tapşırmışam”

“Nardaran işi – 2”: “Bizə bu zülmləri eləyənləri Allaha tapşırmışam”

Əhlibeyt (ə) Xəbər Agentliyinin azadlıq.info saytına istinaden verdiyi  xebere görə-Oktyabrın 6-da keçirilən məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları şahid qismində ifadə verib. Deyib ki, təqsirləndirilən şəxslərdən Əli Şahbazovun saxlanmasında iştirak edib. Onun sözlərinə görə, Ə. Şahbazovdan silah tapılıb.

Əli Şahbazov isə deyir ki, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatından sonra onun atasını tutmuşdular. Qarşısına şərt qoyublar ki, əgər özü həbsə girməyə razıdırsa, atasını buraxacaqlar. O da atasına görə razılaşıb. Nəticədə terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama kimi 10-dan artıq maddə ilə ittiham veriblər. Amma atasını da buraxmayıblar, onu da qanunsuz silah saxlama maddəsi ilə həbsə göndəriblər.

Əli Şahbazov və atasından sonra ailənin daha iki oğlu da qanunsuz silah saxlama ittihamı ilə həbs olunub. Atabala Şahbazov bir ay öncə azadlığa buraxılsa da, üç oğlu həbsdədir.

Təqsirləndirilən şəxslərdən ilahiyyatçı Nahid Qəhrəmanov dindirilən polis əməkdaşına xatırladıb ki, həmin vaxt Nardaranda yenicə əməliyyat keçirilmişdi, hər yer polislərlə dolu idi. Əli Şahbazovun belə bir vəziyyətdə özündə silah saxlaması inandırıcı deyil.

BMCMİ-nin əməkdaşı Kamil Məmmədov ona belə cavab verib: “Bəlkə harasa atmağa aparırdı”.

“KƏNDƏ 6-7 MİNLİK QOŞUN GİRMİŞDİ”

Kamil Məmmədov digər təqsirləndirilən Əmirəli Əliyevin də tutulmasında iştirak edib. Deyir ki, 70 yaşlı Əmirəli Əliyevdən silah, bir də “Taleh Bağırzadənin müraciəti” adlı kitabça çıxıb.

Əmirəli Əliyev isə söyləyir ki, ümumiyyətlə, o kitabçanı görməyib: “Biri mənə göstərsin, görüm o nə kitabçadı. Mənim həyətimdə dərin quyu var, uşaq deyiləm ki, silahım olsaydı, ora atardım da. Həmin vaxt kəndə 6-7 minlik qoşun girmişdi. İstəmirəm səni Allaha tapşırım, cavansan. Mənim 70 yaşım var. Uşaqlarımı tutmuşdular, dedim ki, onları buraxın, məni tutun, bir silah yazın. Evimə qara maskalılar girmişdilər. Dedilər ki, “dayı, səni də buraxacağıq”. İki ildi həbsdəyəm. Allahdan qorxmursuz? Mənə iyirmi il də versələr, düzünü danışacağam. Mənə işgəncə verməyiblər”.

Şahid kimi ifadə verən BMCMİ-nin digər əməkdaşı Ramil Səlimov isə təqsirləndirilən şəxslərdən İsa İbrahimov və Ramin Əliyevin evində əməliyyat-axtarış tədbirində iştirak etdiyini deyir. Onun sözlərinə görə, İsa İbrahimov ərizə yazaraq, evində axtarışa etiraz etmədiyini göstərib: “Özü gətirib iki tratil şaşkası, alışdırıcısı ilə birlikdə əl qumbarası və üç kitabçanı təqdim elədi. Onu əvvəl Lənkəran polis şöbəsinə, oradan da Bakıya gətirdik. İsa İbrahimov dedi ki, silahları kəndin yaxınlığından tapıb”.

İsa İbrahimov isə təzyiq altında belə ifadəyə imza atdığını söyləyib: “Bu polis əməkdaşı yerlimdir, lənkəranlıdır. Orada da mənimlə talış dilində danışdı. Mənə dedilər, yaz, silahları qəbiristanlıqdan tapmısan. Mənim qarşımda şərt qoymuşdular ki, dediklərini eləməsəm, atamı tutacaqlar. Ona görə mən də dediklərini elədim”.

Şahid polis deyib ki, digər təqsirləndirilən Ramil Əliyevin evindən də alışdırıcısı ilə birlikdə qumbara və “Taleh Bağırzadənin müraciəti” kitabçaları çıxıb. Amma Ramil Əliyev polis əməkdaşının yalan danışdığını bildirib: “O əşyaları özləri qoyub, özləri də götürüblər. Məni ailəmlə təhdid elədilər. Mən də dediklərini eləməyə razılaşdım. Mən iyirmi il həbsdə yatmağı söyülməkdən üstün tuturam. Yalan ifadə yazdırdılar ki, guya silahı zibillikdən tapmışam. Mən burada azadlığa buraxılmaq üçün danışmıram. Sadəcə, həqiqət nədirsə, onu deyirəm. Bizə bu zülmləri eləyənləri Allaha tapşırmışam”.

Başqa bir təqsirləndirilən Ağaəli Yəhyayev ilahiyyatçı Taleh Bağırzadəyə görə onları da həbs elədiklərini söyləyir: “Bizi terrorçu kimi qələmə verirlər. Halbuki, bu cəmiyyətdə bizdən ziyansız adam yoxdur”.

Təqsirləndirilən Nahid Qəhrəmanov da günahsız olduqlarını bildirib: “Avropada heyvanların da hüquqları qorunur. Azərbaycanda isə günahsız insanlara belə ağır ittiham verilir, illərlə həbsdə saxlanılır. Çünki Azərbaycanda məhkəmə yoxdur”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfilər azyaşlı uşaqlardan istifadə edərək Suriya Əskərlərini edam etdilər
Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...

 
user comment