Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Salavatın fəziləti haqqında -2

Salavatın fəziləti haqqında -2

zzətli olmaq
İzzət tapmaq üçün hər gündə 10 dəfə salavat göndər və ona davam et.
İmam (əleyhis-səlam) cavab verdi: “Bəşərin qəlbi “haqla” möhkəmlənmişdir və “haqq” ilə qarışmışdır və “haqq” üzünə örtük çəkilmişdir, onda əgər kim Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) kamil salam və salavat göndərsin, onun “qəlbi” xüsusi nuranilik tapar və unutduğu mətləb yenidən yadına düşər. Əgər Muhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat göndərməsə və yaxud naqis salavat göndərsə o “haqq” üzərinə çəkilmiş örtük elə də qalacaq. O halda insan bildiyini (sözü-məsələni) unudur."


Sağlamlıq
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
“Əgər bir nəfər mənə bir salavat göndərsə, Allah-təala ona on salavat göndərər. Əgər bir nəfər mənə on salavat göndərsə, Allah-təala ona yüz salavat göndərər və əlbəttə yüz dəfə də Allahın min dəfə salavatını ardınca gətirər və bir nəfər min dəfə mənə salavat göndərsə heç vaxt əzab görməyəcək.”
Ölüm və təhlükədən xilas olmaq
“Yuzəbbihunə əbnaəhum” ayəsinin təfsirində gəlmişdir ki: “Bəni-İsrail öz oğlanlarını Məhəmməd və əhli-beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə ölümdən nicat verirdilər və həmçinin öz qızlarını da Muhəmməd və onun əhli beytinə (Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil-fərəcəhum) salavat zikr etməklə təhlükələrdən qoruyurdular.”
Rəhmət qapısı
Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi) buyurdu:
“Bir nəfər mənə bir dəfə salavat göndərsə, Allah-təala rəhmət və afiyətdən bir qapı onun üzünə açar.”
Günahı təzmizləmək
Əziz İslam Peyğəmbəri (səllalahu əleyhi və alihi) buyurdu:
“Bir nəfər mənə salavat göndərsə, onun günahları silinər.”

İstəklərin həyata keçməsi
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
“Bir nəfər yüz dəfə “Ya rəbbi Səlli əla Muhəmmədin və ali Muhəmmədin” desə, hacətlərindən yüzü, o cümlədən onun otuz dünya hacəti həyata keçəcəkdir.”
Siratın işıqlanması
Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:
“Mənə göndərilən salam və salavat Siratı nurlu edər.”
Duanın şərti və qəbul olması
İmam Əli (əleyhis-səlam) buyurdu:
“Hər bir dua məhcubdur (pərdəlidir) o vaxta qədər ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərilsin.”
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Hər kəs desə “La ilahə illəllahu vəhdəhu la şərikə ləhu, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin.” Yaşıl bir quş onun ağzından xaric olacaq ki, mirvarid və yaqutdan iki qanadı vardır. Elə ki, o iki qanadını açaraq məşriq və məğribə yetişər, o quşdan “nihəl” ağcaqanadın səsi kimi bir səs eşidilər.
Onda haqq-təala ona buyurar: Məni və mənim Peyğəmbərimi mədh etdin indi sakin ol.”
O quş deyər ki:
“Necə sakin olum və halbuki sən “La ilahə illəllah”ı deyəni bağışlamadın?.”
Xitab yetişər: “Sakin ol, mən onu bağışladım.”
Duanın müstəcab olmasının şəraiti
Bir nəfər İmam Sadiq (əleyhis-səlam)-ın xidmətinə gəldi və ərz etdi:
Qurani-kərimdə iki ayə vardır ki, mən nə qədər axtarıramsa, onları tapmıram. Yəni, onların mənasını dərk edə bilmirəm.
Həzrət buyurdu: “Hansı ayələrdir?.”
O dedi: Birinci ayə Allahın sözüdür ki, buyurub:
“Məni çağırın ki, sizin duanızı müstəcəb edim. “Ud-uni istəcib ləkum.” Mən Allahı çağırıram. Amma duam müstəcəb olmur?.”
İmam buyurdu: “Fikirləşirsən ki, Allah öz vədəsinə xilaf olub?.”
Dedi: Xeyr.
İmam buyurdu: “Onda onun səbəbi nədir?.”
Ərz etdi: Bilmirəm.
İmam buyurdu: “Budur sənə xəbər verirəm ki, bir nəfər Allaha itaət etsə o şeydə ki, duaya əmr edib və duanın cəhətlərinə riayət etsə, icabət edəcəkdir.”
Ərz etdi: “Duanın cəhəti nədir?.”
Buyurdu: “Əvvəl Allaha həmd edirsən, onun nemətlərini xatırlayırsan, sonra şükr edirsən, daha sonra Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərirsən. Sonra günahlarını xatırlayırsan və günahları iqrar edirsən və onlardan Allaha pənah aparırsan və tövbə edirsən. Budur duanın cəhəti.”
Sonra İmam buyurdu: “O biri ayə hansıdır?.”
Ərz etdi: Bu ayədir ki, buyurur: Allah yolunda infaq edin ki, Allah da ondan daha yaxşısını sizə versin; “Və ma ənfəqtum min şəyin fə huvə yuxlifuhu və huvə xəyrur-raziqin”
Mən Allah yolunda infaq (ehsan) edirəm; lakin onun yerini dolduran bir şey mənə yetişmir!.”
İmam buyurdu: “Əgər bir nəfər halal mal qazansa və Allah yolunda bir dirhəm belə infaq etsə, Allah onun əvəzini verər.”
Hicab və maneələri qaldırmaq
Rəvayətdə gəlmişdir: Elə bir dua yoxdur ki, onunla icabət (qəbul) olunan göy arasında bir hicab və maneə olmasın, amma o vaxt “Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat zikri ortaya gəlsə, hicablar kənara çəkilər və dua icabətə yetişər. Salavatsız dua icabətə yetişmir.”
Dua salavatla kamilləşir və ərşə qalxır
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
“Hər kəs bir dua etsə və Peyğəmbər (səlləllahu əleyhi və alihi)-nin adını çəkməsə, duası başı üstə dolanar (ərşə ucalmaz). Hər vaxt Peyğəmbər (səlləllahu əleyhi və alihi)-nin adını çəksə duası yuxarı ucalar.”
İmam Sadiq (əleyhis-səlam) buyurur: “Bir nəfərin ki, bir hacəti olsa, gərək başlanğıcda “Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərsin. Sonra öz hacətini istəsin və sonra salavatla öz duasını tamamlasın. Çünki Allah-təala ondan daha böyük və əzəmətlidir ki, duanın (əvvəl və axırını) iki tərəfini icabət etsin və onun ortasını görməməzliyə qoysun bir şərtlə ki, salavatdan hicabda olmasın.”
İmam və Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat
Rəca ibn Zəhhak deyir:
İmam Rza (əleyhis-səlam) dualarını Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərməklə başlayırdı. Namazda və ondan başqa hallarda çoxlu salavat göndərirdi.”


Administrator

Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
Zi-hiccə ayının 10-cu günü
Əl-Maidə (Süfrə) surəsi-3

 
user comment