Azəri
Friday 19th of April 2024
0
نفر 0

Ədalətsiz hakim Zeynal Ağayev jurnalistləri məhkəmədən qovdu-"Nardaran işi 3" təxirə düşdü

Ədalətsiz hakim Zeynal Ağayev jurnalistləri məhkəmədən qovdu-"Nardaran işi 3" təxirə düşdü

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında mövcud rejim tərəfindən törədilən Nardaran cinayətləri ilə bağlı saxlanılan Şiə ruhanilərindən Quran Hafizi, Höccətül İslam Zülfüqar Mikayılov, Höccətül İslam Seyyid Elman Ağayev, Höccətül İslam Ramil Seyfullayev, Höccətül İslam Ruzi İsmayılov, Şiə aktivistləri Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Mübariz İbrahimov, və Cabir Əliyevin cinayət işi üzrə qondarma “məhkəmə prosesi” keçirilib.

Ədalətsiz hakim Zeynal Ağayevin sədrlik etdiyi qondarma prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib.

Qondarma məhkəmə başlasa da ədalətsiz hakim Zeynal Ağayevin mikrafonu “işləmədi”. Təqsirləndirilən şəxslər və onların vəkilləri bu barədə iradlarını bildirdikdən sonra texniki işçilər bu problemi həll etməyə çalışdılar.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayevin səsinin eşidilməməsini həm zalda oturanlar, həm təqsirləndirilən şəxslər, həm də jurnalistlər dəfələrlə hakimin diqqətinə çatdırsalar da tədbir görülməyib. Texniki problemləri aradan qaldırmaq əvəzinə ədalətsiz hakim Zeynal Ağayev "Vetenugrunda.az" saytının müxbiri Arzu Abdullanın zaldan çıxaılmasını tələb edib. Səbəb isə jurnalistin şahid qismində iştirak edən Elman Ağayevin səsinin eşidilmədiyini hakimin diqqətinə çatdırması olub.

Ədalətsiz hakimin jurnalistə qarşı kobud rəftarına "Vetenugrunda.az" saytının baş redaktoru Rövşən Əhmədli etiraz edəndə hakim Rövşən Əhmədlinin barəsində tədbir görülməsi barədə xüsusi qərardad çıxarıb, həmin qərarın icra edilməsi üçün Mətbuat Şurasına göndəriləcəyini bildirib və onun zaldan çıxarılmasını tələb edib.

Bu zaman əliyevlər rejimi tərəfindən ŞƏRLƏNDİRİLƏN Şiə ruhani və aktivistləri etiraz ediblər.

Hər iki jurlaistin zaldan çıxarılmasına təqsirləndirilən şəxslər etiraz ediblər, onlar medianın posesdə iştirakını tələb ediblər, əks halda prosesin təxirə salınmasını istəyiblər.

Etiraza görə, hakim prosesi mayın 8-ə qədər təxirə salıb.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment