Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ABNA Məbəs Bayramını təbrik edir

ABNA Məbəs Bayramını təbrik edir

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, miladi tarixi ilə 610-cu ildə əziz İslam Peyğəmbəri Həzrəti Məhəmməd ibn Abdullah (səlləllahu əleyhi və alih) 40 yaşına çatdıqda dini düşüncələr onun həyatında getdikcə daha çox yer tutmağa başladı, o bəzən bütün asudə vaxtını bunlara sərf edirdi. Hələ yeniyetməlik dövründə onun daxilində baş qaldıran ruhi həyəcan misli görünməmiş dərəcədə şiddətlənmişdi. O getdikcə daha tez-tez vəcdə gəlir, gözünə əşyaların həqiqi surətlər görünür və İlahi Hatifin səslərini eşidirdi.

Həzrəti Məhəmməd ibn Abdullah (səlləllahu əleyhi və alih) tez-tez Məkkə yaxınlığındakı Hirə mağarasına çəkilib öz dini düşüncələrini edir və hələ bəşəriyyətə çatdırılmasına əmr olunmadığı ayinə uyğun ibadət edirdi...

Belə məqamaların birində Həzrəti Məhəmməd ibn Abdullah (səlləllahu əleyhi və alih) insanlara həqiqi sözü – Allahın sözünü oxumağı başlamaq haqqında ona əmr verən mələyi Həzrət Cəbraili (əleyhi səlam) qəflətən aydın görmüş və İqra (Oxu) sürəsinin ilk 5 ayəsini Allah Təala tərəfindən Peyğəmbərə çadırmışdır.

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ * خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ *

اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ * الَّذِي عَلَّمَ بِالْقَلَمِ * عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ *

 

Mehriban və Bağışlayan Allahın Adı İlə

1 (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı yoxdan yaradan) Rəbbinin adı ilə (bismillahir rəhmanir rəhim deyərək) oxu!

2 O, insanı laxtalanmış qandan yaratdı.

3 (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

4 O Rəbbin ki, (insana) qələmlə (yazmağı) öyrətdi.

5 (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

 

Qeyd edək ki, Həzrət Məhəmməd ibn Abdullahı (əleyhi səlam) birinci olaraq danışıqsız Allahın elçisi kimi tanıyan 10 yaşlı öz əmisi oğlu (Əbu Talibin əleyhi səlam oğlu) Əli (əleyhi səlam) və fədakar həyat yoldaşı həzrəti Xədicə səlamullahi əleyha olmuşdur.

 

610-cu ildə ərəblər içindən bir səs ucaldı:

Ey insanlar, bir olan Allaha iman gətirin!

Allahdan başqa heç bir Allah yoxdur!

Allahdan qorxub pis əməllərdən çəkinin!

Sizə bəxş etdiyi saysız-hesabsız nemətlər üçün ona şükr edin!

Qız övladlarınızı öldürməyin, sizi yaradan Allah onların da ruzisini verər.

Qulları azad edin, yetimlərə zülm edib mallarını yeməyin!

Dilənçiləri qapınızdan qovmayın, mallarınızdan onlara ehsan edin, bununla da günahlarızı təmizləyin!

Haqdan üz döndərməyin, həqiqəti gizlətməyin, batili təbliğ etməyin!

Bu səs yanlız ərəblərə deyil, bütün şərq və qərb dünyasına ünvanlanmışdır.

Bu səs qaranlıqları yararaq insanların qəlbinə, ruhuna varmışdır.

Bu səs könüllərin illərlə gözlədiyi, həsrətin olduğu səs idi.

Bu səs bəşər vicdanın, fitrətindən gələn səsi idi.

Bu səs Muhəmməd ibn Abdullahın (s) səsi idi…

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment