Azəri
Friday 19th of April 2024
0
نفر 0

İnsanın ən böyük eybi – özündə olan qəbahəti başqalarında tutmaq istəməkdir

İnsanın ən böyük eybi – özündə olan qəbahəti başqalarında tutmaq istəməkdir

Əmirəl-möminin (ə) insanın ən böyük eybi haqqında belə buyurur: “Ən böyük eyib odur ki, o eyib ki, sənin özündə də vardır, başqalarında eyib hesab edəsən”.

İnsanların əksər hissəsi özlərində olan eybləri görmək istəmir və başqalarının eybini tutmağı sevirlər. Bəzən elə insanlara rast gəlirik ki, başqalarının şəxsiyyətinə dəyər vermirlər. Başqalarının onun üçün etdiyi işin muzdunu verməkdən boyun qaçırdırlar. İnsanlara vədə verir, amma yerinə yetirmirlər. Lakin bu insan bir başqası onun haqqını kiçik də olsa tapdalayan kimi, səslərini qaldırır və ondan irad tuturlar. Səsləri o qədər yüksəlir ki, səmaya qədər qalxır və hamı onun təhqiramiz sözlərinə şahid olur. (Tebyan)

İmam Əli (ə) buyurur ki, bunun özü böyük bir eyibdir ki, başqalarının çirkin əməllərini görür və ona reaksiya verirsən və onun eybini tutursan, halbuki buna bənzər öz çirkin əməllərinə diqqət etmirsən.

İmam (ə) demir ki, başqalarının eybini görən zaman heç bir şey demə. Buyurur ki, başqalarının eybi bizi narahat edirsə, gərək ayıq olaq və ilk olaraq özümüzü hesaba çəkək. Baxaq görək ki, bizim özümüzdə də həmin eyibdən vardırmı? Əgər görsək ki, biz də o eybə malikik, onu aradan qaldırmağa çalışaq. Çünki necə ki, başqalarında olan bu eyib bizi narahat edir, bizim də başqalarını narahat etməyimizə səbəb olur.

Ona görə də başqalarının eybini tutmazdan əvvəl, insan olaraq ilk özünü hesaba çəkməli və özünün eyiblərini görməyə çalışmalıdır.

“İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR
Tİlavәt zamanı dİnlәmә vә sükut

 
user comment