Azəri
Friday 29th of March 2024
0
نفر 0

İmam Cavad ələyhis-salamdan gövhərsaçan kəlamlar

Rəcəb ayının 10-cu (İyun ayınıı 1-ci) günü - İmam Cavad ələyhis-salamın təvəllüdü münasibəti ilə öndə İmam-Zaman (əc) olmaqla bütün həqiqət aşiqlərinə gözaydınlığı veririk! Bu münasibətlə, o həzrətin buyurduğu gövhərsaçan hədislərdən bir qismini əziz bacı və qardaşlarımıza təqdim edirik:
 

Həzrət Məhəmməd Təqi ələyhis-salam buyurub:

Səbri yastıq et, yoxsulluğu qucaqla, şəhvətləri at uzağa, həvayi-nəsfə qarşı çıx! Bil ki, Allahın gözü qarşısındasan. Elə isə bax gör necəsən?!

Üç şey var ki, hər kəs ona riayət etsə peşiman olmaz;

 
1.Tələsməkdən çəkinmək
2. Məsləhət etmək
3. Qərara gələn zaman Allaha təvəkkül etmək

Can və malımız Allahın xoş bəxşişləri və Onun tapşırdığı borcudur. Ondan istifadə etsək sevincə səbəb olar. Onların (geri) alınması, əcr və savabdır. Elə isə hər kəsin qərarsızlığı onu səbrinə qalib olsa, əcri zay olar və ondan Allaha pənah!

Bir işlə üzləşən şəxs onu xoşlamasa, elə bil ki, orada qaib kimidir. Hər kəs bir işi etməsə lakin onunla razılaşsa orada hazır kimidir.

Üç şey var ki, adamı Allahın rizvanına çatdırır;
1. İstiğfarın çoxluğu
2. Yumşaqxasiyyətlilik
3. Çoxlu sədəqə vermək

Şər və bədcins adamla rəfiq olmaqan çəkin! O, üryan qılınc kimidir. Görünüşü yaxşı təsiri pisdir.
 

Tövbəni təxirə salmaq aldanmaqdır.

Həmişə işləri təxirə salmaq avaralıqdır.

Ürəkləri Allaha tərəf yönətmək, (bədən) üzvlərini zəhmətə salmaqdan daha tez qovuşdurucudur.

Günahlara israr etmək Allahın məkrindən asudə olmaqdır. Ziyankarlardan başqası Allahın məkrindən asudə olmaz.

İnsan şükür etməyi kəsməyincə nemətin çoxalması Allah tərəfindən kəsilməz!

Bir şeyi möhkəmlənmədən izhar etmək, onun puç olmasıdır.

Möminin, Allahın  onu müvəffəqiyyətə nail etməsinə, öz tərəfindən nəsihətə və nəsihəti qəbul etməyə ehtiyacı var.

Cahillərin çoxluğuna görə alimlər qəribdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏRBƏLA ŞƏHİDİ MÜSLÜM İBN OVSƏCƏ
Hədislərdə xəsisliyin gözəl izahı
İmam Səccadın (ə) mübarək dəlilləri ilə qoca şamlının tövbəsi
İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür

 
user comment