Azəri
Thursday 18th of April 2024
0
نفر 0

Quran və hədislərdə Hz. Fatiməi Zəhranın (ə) məqam və mənziləti

Quran və hədislərdə Hz. Fatiməi Zəhranın (ə) məqam və mənziləti

Xəbər Agentliyinin Mədəniyyət Səhifəsi: Qurani Kərimə əsasən həzrəti Fatiməi Zəhra (əleyha səlam) böyük İslam Peyğəmbəri həzrət Muhəmmədi Mustəfanın (səlləllahu əleyhi və alih) Əhli Beytindəndir (əleyhimus-səlam). Bu səbəbdən də, O Xanım ismət sahibi və Allah Təala tərəfindən hər bir pislik və nöqsanlıqdan uzaqdır. Yəni həzrəti Fatiməi Zəhra (əleyha səlam) Kamil İnsandır. Qurani Kərim, Peyğəmbər və Məsum İmamlardan nəql olunan hədislərdə həzrəti Fatiməi Zəhranın (əleyha səlam) özünə xas böyük bir məqamı vardır. Elə bir məqam ki, O Xanımı digər Kamil İnsanlardan fərqləndirir. Apardığımız bu qısa araşdırmada və yazdığımız məqalədə biz həzrəti Fatiməi Zəhranın (əleyha səlam) təsəvvür edilməz məqam və mənzilətinin sadəcə bir kiçik hissəsini oxuyuculara təqdim edə bildik.

Həzrəti Fatiməi Zəhra (əleyha səlam) Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qızı, İmam Əlinin (əleyhi səlam) həyat yoldaşı, Allah Rəsulunun (səlləllahuəleyhi və alihi və səlləm) yanında ən sevimli insan və onun cigərparəsi, gözünün nuru və huviyyətinin bir parçasıdır.

Fatiməi Zəhra (əleyha səlam) həmin şəsdir ki, həzrəti Peyğəmbərin buyurduğuna əsasən Allah Təalanın razılığı və qəzəbi həzrət Fatiməi Zəhranın razılığı və qəzəbindədir. (Usdul Ğabə, cild 7, səh. 216 – 219. Əl İsabə, cild 8, səh. 262 - 266)

Təfsir alimləri Qurani Kərimdə olan bir çox ayə və surələri həzrət Fatiməi Zəhranın (əleyha səlam) məqam və mənziləti haqda nazil olduğunu vurğulayıblar. Onlardan bəzilərinə işarə edirik:

1-Zil Qurba ayəsi: Xanım Fatiməi Zəhra (əleyha səlam) Qurani Kərimdə “Zil Qurba” ünvanı ilə xitab olunur. Bu səbəbdən də, həzrət Rəsulləllah (səlləllahu əleyhi və alihi və səlləm) İsra sürəsinin 26-cı ayəsi “Və ati Zil Qurba həqqəhu...” yəni: “Yaxın qohmlarının haqqını onlara qaytar” olan hökmü nazil olduqda qızı Xanım Fatiməni (əleyha səlam) çağırdı və Fədək Bağlarını həzrəti Fatiməyə (əleyha səlam) hədiyyə olaraq bağışladı (Məcməul Bəyan, cild 5 – 6, səh. 634. əl Durrul Mənsur, cild 5, səh. 273). Həzrət Peyğəmbər bui işi ilə Allah Təalanın hökm buyurduğu tapşırığı başla- canla yerinə yetirdi. Zil Qurbanın- yaxın qohumlarının maddi və mənəvi hüquqlarını onlara qaytardı. Əhli Sünni və Şiə məktəblərindən nəql olunan rəvayətlərə görə, həzrt Haqq Təbarəku Təala Fədək bağlarını Müsəlmanların yəhudilərlə döyüşdə həzrəti Peyğəmbərin ixtiyarına keçirtdi, Zil Qurba ayəsi nazil olduqda Allahın Elçisi bu ayədəki (Yaxın qohumlar) –dan məhz kimin qəsd edildiyini bilmədi. Bu zaman Allah Təala ona vəhy etdi ki, Fədək bağlarını Xanım Fatiməi Zəhraya (əleyha səlam) əta etsin. (Usul Kafi, cild 1, səh. 543, hədis 5. Nurus- Siqleyn, cild 3, səh. 154, hədis 158. əl Durrul Mənsur, cild 5, səh. 273 – 274. Yənabiul Məvvəddə, cild 1, səh 138 və 358 - 359). Hər bir halda Sünni və Şiə məktəblərinin nəql etdikləri hədislərə əsasən Qurani Kərimin İsra sürəsinin 26-cı ayəsində keçən “Zil Qurba” kəlməsindən məqsəd məhz həzrəti Siddiqəyi Kübra, Fatiməi Zəhradır (əleyha səlam). Eyni zamanda Rum sürəsinin 38-ci ayəsində də keçən “Zil Qurba” yəni Yaxın qohum kəlməsindən məqsəd həzrət İmam Əli, Siddiqəyi Kübra həzrəti Fatməi Zəhra, İmam Həsən və İmam Hüseyndir (əleyhimus səlam). (əl Burhan, cild 4, səh 823, hədis 23. Yənabiul Məvvədə cild 1, səh. 315 və cild 2, səh. 120. Şəvahidul Tənzil, cild 2, səh. 189 – 197. Əl Mizan cild 19, səh. 203)

2-Məvəddət Zil Qurba: İslam Peyğəmbəri apardığı təbliğatının qarşılığı olaraq insanlardan heç bir şey istəməmişdir. Lakin bununla yanaşı Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Şura sürəsinin 23-cü ayəsinə əsasən Allah Təala tərəfindən məmur olur ki, insanların Kamillik dərəcəsi olan Allah Təalaya bəndəlikdə xalis olmaları üçün “Peyğəmbərin Yaxın Qohumlarına məvəddət və məhəbbət bəsləmələrini” tələb edir. Yuxarıda qeyd etdiyimiz kimi həm Əhli Sünnə və həm də Əhli Şiə alimlərinin nəzərlərinə görə həzrət Peyğəmbərin Yaxın Qohumlarından məqsəd yalnız həzrəti Fatiməi Zəhra, İmam Əli, İmam Həsən və İmam Hüseyndir (əleyhimus səlam). Səba sürəsinin 47-ci ayəsində Allah Təbarəku Təala insanların Əhli Beytə (əleyhimus səlam) məhəbbət göstərməli olmaqlarının faydası yalnız və yalnız onların özü üçündür. Çünki bu məvəddət və məhəbbət daim Allah Təalaya edilən itaət və ibadətlərin kənarında olmalıdır ki, insanlar da Sirati Mustəqimdə- Allahın doğru yolunda qərar taparaq bir başa Beheşti ə`laya yetişə bilsinlər, onların şəfaət olunması və Məsum insanlara təvəssül edə bilmələri üçün maneə yaranmasın.

3- Nisaun Nəbiyy: Ərəb dilində “Nisa” kəlməsi qadın cinsini çatdırır, “Nisaun Nəbiyy” kəlməsi də, ilk baxışdan Peyğəmbərin həyat yoldaşı və qəzlarına aid edilir. Amma bütün Əhli Sünnə Alimləri və Əhli Şiə Üləmaları yekdilliklə vurğulayırlar ki, Ali İmran sürəsinin 61-ci ayəsi olan “Mübahilə ayəsi” nazil olduqda İslam Peyğəmbəri Nəcran xristianları ilə mücadiləyə yalnız qızı həzrəti Fatiməi Zəhranı (əleyha səlam) özü ilə aparmışdır. Və bu əməli ilə bütün bəşəriyyətə bildirmişdir ki, Nisaun Nəbiyy deyildikdə qadınlardan məqsəd məhz Xanım Fatiməi Zəhradır(əleyha səlam). Yalnız Xanım Fatimədir (əleyha səlam) ki, belə bir şənə layiqdir. (Məcməul Bəyan, cild 1- 2, səh. 762- 763. Ruhul Məani, cild 3, cüz 3, səh. 301)

Daha da təcüblüs bu ayədə odur ki, həzrət Əmirəl Möminin Əli (əleyhi səlam) Peyğəmbərin eyni özü timsalında müərrifi olunur. İmam Həsən və İmam Hüseyn isə İslam Peyğəmbərinin oğlanları tanıtdırılır. Mübahilə hadisəsində yalnız “pənc tən Ali Əba” Peyğəmbəri müşaiyyət edir və Allah Təala Təthir, İsmət ayələrini də bunlar haqqda nazil etmişdir. (Nuru Siqleyn, cild 1, səh 347- 349, hədis 157- 158 və 162- 163 və 165- 166. Əl Durrul Mənsur, cild 2, səh. 230- 233).

4- İsmət: Alla Cəllə Cəlaluh Əhzab sürəsinin 33-cü ayəsində Əhli Beytin (əleyhimus səlam) mütləq şəkildə pak və məsum olduqlarını insanlara çatdırır. Və bütün Şiə və Sünni alimlərinin yekdilliklə qəbul etdikləri məsələdə budur ki, həzrəti Siddiqəyi Tahirə, Xanım Fatiməi Zəhra (əleyha səlam) Əhli Beytdən (əleyhimus səlam) biridir. (Camiul Bəyan, cild 12, cüz 22, səh. 9. əl Təhrir və əl Tənvir təfsiri, cild 11, cüz 22, səh. 15)

5. Şəcərəi Təyyibə: Allah Cəllə Cəlaluh Quran Kərimin İbrahim sürəsinin 24-cü ayəsində Şəcərəi Təyyibə” haqda söz açır və buyurur ki, bu ağacın kökü sabitdir şaxələri isə göyə uzanıb və bu ağac daim bəhrə verməkdədir. Bütün Sünni və Şiə üləmaları təkidlə qeyd edirləri ki, İbrahim sürəsinin 24-cü ayəsi İslam Peyğəmbəri və Onun pak Əhli Beytinə yəni həzrəti Fatiməi Zəhra (əleyha səlam) və Əmiril Möminin Əliyə (əleyhi səlam) və övladları İmam Həsənə (əleyhi səlam), İmam Hüseynə (əleyhi səlam) və İmam Hüseynin nəslindən gələn 9 İmamlara ki, Onların sonuncusu İmam Zaman həzrətləridir (əleyhi səlam) aid edilir. Qıraq heç kimsə bu ayəyə şamil ola bilməz. Deməli həzrət Fatiməi Zəhra (əleyha səlam) bu İlhai Təyyib Şəcərənin bir üzvüdür. (Məcməul Bəyan, cild 5 -6, səh. 480. Nuri Siqleyn təfsiri, cild 2, səh. 536, hədis 58 və 60)

Eyni zamanda İmam Muhəmməd Baqir (əleyhi səlam) “Şəcərətun təyyibə” kəlməsini İslam Peyğəmbəri həzrət Muhəmməd Mustəfaya (səlləllahu əleyhi və alihi və səlləm) və “Fər`uha” kəlməsini həzrət Siddiqəyi Kübra Xanım Fatiməi Zəhraya (əleyha səlam) təfsir etmişdir. (Şəvahidul Tənzil, Hakim Həsəkani, cild 1, səh. 406)

6- Mərəcəl Bəhreyn: Qurani Kərimi təfsir edən alimlər əl Rəhman sürəsinin 19-cu ayəsi haqda nəzərləri eynidir. Alimlər hədislərə əsasən bu ayəni həzrət Fatiməi Zəhraya (əleyha səlam) aid olduğunu qeyd edirlər. Belə ki, ayədə gələn “bəhreyn” yəni iki dənizdən məqsəd biri peyğəmbərlik dənizi yəni həzrət Peyğəmbər digəri isə vilayət dənizi yəni İmam Əlidir. Və bunların ikisini birləşdirən isə, həzrəti Fatiməi Zəhradır. (əl Durrul Mənsur, cild 7, səh. 697. Nuru Siqleyn təfsiri, cild 5, səh. 191- 192, hədis 17 və 21)

7- Həl Əta: Çoxlu mütəvatir (yəni heç bir şəkk və şübhə olunmayan hədis və sənəd baxımından Qurani Kərimlə eyni olan rəvayət) hədislərə görə, təfsir alimləri İnsan sürəsinin 5-ci ayəsindən 22-ci ayəsinə qədər nazil olan ayələri Əhli Beyt (əleyhimus səlam) haqda olduğunu xüsusilə də, həzrət Zəhra (əleyha səlam) barədə gəldiyini vurğulayırlar. (Məcməul Bəyan, cild 9- 10, səh 611. əl Kəşşaf, cild 4, səh 670. Nuri Siqleyn təfsiri, cild 5, səh 469- 477, hədis 18 - 24)

Allah Taala İnsan sürəsində göstərmək istədiyi əsas məsələ “Əbrar” yəni yaxşı insanları nümunə olaraq tanıtdırmaq, onların həyat tərzlərini göstərmək, Allaha necə itaət etdiklərini və Allah Təalanın da onlara bu işlərinin qarşılığında hansı mükafatlar verdiyini digərlərinə çatdırmaqdır. Bu sürədə əsasən Xanım Zəhra, İmam Əli, İmam Həsən və İmam Hüseynin (əleyhimus səlam) oruc tutduqları bir halda 3 gün ardıcıl olaraq iftar vaxtı xörəkə ehtiyacları olduğu bir halda öz təamlarını fəqirə, miskinə və əsirə verdiklərindən söhbət açılır. Şiə və Sünni təfsir alimləri hədislərə əsaslanaraq bildirirlər ki, İmam Həsən və İmam Hüseyn (əleyhimə səlam) bərk xəstələnirlər. İmam Əli (əleyhi səlam) ilə Xanım Zəhra (əleyha səlam) uşaqlarının sağalması üçün oruc tutmağı nəzir edirlər. Və iftar zamanı birinci gün fəqir, ikinci gün miskin, üçüncü gün isə əsir gələrək onlardan bir şey yemək istəyir. Xanım Zəhra (əleyha səlam), İmam Əli (əleyhi səlam), və uşaqları özləri üç gün yavan su içərək qapıy agələn şəxslərə öz xörəklərini yedizdirirlər. (Nuri Siqleyn təfsiri, cild 5, səh 469 – 474, hədis 18- 24. əl Kəşşaf, cild 4, səh 670. Məcməul Bəyan cild 9- 10, səh 611. əl Durrul Mənsur, cild 8, səh 371)

Bu ayələrdə əsas o qeyd olunur ki, Xanım Fatiməi Zəhra (əleyha səlam) ehtiyacı olan şəxslərə yaxşılıq edərkən onlardan heç bir çoxsağl və təşəkkür etmələrini belə unmayır.

8- Təvəssül etmək üçün İlahi kəlmələr: Alla Cəllə Cəlaluh Qurani Kərimin Loqman sürəsinin 7 və 27-ci ayələrində yaratdıqlarını “Kəlimat” kəlmələr ünvanında yad edir. Eyni zamanda Ali İmran sürəsinin 45-ci ayəsində həzrət Məryəmin oğlu İsa (əleyhimə səlam) Peyğəmbəri “Kəlimətullah” yəni Allahın Kəlməsi ünvanı ilə yad edir. Əhli Beyt (əleyhimə səlam) haqda da eynilə Allah Təala Quranda onları “Kəlimat” yəni kəlmələr ünvanında bizlərə tanıtdırır. Amma Əhli Beytin (əleyhimə səlam) İlahi Kəlmələr olması digərlərinin də Kəlimat olmasından daha da fərqli və üstündür. Belə ki, məhz həzrət Adəm Peyğəmbər Allah Təala tərəfindən İlahi Kəlmələri mənimsədirkdən sonra Allah Təalanı o kəlmələrə and verərək tövbəsi qəbul olundu. (Nuri Siqleyn təfsiri, cild 1, səh 67, hədis 143 – 148. əl Durrul Mənsur, cild 1, səh 147)

9- İnsanların əmlakında haqqı olan kəs: Qurani Kərimin Ənfal sürəsinin 41-ci ayəsi, Rum sürəsinin 38ci ayəsi və İsra sürəsinin 26-cı ayəsinə əsasən Xanım Fatiməi Zəhra (əleyha səlam) Zil Qurba ünvanı ilə taıtdırılır. Buna görə də, Zil Qurba olan həzrəti Fatiməi Zəhranın (əleyha səlam) camaatın əmlaklarında xüsusi payı və haqqı vardır. Elə bu səbəbdən də, həzrət Peyğəmbər bu ayə nazil olduqdan sonra ələ keçirtdiyi Fədək bağlarını həzrət Fatiməyə qaytarır. (Usul Kafi, cild 1, səh. 543, hədis 5. Nurus- Siqleyn, cild 3, səh. 154, hədis 158. əl Durrul Mənsur, cild 5, səh. 273 – 274. Yənabiul Məvvəddə, cild 1, səh 138 və 358 - 359).

10- Allahın hündür evi: Allah Cəllə Cəlaluh Rum sürəsinin 36-cı ayəsində bəzi evlər haqda söhbət açır ki, o evlər Allahın Təalanın iznilə qaldırılmışdır. Və həmin evlərdə gecə-gündüz Allah təsbih olunur və təsbih sədaları göylərə ucalır. Bütün Sünni və Şiə alimlərinin bildirdiklərinə əsasən həmin bu Ev İmam Əli (əleyhi səlam) ilə həzrət Fatiməi Zəhranın (əleyha səlam) evidir. (Nurus- Siqleyn, cild 3, səh. 607, hədis 181. əl Durrul Mənsur, cild 6, səh. 203. Məəcməul Bəyan, cild 7- 8, səh 227).

11- İxlas: Allah Təala Qurani kərimdə Xanım Fatiməi Zəhranın (əleyha səlam) ixlası haqda söhbət açır. Belə ki, İnsan sürəsinin 8 və 9-cu ayəsində Xanımın ixlaslı olmasını öyərək Onun hansı həddə əziz olduğunu bizlərə çatdırır. Bütün İslam alimləri istər Sünni və istərsə də, Şiə alimlərinin nəzəri budur ki, qeyd olunan sürənin ayələrindən məqsəd həzrət Əmirəl Möminin və Fatiməi Zəhradır (əleyha səlam). Çünki onlar ixlasla oruc tutub ixlasla da öz iftarlarını fəqirə, miskinə və əsirə hədiyyə etdilər. (Nuri Siqleyn təfsiri, cild 5, səh 469 – 474, hədis 18- 24. əl Kəşşaf, cild 4, səh 670. Məcməul Bəyan cild 9- 10, səh 611. əl Durrul Mənsur, cild 8, səh 371)

12- Zikr Əhli və insanların elmi məsələlərdə müraciət etdikləri yer: Allah Əzzə və Cəll bütün insanları məmur edib ki, bilmədiklərini gedib “Zikr” yəni Elm əhlindən öyrənsinlər. Onlara Zikr əhli deməsi də, məhz onların daim Allah Təbaraku Təalanı yad edib Onun zikrilə məşğul olmalarıdır. Bu səbəbdən də Allah Təala insanları bütün dini və dünyəvi işlərində qeyd olunan Zikr əhlinə gedib müraciət etmələrini tapşırıq verir. Bəs görəsən bu Zikr əhli kimlərdir? Sünni və Şiə mənbələrində qeyd olunan çoxlu hədislərə əsasən Zikr əhli məhz İslam Peyğəmbərinin pak və məsum Əhli Beyti (əleyhimus səlam) xüsusilə də, Xanım Fatiməi Zəhradır (əleyha səlam) Elə buna görə də, Xanım Zəhra (əleyha səlam) insanlar arasında elm dəryası kimi tanınar və müxtəlif elmi məsələlərdə onun hüzuruna gələr və onun elmindən bəhrələnərdilər. (Şəvahidul Tənzil, Hakim Həsəkani, cild 1, səh. 423 və 437. Nuri Siqleyn təfsiri, cild 3, səh 55 – 59, hədis 87- 103)

13- Xeyrul Bəriyyə: Allah Cəllə Cəlaluh Qurani Kərimin Bəyyinə sürəsinin 7-ci ayəsində Xanım Fatiməi Zəhranı (əleyha səlam) öz yaratdıqları sırasında ən üstün və ən yaxşı məxluq kimi tanıtdırır. Bu məsələ bütün Şiə Sünni mənbələrində də, özünü doğruldub. Belə ki, alimlər ayədə keçən “Xeyrul Bəriyyə” titulunu yalnız İmam Əli (əleyhi səlam) və onun Şiələrinə aid olduğunu vurğulayırlar. Heç kimə də gizli deyil ki, həzrət Zəhra (əleyha səlam) İmam Əlinin(əleyhi səlam) ilk və ən üstün Şiəsi olmuş eyni zamanda da İmamət məqamının qəsb edilməməsi uğrunda mübarizə apararaq bu yolda Şəhid olan ilk şəxsdir. (Camiul Bəyan cild 15, cüz 30, səh 335. əl Durrul Mənsur, cild 8, səh 589. Şəvahidul Tənzil, Hakim Həsəkani, cild 2, səh. 465)

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu
MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
Həzrət Əlinin (ə) haqsılığa münasibəti
Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm
Bu gün Həzrəti Məsumənin (ə) Qum şəhərinə daxil olmasının 1178 ili qeyd ...

 
user comment