Azəri
Friday 19th of April 2024
0
نفر 0

Xalis tövbə

Xalis tövbə

Sual : Xalis tövbə nədir və onun hansı faydaları vardır?

 
Qısa cavab:

Ətraflı cavab: Bu sualın cavabını "Təhrim" surəsinin 8-ci ayəsi ilə vermək olar. Allah-taala bu ayədə cəhənnəm atəşindən nicat tapmaq yolunu bizə göstərərək buyurur:
«یا اَیُّهَا الَّذِینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَصُوحاً»
“Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin.”
Bəli, nicat tapmaq üçün ilk addım xalis şəkildə tövbə etməkdir. Elə bir tövbə ki, Allahın əmri ilə və günahın qorxusundan olmalı, ictimai və dünyəvi məsələlər və günahın onlarda qoyduğu təsirlər nəzərdə tutulmamalıdır. Eyni zamanda, həmin tövə insanı bir daha günaha qayıtmamaq şərtilə həmişəlik olaraq günahdan çəkindirməlidir.
Bildiyimiz kimi, tövbənin əsası günaha görə peşmançılıqdır. Burada zəruri olan məsələ gələcəkdə də günahdan çəkinməkdir. Əgər bərpa edilə bilən bir şey olarsa, onu da yerinə yetirmək lazımdır. Bağışlanmaq diləmək də bu mənanı əks etdirir. Beləliklə, tövbəni beş rükndə (prinsipdə) xülasələşdirə bilərik: Günahı tərk etmək, peşmançılıq, gələcəkdə günahdan çəkinmək qərarı, keçmişdə etdiklərinin əvəzini qaytarmaq, bağışlanmaq diləmək.
Xalis tövbənin necə olması barədə bir çox təfsirlər bəyan edilmişdir. Hətta bəziləri bu təfsirlərin iyirmi üçü keçdiyini yazmışlar, lakin bu təfsirlərin hamısı bir həqiqətə, yaxud da tövbənin müxtəlif sahə, hissə və şərtlərinə qayıdır. Həmçinin, xalis tövbə dörd şərtlə, yəni ürəkdən peşman olmaq, dil ilə bağışlanma diləmək (istiğfar), günahı tərk etmək və gələcəkdə də günahdan çəkinmək qərarı qəbul etməyə əsaslanır və bu şərtlərə malik olanlar xalis tövbə edənlərdir.
Bəziləri də xalis tövbənin üç şərtə – tövbənin qəbul olunmama qorxusu, qəbul olunma ümidi və Allaha itaətə davam etmək – malik olduğunu qeyd etmişlər. Yaxud, xalis tövbə öz günahını həmişə gözünün önündə canlandırıb ondan utanmaqdır! Yaxud da, xalis tövbə zülm olunanın malını sahibinə qaytarmaq, ondan halallıq istəmək və Allaha itaətə israr etməkdir. Həmçinin, xalis tövbə üç şərtlə, yəni az danışmaq, az yemək və az yatmaqla olmalıdır. Yaxud da, xalis tövbə odur ki, tövbə edən şəxsin gözləri həmişə günaha görə yaşarsın və qəlbi ondan bizar olsun və sair. Bütün bunlar bir həqiqətin növ və şaxələridir. Bu tövbə xalis və kamil tövbədir.
Peyğəmbərdən (s) nəql edilən hədisdə belə oxuyuruq:
"Muaz ibn Cəbəl Allahın Rəsulundan (s) xalis tövbə barəsində soruşur və o həzrət cavabında buyurur:
«اَنْ یَتُوبَ التّایِبُ ثُمَّ لایَرْجِعُ فِى ذَنْب کَما لایَعُودُ اللَّبَنُ اِلَى الضَّرْعِ»
“”Xalis tövbə” tövbə edən şəxsin süd döşə qayıtmadığı kimi, tövbə etdikdən sonra heç zaman günaha qayıtmamasıdır.”" (1)
Bu incə bəyan onu göstərir ki, xalis tövbə insanda elə bir çevriliş yaradır ki, südün döşə qayıtmasının qeyri-mümkünlüyü kimi, onun keçmişə qayıdış yolu birdəfəlik bağlanır.
Xatırlatdığımız bu məna digər rəvayətlərdə də qeyd edilmiş və həqiqətdə xalis tövbənin ali dərəcəsini bəyan edir. Belə ki, tövbənin aşağı dərəcələrində tövbənin təkrar edilməsi ilə günaha qayıdış mümkündür və sonda günahın daimi şəkildə tərkilə nəticələnir.
Daha sonra xalis tövbənin təsir və əlamətlərinə işarə edərək buyurur:
«عَسى رَبُّکُمْ اَنْ یُکَفِّرَ عَنْکُمْ سَیِّیاتِکُمْ»
“Ümid edirik ki, bu işlə (tövbə etməklə) Rəbbiniz günahlarınızı bağışlasın.”
«وَ یُدْخِلَکُمْ جَنّات تَجْرِی مِنْ تَحْتِهَا الاْ َنْهار»
“Və sizi ağaclarının altından çaylar axan cənnət bağlarına daxil etsin.”
«یَوْمَ لایُخْزِی اللّهُ النَّبِیَّ وَ الَّذِینَ آمَنُوا مَعَهُ»
“Bu iş Allahın peyğəmbər və iman gətirən şəxsləri xar etməyəcəyi gün olacaqdır.”
«نُورُهُمْ یَسْعى بَیْنَ اَیْدِیهِمْ وَ بِاَیْمانِهِمْ»
“Bu o zamandır ki, onların nuru (iman və saleh əməl) onlarla və sağ tərəfləri ilə hərəkətdədir və məhşəri işıqlandırır və cənnətə gedən yolu onlar üçün açır.”
«یَقُولُونَ رَبَّنا اَتْمِمْ لَنا نُورَنا وَ اغْفِرْ لَنا اِنَّکَ عَلى کُلِّ شَیْء قَدِیرٌ»
“Buradadır ki, onlar Allah dərgahına üz tutaraq söyləyərlər: "Ey Rəbbimiz! Sən bizim nurumuzu kamil elə və bizi bağışla, həqiqətən, Sən hər şeyə qadirsən.”"
Həqiqətən də bu xalis tövbə beş böyük faydaya malikdir:
Birincisi, pislik və günahların bağışlanması.
İkincisi, ilahi nemətlərlə dolu olan cənnətə daxil olmaq.
Üçüncüsü, pərdələrin çəkildiyi, həqiqətlərin aşkar və tamahkar yalançıların xar və rüsvay olduğu gün tövbə edənlərin rüsvay edilməməsi. Bəli, o gün Peyğəmbər (s) və möminlərə ehtiram ediləcək, çünki onların dedikləri həqiqət idi.
Dördüncüsü, onların iman və əməl nuru onlarla və sağ tərəfləri ilə hərəkət edəcək və onlara cənnətə gedən yolu göstərəcəklər.
Beşincisi, Allaha diqqətləri daha çox olacaq, çünki Allah dərgahına üz tutacaqlar və Ondan nurlarının kamilləşməsini və günahlarının tamamilə bağışlanmasını istəyəcəklər. (2)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment