Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Ya Zəhra!

Ya Zəhra!

Şərəfindir ki, Mustəfadır atan, ya Zəhra!

Şiri-Xudayə müdam munis olan, ya Zəhra!


Sənə Hüriyyeyi-insiyyə deyib peyğəmbər,
Xaliqə təsbih edib nuru saçan, ya Zəhra!

Necə xoşdur Həsənin, bir də Hüseynin ətri!
Gələcək, gözləyirik, Mehdi balan, ya Zəhra!

Aləmə zinət olub, hamı bilir, beş kimsə,
Xilqətin türbəti ə`layi-cinan, ya Zəhra!

Anlayıb kimdi Bətul, ruzi-əzəl əhli-səma,
Olacaqsan bizə məşhərdə əyan, ya Zəhra!

Qəzəbin razılığın, həzrəti Sübhanındır,
Geriyə dönməyəcək əsla duan, ya Zəhra!

Tərifin yazmaq üçün mən gətirim Qur`ani,
Olmusan gör necə “Kövsər”də bəyan, ya Zəhra!

Ayrılıb getdi Rəsul daima ağlar oldun,
Sənə zülm eylədi əşrari-zəman, Ya Zəhra!

Sənə təsliyyət üçün nazil olubdur Cibril,
Beytül-əhzanına əfğanı dolan, ya Zəhra!

Baş alıb indi Bəqidə dolanır şilələrin,
Hardadır, bilməyirik, qəbri-nihan ya Zəhra!

Bilirəm şəninə yazmış neçə şair əş`ar,
Nə olar yazsam əgər mən də bu an, “ya Zəhra!”

İstəyir dərdinə səndən yenə Vasif, çarə,
Rəsuli-Əkrəmə xatir ver aman, ya Zəhra!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment