Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Nardaranda öldürülən polislər dindar idi''

Nardaranda öldürülən polislər dindar idi''

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, fevralın 3-də əliyevlər rejiminin Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, SeymurAslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Avtomobil ailəmə qaytarılsın

Ədalətsiz hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən A. Yəhyaev tərəfindən verilən vəsatət müzakirə edilib. Belə ki, ötən iclasda A.Yəhayev çıxış edərək bildirmişdi ki, ona məxsus avtomobil istintaq orqanı tərəfindən maddi sübut kimi götürülüb. Lakin həmin avtomobilin heç bir cinayətdə vasitə kimi istifadə edilmədiyi məlumdur. O, övladının xəstə olduğu üçün avtomobilin onun ailə üzvlərinə qaytarılmasını istəyib. Bildirib ki, avtomobili satıb uşağı əməliyyat elətdirmək istəyirlər. Həmin məsələyə münasibət bildirən prokuror deyib ki, bu məsələyə məhkəmə hökm zamanı qiymət verə bilər.

Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin etməyib.

Məhkəmənin qərarı isə təqsirləndirilən şəxslər tərəfindən narazılıqla qarşılanıb. A.Yəhyayev məhkəmənin vəsatəti təmin etməyəcəyini bildiklərini deyib:

Biz uşağın müalicəsi üçün onu istəmişdik. O maşın maddi sübut deyil.
Hakim isə bildirib ki, bu məsələ onların səlahiyyətində deyil:

"Bizə müraciət edin, biz də Səhiyyə Nazirliyinə müraciət edək, uşağı əməliyyat etsinlər".

Yəhyayev isə indiyə kimi bütün qurumlara müraciət etdiklərini deyib: "Heydər Əliyev Fonduna müraciət etdik, imtina etdilər. Bizim ana-bacımızla, ailəmizlə mübarizə aparırlar. Əgər siz də komanda ilə gəlib hökm oxuyacaqsınızsa, bu şounu tez bitirin".

Daha sonra A.Yəhyayev vəkilin və dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, Elçin Qasımovla münasibətləri olduğu üçün onun həbs xəbərini eşidən kimi Sabunçu rayon Polis İdarəsinin qarşısına gedib:

"Orada məni tutub idarəyə apardılar. Gözümə o qədər vurmuşdular, heç nəyi görmürdüm. İndi də həmin zədələr qalır. Müstəntiq gəlib bizi söyüb təhqir edib dedi ki, "mənim axşam görüşüm var idi, yemək-içməyə gedəcəkdim, siz hər şeyi korladınız". Orada polislər adamları sıxışdırırdılar, biz polislərə hər hansı müqavimət göstərməmişdik" .

"Bandotdel"də dedilər ki, biz kserokopiya"yıq

Daha sonra təqsirləndirilən şəxslərdən Nahid Qəhrəmanov ifadə verib. O, ittihamları saxta və əsassız hesab edib:

""Bandotdel"də dedim ki, ifadəni düzgün yazmamısınız. Dedilər ki, biz "kserokopiya"yıq. Nə deyirlər, onu edirik. Dedim, bəs qol çəkməsəm nə olacaq? Dedilər, sən qol çəkməyə bilməzsən".

N. Qəhrəmanov bundan əvvəl "Hicaba azadlıq" akisyasında tutulduğunu, 2014-cü il 30 dekabrda əfv sərəncamı ilə azadlığa çıxdığını deyib:

"Həbsdə olanda Ağa-Əli Yəhyayevlə tanış olmuşdum. Azadlığa çıxandan sonra onunla görüşdüm. Dedi ki, "Müsəlman Birliyi" adlı təşkilat yaradılır. Mən də qoşuldum. Təşkilatın sənədləşmə işlərini özüm etmişəm. Bütün sənədləri aparıb Ədliyyə Nazirliyinin Notarius İdarəsinə verdim. Orada Fatimə Səlimzadə adlı xanımdan soruşdum ki, biz cavablar gələnə qədər fəaliyyət göstərə bilərikmi? Onun cavabı müsbət oldu. Biz də faəliyyət göstərdik. İndi deyirlər ki, qanunsuz fəaliyyət göstərmisiniz. Hicabla bağlı problem olanda biz yüz mindən çox imza toplayıb prezidentə göndərdik ki, bu məsələni həll etsin. Lakin bizə heç bir cavab verilmədi".

Azərbaycanda fikirə görə cəza verirlər

N.Qəhrəmanov bir neçə il əvvəl Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyalarda baş verən polis zorakılığından da danışıb:

"Təhsil Nazirliyinin qarşısında ilk dəfə dinc aksiya keçirəndə polislər bizim xanımları sürüdülər. Prezidentin and içdiyi "Quran"ı tapdaladılar. Ondan sonrakı aksiyada polislər döyüləndə dedilər, bu aqressiya hardandır? Mən də dedim, keçən dəfə qadınları sürüyüb, "Quran"ı tapdalamağın əvəzidir. Azərbaycanda fikirə görə cəza verirlər. Biz hər zaman intiharı pisləyən, narkomaniyaya qarşı olan çıxışlar etmişik. MTN-ə məni çağırıb deyirdilər ki, Binəqədidə orta məktəblərdə hər ay iki kiloqram heroin satılırdı. Siz nə etmisiniz ki, yarım kiloya düşüb? ANS "Xoca" filmini mənə 200 manata satmışdı. Onu aparıb məktəblərdə nümayiş etdirirdik ki, vətənpərvərlik ruhu yüksək olsun".

Sərdarın başına hava gəlmişdi

N.Qəhrəmanov Nardaran hadisələri zamanı öldürülən polislərin dindar olduqlarını deyib:

"Nardaranda niyə iki polisi öldürdülər? Çünki onların şərəfsiz sıralarına layiq deyildilər. Hadisədən əvvəl ölən polislərdən biri - İsmayl Zülfüqar Mikayılova zəng edib deyib ki, "hacı mənə dua elə, qorxuram, mömünlərin üzərinə getmək istəmirəm". Hər iki polis namaz qılan olub və telefonlarını izləyiblər. Buna görə də onları öldürdülər. Nardaran hadisələrindən sonra Sərdar Bünyadovgilə getdim. Oraya yas mərasiminə getmişdim. Hadisə baş verən evin yiyəsi Əbülfəz Sərdarın əmisioğludur. Həmin vaxt hücum etdilər. Evə elə girdilər, elə bil erməni evinə girirlər. Qadın, uşaq - hamısı qorxmuşdu. Sərdarın başına hava gəlmişdi. Gedib yağışın altında durub namaz qılırdı. Yazıblar ki, guya mən həmin evdə təzə gəlinin yataq otağında silah gizlətmişəm. Bir özünüz fikirləşin, Nardaranda bunu necə etmək olar? Mən həmin otağa necə girə bilərəm? Oradan məni tutub apardılar Sabunçu rayon Polis İdarəsinə. Rəşad adlı tədqiqatçı başladı nardaranlıları, şəhidləri söyməyə. Orada yerə yıxıb döydülər və toka verdilər. Sonra "Bandotdel"ə apardılar. Orada məni Fəxri adlı müstəntiqə təhvil verdilər. İdarənin rəisi Seyfulla gəlib dedi ki, onlarla əməkdaşlıq etməliyəm. Dedi: "Əgər etməsən, buradan meyitin çıxacaq". Bunu deyib gedəndən sonra Fəxri soruşdu: "Başa düşdün?" Dedim ki, yox. Başladı dəyənəklə başıma vurmağa. Sonra tapşırdı ki, məni zirzəmiyə aparsınlar. Bir gün orada qalandan sonra beşinci mərtəbəyə qaldırdılar. Orada Elman Bayramov məni sorğu-sual etdi. Deyirdi: "İrandan sizə 2 milyon dollar pul gəlib ki, çevriliş edəsiniz". Mən də dedim ki, elə bir şey olmayıb. Başladı ki, siz agentsiniz, ermənisiniz, satqınsınız. Dedim, siz məni tikə-tikə də eləsəniz də, Talehin əleyhinə ifadə verməyəcəm. Mənim ayağımın altına o qədər vurmuşdular ki, yerə qoya bilmirdim. 2 ay orada mənə işgəncə verdilər. Başıma torba keçirib döyürdülər. Mən heç nə hiss etmirdim. Allahın mələkləri məni qoruyurdu. Başımdakı torbanı çıxaranda görürdülər gülürəm, dəli olurdular. Bir müddət keçəndən sonra dedilər ki, siz Amerikanın adamlarısınız. Dedim: "Biz hara, Amerika hara?" Dedilər, yox, Cəmil Həsənli debatda Talehin adını çəkib. Özü də Milli Şura üzvüdür. Daha sonra dedilər, Talehin müraciət kitabçasını sən yazmısan. Kərim Əlimərdanov gəlib otururdu, deyirdi: "Niyə sənin başında saç var, mən keçələm?" Deyirdim, mən hardan bilim? Başlayırdı başıma dəyənəklə vurmağa. Prokurorluq əməkdaşı bizi sorğu-suala gələndə dua edirdi. Deyirdilər, Allah köməyiniz olsun. İki aydan sonra özümü liftin güzgüzüsündə görəndə qorxdum. Bir şeyi deyim ki, bunların hamısı çarın işidir. O, düyməni basmasa, bunlar olmazdı. Müstəntiqə dedim ki, ifadəmi düzgün yaz. Dedi, mən düzgün yazsam işdən çıxaracaqlar, başqası gəlib istədiklərini yazacaq. Bu, sifarişli işdir və belə olmalıdır. Mübariz gedib erməniləri öldürdü. Onlar onun meyidinə hörmətsizlik etmədilər. Bizimkilər Nardaranda öldürülən Əkbərin meyitinin naməhrəm yerlərinə nasist işarələri çəkib bütün kanallarda efirə verdilər".

Dedim, uşağı buraxın, məni tutun
Daha sonra iclasda Əmirli Əliyev ifadə verib. Bildirib ki, onu iki oğlu və qardaşı oğlu ilə birlikdə tutublar:

"Mən də dedim ki, uşaqları buraxın, məni tutun. Dedim: "Bir tüfəngdən-zaddan yazarsınız". Götürüb 11 maddə ilə ittiham veriblər. Bilmirəm günahım nədir. Bilsəm, deyərdim. Mən ticarətlə məşğul olmuşam, terrorçu deyiləm. Övladlarımı qorumaq üçün yazılanları imzalamışam. Talehi tanımamışam".

Proses fevralın 10-da davam edəcək.

Xatırlatma

Elçin Qasımov və onunla birlikdə hakim önünə çıxarılanlar terrorçuluğa çağırış, hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmama, kütləvi iğtişaşların təşkili, silah-sursat saxlama və başqa əməllərdə suçlanırlar.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi yanvarın 25-də yekunlaşıb. İlahiyyatçıya 20 il həbs cəzası kəsilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...
Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
Məsumların məsləhətləri
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
Ayətullah Məkarim Şirazinin M. Səmədova məktubu nəyə hesablanıb?
Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...

 
user comment