Azəri
Friday 29th of March 2024
0
نفر 0

Tohid İbrahimbəyli İlham Əliyevə səmimi müraciət etdi: "Bu xalq sevdiyi xidmətçisini ayağa verməz"

Tohid İbrahimbəyli İlham Əliyevə səmimi müraciət etdi: "Bu xalq sevdiyi xidmətçisini ayağa verməz"

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasına hakim kəsilmiş əliyevlər rejiminə Qum Elmi Hövzəsində Ali Təhsil alan ruhani Tohid İbrahimbəylidən açıq məktub ünvanlanıb.

Məktubun tam mətnin təqdim edirik:

 

Cənab İlham Əliyev Heydər oğlu.

Salam Əleykum

 

Ola bilər yazdığım sözlər səni narahat etsin. Amma həqiqət budur ki, yazdığım bütün kəlmələr səmimiyyətlə, xeyirxahlıq niyəti ilə yazılıb. Bəzi vaxtlar özüm özümə deyirəm ki, əgər bu hakimiyyət öz xalqına güvənsəydi indi ona buna göz tikib, davamı üçün qapı qapı dilənməzdi. Həmişə sair millətlərə nümunə olan müsəlman Qeyrətli, zəngin mədəniyyətə malik olan mehriban və vətənpərvər, xalqı olan hakimiyyət niyə dilənməlidir?

Bu Xalq vəfadarlığı və fədakarlığı İmam Hüseyn (əleyhi səlam) məktəbindən öyrənib. Bu xalq ona xidmət edəni heç vaxt tək qoyub, arxasın boşaltmaz. Sən əgər millətivi sevib, bu xalqa məhəbbət etsən bu xalq bir çörəyi 9 milyon arasında bölər. Amma sevdiyi xidmətçisini kimsənin ayağına verib, ona dal çevirməz.

Sən xalqıvı sevə bilmirsən. Çünki məlum rejimlər bu xalqı sənə təhlükəli xalq kimi tanıddırıblar. Amma heçdə belə deyil. Bu xalq ola bilər hansısa bir zalim və işğalçı rejim üçün təhlükəli ola. Amma öz xidmətçisinə həmişə sadiq və vəfadar olar. Sən heç bu xalqın potansiyallarından istifadə etmək belə icazəsinə malik deyilsən. Niyə gərək hər bir cəhətdən bizdən zəif olan ölkə 20% torpaqlarımızı işğal etsin? Səndə 20 il atəşkəslə bu işğalı və zilləti qəbul edəsən? Niyə?

Cənab ilham Əliyev nəyin çatışmır? Niyə torpaqları geri almırsan? Vallah hətta heç bir silahında olmasa bu xalqın qeyrəti Qarabağın azadlığı üçün kifayət edər. Sən bu işğalı öz hökümətivin siğortası kimi hesab edirsən. Halbuki hər bir dövlətin siğortası gərək onun güvəndiyi xalq olsun. Sən xalqıva güvənmirsən. Çün ki, xalqın sənə qarşı qəlblərdə olan ümumi nifrətindən tam agahsan. Amma həqiqət budur ki, sənin bu dəyərli milləti sevmək ləyaqətini səndən alıblar. Səni məcbur ediblər ki, bu millətə dəyər verən qeyrət və həyanı bu millətdən alasan. Şəhvətpərəstliy və əyyaşlığı xalq arasında yayıb bu xalqı robut beyinli qeyrətsiz iki ayaqlı məxluqa çevirməy sifarişini almısan. Nəticədə bu millətin bütün milli və mənəvi sərvətini hegemon güclərə hədiyə edib taxt və tacıvı iki gün artıq qoruyasan.

İlham bəy əyyaşlıq və qumarbazlıq sağlam və müstəqil təfəkkürü insandan alır. Ümumiyyətlə qumarbaz insanlar ən belə dəyərli və müqəddəs saydıqlarını da qumarda uduza bilərlər. Səninlə qumar oynayıllar. Səndə özün yaxşı bilirsən ki, nələri uduzmusan və nələri uduzmağa məcbursan. Bu qumarın nəticəsi əvvəldən məlumdur. Razılaşmış futbol nəticəsinə bənzəyir. Sadəcə fiqur kimi oynamaqa məcbursan. Oyunun əsnasında sənə gol vurmaq şansınıda belə verərlər. Golda vurarsan. Amma sonda gərək nəticə onlar deyən kimi olsun.

Səndən və atandan nələr tələb ediblər yaxşı bilirsən. Sən onlara bəli cavabı verməyə məcbur deyilsən. Bunu dərk elə. Bir qeyrətli oyunçu nəticəsi əvvəldən razılaşan bir milli oyunda özünə gəlib bütün qərarları alt üst edə bilər. O nəticəni millətinin qələbəsi ilə tamamlandırar. Bəli o oyunçu nəticəni təyin edən mafiyanın qəzəbinə tüş gələcək. Bu məlum məsələdir. Amma O qeyrətli oyunçu qorxmamalıdır. Bunu yaxşı bilməlidir ki, onun arxasında bir millət dayanır. O millət onu qoruyacaq.

Niyə gərək neft yataqları üstündə yatan xalq acından ölsün? Niyə gərək qeyrəti ilə məhşur olan xalqın torpağı 24 il işğalda olsun?

Axı niyə həyalı anaları və qeyrətli kişiləri ilə dünyada məşhur olan bu torpaq sahibləri üzdəniraq “geyparad”ı  keçirtsinlər?

Niyə sən müsəlman xalqıvın qüvvəti olan Məscid və Azan səsindən qorxursan?

Sənə deyiblər ki, bu ölkəyə gələn turist gərək bu xalqın müsəlman olduğunu hiss etməsin. Deyiblər cəhənnimə deyiblər! Hələ çox şeylər yazmıram. Özün məndən yaxşı bilirsən müsəlman xalqıvın əleyhinə tələb edilən qadağalar hansılardır. Əslində bu qadağalar heç biri sənin xeyrivə deyil. Tutaq İsrailin arzusunu həyata keçirtdin. Güya Nardaranı fəth etdin? Bilirsən sən bu addımla nə böyük səhvə yol verdin? Aşura günü yüz minlərlə Nardarana yığışan xalqın nifrəti və qarğışını qazandın. Əvvəl baxışla bu nifrin məsələsi çox sadə görsənir. Amma bu nifrət və sonu həmişə nifrinlə tamamlanmır. Ayaqlar altında əzilib tövbə edən fironlara artıq gecdir. Heydər Əliyevin dediyi “dözümlü xalq”ın qarşısında heç bir top və tüfəng tab gətirə bilməz.

Şəxsən Sən özün bu ümumi nifrət və qəzəbin alovunun səbəbkarısan. Sən özün çox yaxşı gördün ki, heç kimi zindanla və işkəncələrlə sındıra bilmədin.  Sən Hacı Talei uzun müddət həbs etməklə yalnız qorxaqlığıvı nişan vedin. Şəxsən mən Hacının həbsini Azərbaycan xalqının həbsi kimi qələmə verirəm. Bəli. Bütün Azərbaycan. Bilirsən niyə? Çün ki, sənin zülmüvə göz yuman məmurun da, çox yaxşı bilir ki, sən zalimsən. Hamı çox yaxşı bilir kim haqqdır kim batil. Artıq zülmü görməyə göz lazım deyil. Düzdü yaltaqlıq, qorxaqlıq və ya hansısa bir dəlil bu vəziyətə etiraz etməyin qarşısını alır.

Hətta Sən və sənin övladlarında yaxşı bilir ki, Hacı Tale terorist deyil, vətən xaini deyil. Bəli Hacı Tale zalimlər üçün təhlükədir. Bunun çarə yolu Hacı Taleləri həbs etmək deyil. Çün ki Mövsümlər, Abgüllər, Talelər şəxs deyillər bir təffəkürdirlər. Bir məktədirlər. Bir millətdirlər! Bunun çarə yolunu özündə axtar. Taleləri həbs etmək əvəzinə etdiyin zülmlərə son qoy. Müstəqil fikirləş. Azərbaycanın həqiqi dostlarını və düşmənlərini tanı. Bu xalqın mənəvi dəyərlərindən və sevdiyi İmam Hüseyn (əleyhi səlam) bayraqlarından yalnız zalımlar qorxar. Sən buna əmin ol. Əgər xalqın ağuşuna qayıtsan. Bu xalq səni qəbul edib sevəcək. İslamın təfəkkürü budur: “Ədalətli hakim sevilməli və qorunmalıdır.”

Yəmən şiələrinə xüsusən Ənsarullah Təşkilatına zülm edən və hətta Ənsarullah Təşkilatınının başçısı olan Bədrud-din Husini qətlə yetirən prezident İsrail və vəhabi Ərəbistana yox deyib millətinin ağuşuna peşmancasına qayıdan vaxt Yəmən müqaviməti onun illər boyu zülmünə baxmayaraq onu qəbul etdi. Halhazırda O Ənsarullah Təşkilati ilə birləşib vətənini işğal etmək istiyən Səudi Ərəbistanla kişi kimi vuruşur.

İlham Əliyev. Millətivin isti və mehriban ağuşuna qayıtmaqda nədən qorxursan? Kimlərdən çəkinirsən? Qorxusan ki, İsrail və hansı bir hegemon dövlətin istəklərinə yox desən səni bir gündə aşırdarlar? Vallah heç də sən fikirləşən kimi deyil!

Əziz Rəhbər Ayətullah Xamenei sənilə görüşdə bir mehriban və xeyirxah Ata kimi çox gözəl vurğuladı. O Ağa sənə dedi: Azərbaycanda İslam və Şiəlik hökümətin qorumalı olduğu bir dəyərdir. Bunu nə qədər çox etsələr, hökümət hegemon dövlətlərə qarşı mübarizədə cəmiyyətdən daha çox dəstək alacaq. İslam Maarifini yaymaq və din atributlarına hörmət xalqın hədələrə qarşı himayəsinə səbəb olacaqdır."

Sənin yeganə çıxış yolun budur! Özündə bunu yaxşı dərk etmisən ki, Hüseynçini zindanla və ölümlə qorxutmaq olmaz. Xalqıvın ağuşuna qayıt. Buna görədə heç bir hegemon dövlətdən qorxma. Sən xalqıva güvən və bunu başa düş ki, bu xalq sevdiyi xadimini heç bir kaftarın əlinə verməz.

Buna 100% əmin ola bilərsən ki, əgər millətin ağuşuna qayıtmasan gec, tez bu məst edici qüdrətin ömrü tamam olacaq və sən zülmlərinlə bir yerdə ən çirkin adlarlarla tarixin zibiliyinə atılacaqsan. Necə ki, Yezidlər məhv olub getdilər və Hüseynçilər həmişə tarixdə ən gözəl adlarla yaşayıb qəlblərə hakimiyyət edirlər. Bu Allahın verdiyi vəddir. Yer üzü saleh bəndələrin əlinə düşəcək. Batil gedib, yerini haqq tutacaq.

İmam Məhdinin (Allah Taala Onun şərəfli zühurunu tezləşdirsin) gəlişinin yaxınlığını hiss edən qəlblər heç vaxt tutduğu mübarizə və müqavimət yolundan yorulmayacaqlar. Bu yolda onları vətəndən qovmaqla, zindana salmaqla və şəhid etməklə döndərmək olmaz.

Sonda demək istərdim ki, mənim bir Azərbaycanlı ruhani olaraq bu müraciəti sizə yazmaq qərarına gəlməyimə səbəb məhz bu oldu: “Əgər bu müraciətin sizə təsiri olmasa ümüd edirəm bu müraciət məzlum millətin yanğın qəlbinə zərrə də, olsa aramlıq verər.”

Vəssəlamu əla mənittəbəəl huda

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfilər azyaşlı uşaqlardan istifadə edərək Suriya Əskərlərini edam etdilər
Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...

 
user comment