Azəri
Friday 29th of March 2024
0
نفر 0

İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək

İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək

Quran Peyğəmbərə (s) müraciət edərək buyurur:
“Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə!” (“Müddəssir” surəsi, ayə: 4)
Ayədə geyimin paklığından məqsədin nə olduğu haqqında 6 versiya irəli sürülmüşdür.
1. Ayədə məqsəd onun ilkin zahiri mənası, yəni geyimin murdarlardan paklanmasıdır.
2. İnsan əməllərinin islah olunması. Çünki əməl nəfsin geyimi misalındadır.
3. Nəfsin saflaşdırılması.
4. Həyat yoldaşlarını küfr və günahdan pak etmək. Çünki (digər ayələrdə) qadın geyimə bənzədilmişdir.
5. Əxlaqi sərvətlərə yiyələnmək.
Əllamə Təbatəbai birinci və ikinci versiyaları məqsədə uyğun hesab edir. (“Əl-mizan”, c. 2 səh.160-161)

HÖKMLƏR
İslamda geyimin pak olması haqqında çoxlu sayda hökm və tövsiyələr mövcuddur.
1. Namaz qılarkən paltar pak olmalıdır (burada xüsusi şəraitdə istisna mövcuddur). Əks təqdirdə namaz batildir.
2. Geyimin pak olması bəzi həcc əməllərində (təvaf və s.) zəruri şərtdir.
3. Namaz qılarkən, ziyarət edərkən, dini yığıncaqlarda və s. iştirak edərkən təmiz geyinmək müstəhəbdir. Bu haqda çoxlu hədislər mövcuddur. (“Furu əl-kafi” c. 6, səh. 441-444; “Mizanul-hikmət”, c.10, səh. 92-94)

ELMİ SİRLƏR
1. Bəzi həkimlər yazırlar:
“İslamda geyimin pak olması ibadətin düzgünlüyünün şərtlərindəndir. Bu, müsəlmanı geyiminin təmizliyinə xüsusi əhəmiyyət verməyə vadar edir. Bu məsələnin əhəmiyyəti heç kimə sirr deyil.” (“Quranda təbabət”, səh. 130-131)
2. Namaz zamanı geyimin pak olması şərti müsəlmanın ən azı gündə beş dəfə geyiminin təmizliyi, paklığı haqqında düşünməyə vadar edir. Beləcə bir çox gigiyenik tədbirlər də həyata keçirilmiş olur.

YEKUN
Burada bir neçə məqama diqqət yetirmək zəruridir.
1. İlahi dinlərin geyimin paklığına əhəmiyyət verməsi dinin bəşəriyyətə gigiyenik xidmətlərindəndir. Lakin geyimin paklığı, təmizliyi insanın təbii və instinktiv meylləri sırasında olduğundan Quranın elmi möcüzəsi hesab oluna bilməz. İslamın bu göstərişi insanın instinktiv meyllərinin təsdiqi olub bələdçilik məqsədi daşıyır.
2. Quranın şəxsən Peyğəmbərə (s) ünvanlanan “ثیابک فطهر” göstərişi fərdi hökmdür. Bu, bir çoxlarında ayənin digərlərinə aid olmadığı təsəvvürünü yarada bilər. Lakin bu heç də belə deyil.

Çünki ayəni bir neçə yolla ümumiləşdirmək olar.
Birinci: Əhzab surəsinin 21-ci ayəsində (Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!) qeyd olunduğu kimi Peyğəmbər (s) hamıya örnəkdir. Deməli, hamı ilk ayədə Peyğəmbərə (s) aid olunan hökmə əməl edərək ikinci ayəyə (Əhzab, 21) sadiq qalmalıdır.
İkinci: Ayədə Peyğəmbərə (s) müraciət olunsa da geyimin paklığının yalnız Peyğəmbərə (s) aid ola biləcək heç bir cəhəti yoxdur.
Üçüncü: Geyimin paklığı haqqında nəql olunan rəvayətlər göstərir ki, bu hökm yalnız Peyğəmbərə (s) aid deyil (fərdi hökm deyil, ümumi hökmdür).
3. Ayə haqqında irəli sürülən 6 ehtimaldan yalnız biri geyimin pak olmasıdır. Buna görə də qəti olaraq ayənin məlum mövzuya aidiyyətını iddia etmək olmaz.
4. Namaz qılanın şərtlərindən olan geyimin paklığının gigiyenik faydaları bu hökmün yalnız spesifik səbəbi ola bilər. Bunun tam səbəb olduğunu hesab etmək yanlışdır. Ehtimal ki, bu hökmə səbəb olan digər mənəvi, ictimai və s. amillər də mövcuddur.

ƏTRAF MÜHİTİN (ÇİRKLƏNMƏDƏN) MÜHAFİZƏSİ
Ətraf mühitin təmiz, pak olması (şəxsi mənzil, küçələr, prospektlər, ictimai obyektlər, bizi əhatə edən hava, su və s.) insanın sağlamlığında mühüm rol oynayır.
Quranda oxuyuruq:  وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ
Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!" (“Həcc” surəsi, ayə: 26)
Məlum ayə həzrət İbrahim (ə) haqqındadır. Kəbə ibadət üçün təyin edildikdən sonra ona belə vəhy olundu: “Evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün təmizlə!”
Ayədə sözü keçən “طهر” [təhhir] ifadəsi haqqında iki ehtimal mövcuddur.
Birinci ehtimal: Allahın evini pak etməkdən məqsəd oranı mənəvi napaklıqdan qorumaqdır. Yəni bu ev Allaha ibadətə məxsusdur, şirk və bütpərəstlikdən uzaq olmalıdır.
İkinci ehtimal: Allahın evini pak etməkdən məqsəd, onu mənəvi və maddi çirkinlikdən uzaq tutmaqdır. Əllamə Təbatəbai birinci mənaya üstünlük verir. (“Əl-mizan”, c.14, səh. 368)
İkinci ehtimalı qəbul edəriksə, ayə məscidlərin pak saxlanılmasına da aid olur.

ELMİ SİRLƏR
1. İslamda məscidlərlə bağlı xüsusi hökmlər mövcuddur.
A) Məscidi murdarlamaq icazəli deyil.
B) Məscid murdarlanarsa, onu təmizləmək (paklamaq) hamıya vacibdir.
İbadət məkanının paklanması ibadət edənlərin mənəviyyatında çox mühüm iz buraxır.
2. Ətraf mühitin paklanması.
Bəzi həkimlər yazırlar:
“Bu ayə ətraf mühitin, xüsusilə məscidin pak saxlanılmasına aiddir. Namazın düzgünlüyünün şərtlərindən biri onun pak yerdə qılınmasıdır.” (“Quranda təbabət”, səh. 131)
3. Mənzil və ictimai obyektlərin təmizliyi.
Bəzi elm adamları rəvayətlərə əsaslanaraq ayəni daha geniş mənada izah etməyə çalışırlar.
“Adab əş-şəriə” kitabında mənzillərlə bağlı 47 hökm qeyd olunmuşdur ki, onun 7 hökmü bu mövzuya aiddir. Həmin 7 hökm açıqca insanın yaşadığı mühitin təmiz, pak olmalı olduğunun zərurətini göstərir. Məlum 7 hökm aşağıdakılardır.
1. Evdə namaz üçün ayrıca yer ayırın.
2. Evin döşənəcəyi pak olmalıdır.
3. Evdə it saxlamaq olmaz.
4. Ev (vaxtlı-vaxtında) süpürülməlidir.
5. Evə qapı qoyulmalı və pərdələnməlidir.
6. Yemək qablarının ağzını açıq qoymaq olmaz.
7. Evdə axar və ya kürr su olmalıdır.
Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir: “Zibili evdə, yaşadığınız mühitdə saxlamayın. Çünki şeytan (mikrob) yığnaqıdır”.
Digər rəvayətdə isə oxuyuruq:
“Toz qaldırmayın; çünki tənəffüsü ağırlaşdırır.” (“Hökmlərin fəlsəfəsi”, səh. 223)

QEYDLƏR
a) 1 q toza mikroskopla baxdıqda 750 000 – 2 100 000 mikrob görmək olar.
b) Rəvayətlərdə mikrob şeytan deyə yad edilmiş və ziyanları xatırladılmışdır. Öncə də qeyd etdiyimiz kimi İslamda hər bir çirkin, xəbis varlığa şeytan deyilir. (“Hökmlərin fəlsəfəsi”, səh. 226)

YEKUN
Burada bir neçə məqama toxunmaq lazımdır.
1. İlahi dinlərin, xüsusilə İslam və Quranın paklıq məsələsinə diqqəti dinin bəşəriyyətə elmi xidmətlərindən biridir.
2. Təharət və paklıq məsələsi (insanın instinktiv meyli olmaqla yanaşı) öncəki dinlərdə də diqqət mərkəzində olduğu üçün Quranın elmi möcüzəsi sayıla bilməz.
3. Ayənin həzrət İbrahimə (ə) Kəbənin paklanması ilə bağlı xüsusi hökmdən ibarət olduğunu və qeyd olunan iki ehtimalın mövcudluğunu nəzərə alsaq, qəti olaraq ətraf mühitin (çirklənmədən) qorunması ilə bağlı olduğunu deyə bilmərik.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yasin surəsi-3
"Nəml" surəsi
"Nuh" surəsi
"Əhqaf" surəsi
"Kəhf" surəsi
Qurani-Kərimdə danışığın qaydası barədə
Hud" surəsi
Sair səma cisimlərində və kürələrdə canlı varlıqların olması barəsində ...
İSLAMI QƏBUL ETMƏK
"Haqqə" surəsi

 
user comment