Azəri
Friday 29th of March 2024
0
نفر 0

Nardaran işi": Vəkilləri girov saxlamısınız

Nardaran işi": Vəkilləri girov saxlamısınız

Əhlibeyt (ə) Xəbər agentliyinin verdiyi məlumata görə-Hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər iştirak etməyiblər. Buna etiraz edən onların yaxınları isə zalı tərk ediblər. Hakim sənədlərin tədiqiq mərhələsinə başladıqlarını deyib. Bu isə vəkillər tərəfindən narazılıqla qarşılanıb. Vəkil Nemət Kərimli ötən iclasdan sonra təqsirləndirilən şəxslərlə görüşmədiklərini deyib. O, görüşüb məsləhətləşmək istədiklərini bildirib. Hakim isə onlara təcridxanada görüşməyi məsləhət bilib. Hakim cinayət işində olan bir neçə sənədi elan edib. Maddi sübutların götürülməsi haqqında sənəd elan olunan zaman vəkil Yalçın İmanov prosesin bu şəkildə aparılmasına etiraz edib. O bildirib ki, sənədlərin tədqiqi deyildikdə yalnız onların elan edilməsi nəzərdə tutulmur. Vəkil hər sənədlə bağlı vəsatət vermək, fikir bildirmək hüquqlarının olduğunu deyib və bunu qanun pozuntusu kimi qiymətləndirib:

"Belə tədqiq olmaz axı. Bu, Cinayət Prosessual Məcəlləyə uyğun olmalıdı. Tərəflər münasibət bildirməlidir. Siz bizim bütün vəsatətləri rədd etdiniz, əcəb elədiniz. Heç olmasa bu mərhələdə qanunu pozmayaq. Bu iş Avropa Məhkəməsinə gedəcək".

Hakim isə vəsatətləri hamısının rədd edilməsi fikri ilə razılaşmayıb. Bildirib ki, vəsatətlərdən bəziləri təmin edilib, bəziləri təmin edilməyib:

"Siz sonda vəsatət verərsiniz. Avropa Məhkəməsinə şikayət isə öz işinizdir".

Bundan sonra vəkillər iclasa sədrlik edən hakim Əlövsət Abbasova etiraz vermək istədiklərini və onun yazılması üçün vaxt verilməsini istəyiblər. Buna görə iclasda fasilə elan edilib.

 

"Biz onları necə müdafiə edək?"

 

Fasilədən sonra vəkil Yalçın İmanov bildirib ki, təqsirləndirilən şəxslər onlardan imtina ediblər. Məhkəmə imtinanı qəbul etməyib.

Vəkil Yalçın İmanov isə deyib ki, məhkəmə qərarını dərk etmək istəyir:

"Təqsirləndirilən şəxslər imtina ediblər, siz deyirsiniz ki, otur, müdafiə elə. Biz necə oturaq?"

Təqsirləndirilən şəxslərdən Ramin Yarıyevin vəkili Gülşən Salmanova isə deyib ki, məhkəmə onları pis vəziyyətdə qoyur:

"Onlar bizdən imtina edibsə, biz onları necə müdafiə edək?"

Hakim isə bildirib ki, təqsirləndirilən şəxslər məhkəməyə hörmətsizlik ediblər, vəkillər isə prosesi uzatmaq istəyirlər:

"Divarlara yazdıqları, əl hərəkətləri nədir? Hamısı aktlaşdırılıb. Deyirik, heç biri gəlib məhkəmədə iştirak etmir. Tələb edirlər Taleh Bağırzadə də iştirak etsin. Məhkəməyə hörmətsizliyi heç kim qəbul etməz".

Bundan sonra vəkillər hakim Əlövsət Abbasova etirazla bağlı ərizəni məhkəməyə təqdim ediblər.

Bildiriblər ki, hakim qərəzlidir. Lakin məhkəmə vəsatətit baxılmamış saxlayıb.

 

"Ən yaxşısı, siz hökmü elan edin"

 

Vəkil Nemət Kərimli deyib ki, vəkillərdən təqsirləndirilən şəxslər imtina ediblər və bu, qəbul edilmir:

"Bu, görünmıyən bir şeydir. Vəkilləri girov saxlamısınız. Biz məcbur qalmışıq özümüzü müdafiə edək. Gülünc vəziyyətə düşmüşük". Bundan sonra vəkillər bütün məhkəmə tərkibinə etiraz ediblər. Lakin həmin vəsatət də təmin edilməyib. Vəkillər isə belə olan halda Vəkillər Kollegiyası ilə məsləhətləşməyə ehtiyac yarandığını deyiblər və məsləhətləşmək üçün vaxt istəyiblər. İclasda fasilə elan edilib. Fasilədən sonra vəkil Yalçın İmanov bildirib ki, Vəkillər Kollegiyasına gediblər, lakin onlardan iclasda iştirak etmək tələb edilib:

"Bizə dedilər ki, gələcəyinizi bilirdik və "Heyvagülü". Yəni oynamaq lazımdır. Bu gülməlidir. Ən yaxşısı, siz hökmü elan edin". Bundan sonra iclas davam edib. Hakim sənədləri elan edib.

 

Proses dekabrın 19-da davam edəcək.

Diqqət! Xəbərdən istifadə etdikdə mənəbyə istinad lazımdır!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfilər azyaşlı uşaqlardan istifadə edərək Suriya Əskərlərini edam etdilər
Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...

 
user comment