Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Hal şahidləri işdə prosessual pozuntu olduğunu etiraf ediblər.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Bu gün Şirvan Apellyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrliyi ilə böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş satirik şair Tofiq Həsənlinin şikayətinə baxılıb. Satirikin vəkili Elçin Sadıqovun "Tura
Hal şahidləri işdə prosessual pozuntu olduğunu etiraf ediblər.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Bu gün Şirvan Apellyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrliyi ilə böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş satirik şair Tofiq Həsənlinin şikayətinə baxılıb.

Satirikin vəkili Elçin Sadıqovun "Turan"-a verdiyi məlumata görə, işə cəlb edilmiş hal şahidləri Qasım Fərzullayev və Balaxan Hüseynov şahid qismində dindiriliblər.

Vəkilin sözlərinə görə, hal şahidləri müdaifə tərəfin suallarını cavablandırarkən Tofiq Həsənlinin dükanına baxışın və geyiminə əlavə baxışın vəkilin iştirakı olmadan aparıldığını təsdiq ediblər.

Onlar həmçinin bildiriblər ki, narkotikin götürülməsi prosesini görməyiblər. Polis onlara göstərib ki, narkotik Tofiq Həsənlidə "tapılıb". Hal şahidlərinin sözlərinə görə, protokol tərtib edilərkən də vəkil olmayıb. Hal şahidləri həmçinin bildiriblər ki, onlar latın əlifbası ilə oxuyub-yaza bilmirlər və protokolun məzmunu ilə tanış olmadan onu imzalayıblar.

Vəkil hal şahidi Hüseynovun çox sayda işə - qanunsuz narkotik dövriyyəsi, brakonyerlik haqqında işlərə və hətta Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılan işlərə hal şahidi kimi cəlb olunması haqqında etirafına diqqət çəkib.

Hal şahidi özü bunu "cinayətkarlığa qarşı öz mübarizəsi" ilə izah edib. İstintaqın hal şahidlərinin təsadüfi şəxslər olması haqında versiyası bu etirafı təkzib edir.

Hakim polis əməkdaşı Fəxri Qasımovun təkrar dindirilməsi haqqında vəsatəti təmin edib.

Eyni zamanda, məhkəmə Həsənlinin saxlanılmasında iştirak edən digər əməliyyatçıları çağırmaqdan imtina edib.
Hakim növbəti iclası dekabrın 19-na təyin edib.

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə məşhurdur.
2005-ci ildə o, artıq narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib, amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

Həsənli "Facebook" və "Youtube"-da satiraları yayımlamağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanılıb.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək
Böhran Fransanı da çökdürür
İslam və çörək - ürəyi qoruyur, xərçəngin qarşısını alır
Məşhəd, İmam Rzanın (ə) ziyarət olunması təkid olunan gün
Qətərdə “Şeyx Ğanim” Quran müsabiqəsinin final mərhələsi keçirilir
Altı min nəfər Miyanmarlı müsəlman Taylanda sığınıb
Azərbaycan Respublikasının İslam partiyasının hicabın müdafiəsi və bərpası ...
Türkiyədə İslam Peyğəmbərinin (s) milad bayramı
“İslam dirçəliş dünyasının mükafatı” adlı festival keçiriləcək
İslam Həmkarlar təşkilatı Fələstini YUNESCO-ya üzv olması münasibətilə ...

 
user comment