Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ABNA 13 Rəcəbin Həzrət Əlinin (ə) viladətinin ildönümü günü və “Atalar Günü” münasibətilə təbrik edir!

Xəbər Agentliyi- Hicri Qəməri tarixi ilə Rəcəb ayının 13-ü, Allah Təala tərəfindən bəşər və cin tayfalarına (ağıl sahiblərinə) İmam və Xəlifə təyin etmiş həzrət Əmirəlmöminin, Mövləlmuttəqin, Əsədullahilğalib Əli ibn Əbu Talib əleyhimə səlamın mövludunun ildönümü günüdür. Eyni zamanda bu gün İslam Aləmində həzrəti Əli ibn Əbu Talibin şərəfinə
ABNA 13 Rəcəbin Həzrət Əlinin (ə) viladətinin ildönümü günü və “Atalar Günü” münasibətilə təbrik edir!

 Xəbər Agentliyi- Hicri Qəməri tarixi ilə Rəcəb ayının 13-ü, Allah Təala tərəfindən bəşər və cin tayfalarına (ağıl sahiblərinə) İmam və Xəlifə təyin etmiş həzrət Əmirəlmöminin, Mövləlmuttəqin, Əsədullahilğalib Əli ibn Əbu Talib əleyhimə səlamın mövludunun ildönümü günüdür. Eyni zamanda bu gün İslam Aləmində həzrəti Əli ibn Əbu Talibin şərəfinə xatir “Atalar Günü” kmi də qeyd olunur.

14 əsr əvvəl, Amul Fil ilindən (xristian Əbrəhənin Kəbə Evini dağıtmaq istədiyi zamandan) 30 il sonra mübarək Rəcəb ayının 13-də Həzrəti Əli (əleyhi səlam) Kəbədə dünyaya göz açmışdı. Atası, Peyğəmbərin əmisi və hamisi olmuş Əbu Talib, anası Fatimə bint Əsəd idi. Fatimə bint Əsəd həzrəti Əlini dünyaya gətirməsinə az qalmış Kəbəni ziyarət etmək və Allah Təaladan bu işdə ona yardım göstərmək üçün Kəbə Evinə gəlir. Həzrəti İsanın Beytul Müqəddəsdə dünyaya gətirilməsinə razılaşmayan Uca Allah Öz Evi adlandırdığı Kəbənin divarlarını Qüdrətilə aralayaraq Fatimə binti Əsədi içəri daxil etdi. Daha sonra divarlar yenidən bitişdi. Qureyşlilər nə qədər cəhd etsələr də qapıları aça bilmədilər. Bir neçə gündən sonra Kəbənin qapıları taybatay açıldı və Fatimə (səlamullahi əleyha) qucağında həzrəti Əli (əleyhi səlam) ilə çıxdı.

Hələ yeniyetməlik yaşlarından Əziz İslam Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında böyüyüb, başa çatan həzrət Əli (əleyhi səlam) İslam dininə iman gətirən ilk kişi və Nəbiyyi-Əkrəm (səlləllahu əleyhi və alih) tərəfindən İslam Dinin təbliği və rəvac verilməsində o həzrətin əsas yardımçısı hesab edilirdilər.

Əmirəlmöminin Əli (əleyhi səlam) həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) əziz qızı həzrət Fatimə (səlləllahu əleyhi və alih) ilə həyat qurur ki, bu səmavi nikahın nəticəsi İmam Həsən (əleyhi səlam) və İmam Hüseyn (əleyhi səlam) idilər. Onların əziz nəslindən İslam Ümmətinin hidayəti və Əziz İslam Peyğəmbərinin risalətinin davamı üçün Əhli-Beyt (əleyhim səlam) dünyaya göz açdılar.

Əziz İslam Peyğəmbəri Həzrət Əli (əleyhi səlam) Qədiri-Xum Bayramında müsəlmanlara xitabən belə buyurdular:" Hər kəs ki, mən onun vəlisi və mövlasıyam, məndən sonra Əli onun vəlisi və mövlasıdır".

ABNA saytının redaksiya üzvləri bəçəriyyətin Atası olan həzrət Əlinin (əleyhi səlam) dünyaya göz açmasının ildönümü gününü münasibəti ilə ilk öncə İmam Zaman (Allah onun şərəfli zühurunu tezləşdirsin) həzrətlərinə, Onun haqq naibi Ayətullah Seyyid Əli Xameneiyə, Ali Təqlid Mərcələrinə, bütün ins və cins tayfalarına və hər bir Ataya səmimi qəlbdən təbrik edirik!  “Atalar Günü” Mübarək!

 

Hədislər

Həzrət Rəsulullahdan (səlləllahu əleyhi və alih) nəql edirlər: «Gördüm ki, behiştin qapısına yazılmışdır: “Allahdan başqa mə’bud yoxdur, Mühəmməd (səlləllahu əleyhi və alih) Onun elçisidir, Əli (əleyhi səlam) - onun (Peyğəmbərin) qardaşıdır”».

Digər mübarək hədisdə Həzrət Rəsuli - Əkrəmdən (səlləllahu əleyhi və alih) nəql edirlər: «Ey Əli can! İmanın sənin ətin və qanınla  qarışması, mənim ətimə və qanıma qarışması qədərdir».

Mövlamız, intizarında olduğumuz, bəşərə nicat verəcək mübarək İmamımız Həzrət Mehdi Sahib-əz-zəmanın (Allah onun şərəfli zühurunu tezləşdirsin) etdiyi dualardan birində deyilir: «İlahi!...Əmirəlmömininə, Peyğəmbərin (səlləllahu əleyhi və alih) varisinə, dəstəmazdan nurlananların rəhbərinə, vəsilərin sərvərinə salam göndər!».

Həzrət Əli (əleyhi səlam) belə münacat edirmiş: «İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim».

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Serilankada Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək
Ryazan şəhərində İslam mədəniyyət mərkəzi tikiləcək
Malaziyalılar “Qurani Kərim”in yandırılmasına kəskin etiraz etdilər
Ali Xəlifə rejimi Ayətullah Şeyx İsa Qasimin ofisinə hücum etdi
MÖVSÜM SƏMƏDOVUN MƏHKƏMƏSİNİN VAXTI MÜƏYYƏNLƏŞDİ
Şiə Ruhanilərinə qan utduran əliyev rejimi silahlı insidentd törədən ...
“Ərəb baharı”nın anası səs verdi
FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu

 
user comment