Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

'Nardaran işi'': Təqsirləndirilən şəxslərin ailə üzvləri təhdid olunur

Əhlibeyt(ə) Xəbər Agentliyi Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə "Müsəlman Birliyi " Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və ötən il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdə təqsirl
'Nardaran işi'': Təqsirləndirilən şəxslərin ailə üzvləri təhdid olunur

Əhlibeyt(ə) Xəbər Agentliyi

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə "Müsəlman Birliyi " Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və ötən il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrdə təqsirləndirilən şəxslər mühakimə olunurlar.

    Bizə verilən işgəncələrin bir faizi Zahid Oruca verilsəydi...

İclasda çıxış edən Abbas Hüseynov deyib ki, məhkəmə ədalətsiz şəkildə keçirilir: "Bizə istintaq zamanı şərəf və ləyaqəti alçaldan işgəncələr verilib. Deputat Zahid Oruc kimilər isə bununla bağlı özlərinə sərf edən şəkildə danışırlar. Bizə verilən işgəncələrin bir faizi Zahid Oruca verilsəydi, İlham Əliyevin üzünə durardı. Onun kimliyi hər kəsə məlumdur. Ramil Usuobov bizim dostlarımıza əziyyət edib ifadə almaq əvəzinə Zahid Oruc kimilərdən istifadə edə bilərdi. O, gəlib rahat üzə dura bilər. Bizə işgəncə verənlərin kimliyi məlumdur. Təqsirləndirilən şəxslərin ailə üzvləri təhdid olunub, şahidlərə təzyiq göstərilib. Xahiş edirəm, həmin şəxslərin barələrində tədbir görülsün".

Vəkil Yalçın İmanov isə deyib ki, Kərim Əlimərdanov dəhşətli bir əməliyyat keçirib: "Bu adam özünü nə hesab edir? Doğurdanmı onun barəsində tədbir görmək bu qədər çətindir? Şahidlərə təzyiq edilməsi məhkəməyə birbaşa müdaxilədir".

F. Qəhrəmanlı isə deyib ki, şahidlərə polis idarəsində işgəncə vermək artıq vaxt aparır: "Təklif edirəm onlar məhkəməyə gətirilsinlər və burada işgəncə verib əleyhimizə ifadə alsınlar. Məhkəmə də sürətli şəkildə keçsin".

    Qorxumdan gördüklərimi danışmıram

Təqsirləndirilən İbrahim Xudaverdiyev bildirib ki, ona edilən işgəncələr barəsində danışandan sonra hazırda həbsdə olan oğlunu incidiblər:"Ona görə qorxumdan gördüklərimi danışmıram. Mənə desəniz ki, Əbülfəz Bünyatovun evində namaz qılmağa görə sənə 20 il cəza veririk, qəbul edəcəm, əgər desəniz ki, səndə qumbara olub və 2 il veririk, bunu qəbul etməyəcəm. Çünki məndə qumbara olmayıb".

Daha sonra vəkil Yalçın İmanov deyib ki, Taleh Bağırzadənin müraciət kitabı adlanan kitabça iş materiallarında yoxdur: "Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. İstəyirik onunla tanış olaq".


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

7-ci Beynəlxalq İslami Filmlər Festivalı başlayır
İnqilab Rəhbəri: Fələstin azadlığı qətidir
Səudiyyə rejimi Şiələri snayperlə vurur
Qadında Bəyənilən Sifətlər
İslam Partiyası prokurorluğa birdə müraciət etdi
Məkkədə Hillətul-kəramət Quran proqramı
İslam Konfransı Təşkilatı nümayəndəliklərinin yığıncağı keçirilir
Türkiyədə Qurani-Kərim konfransı
Avstraliyanın səfiri həzrəti Əmirəl Möminin Əlinin (ə) pak hərəmini ziyarət ...
Macarıstanda ikinci islam incəsənət sərgisi açıldı

 
user comment