Azəri
Wednesday 17th of April 2024
0
نفر 0

Yevda Abramovun dalıyca Ağacan Əbiyev: “İslam dini yaranandan indiyədək nəyə nail olub?!”

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Milli Məclisin savadsız deputatı Ağacan Əbiyev mediaya müsahibəsində İslam dini haqqında qalmaqallı fikirlər səsləndirib. Keçmişin qalığı olan “millət vəkili” xaricə tələbələrin yalnız yeni texnologiyaları öyrənmək üçün göndəril
Yevda Abramovun dalıyca Ağacan Əbiyev: “İslam dini yaranandan indiyədək nəyə nail olub?!”

 – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Milli Məclisin savadsız deputatı Ağacan Əbiyev mediaya müsahibəsində İslam dini haqqında qalmaqallı fikirlər səsləndirib.

Keçmişin qalığı olan “millət vəkili” xaricə tələbələrin yalnız yeni texnologiyaları öyrənmək üçün göndərilməsinin tərəfdarı olduğunu deyib: “Bizə uyğun, millətimizə yaraşan həqiqi dini camaata çatdırmaq üçün elə Azərbaycanda təhsil almaq olar. Hesab edirəm ki, islamı heç də dindarlardan, ilahiyyatçılardan az bilmirəm. Amma bu o demək deyil ki, mən gedib dini təhsil, ilahiyyat təhsili verməliyəm.

Bizim üçün Amerikada, İngiltərədə təhsil alıb ökəyə qayıdan texnika və texnologiyalar üzrə mütəxəssislər daha faydalıdır. Bu günə qədər islamla, dinlə nə təyyarə, nə də traktor yaratmışıq. Din bu işlərlə məşğul deyil. İslam yaranan gündən, Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərrəqidə nəyə nail oldu? Ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı? Heç nəyə. İslam yaranandan ancaq tarixi öyrənə bilmişik.

Mən din, islam üçün Amerikaya, Avropaya, hətta İrana da getməyin qəti əleyhinəyəm. Məsciddə olan din xadimlərimiz bu işlərin öhdəsindən gələ bilər. Çünki xaricdə dini təhsili alanlar sonradan başımıza “Nardaran oyunları”nı açır. Bir nəfər gedib xaricdə oxudu gəldi, Nardaranda nə oyun çıxartdı, qan su yerinı axdı, nə qədər insan həyatına son qoyuldu. Nardaran camaatını bədbəxt etdi. Həmin günlərdə nardaranlılar əsl zülm çəkdi”.

Daha sonra dini təhsilə qarşı çıxan ateist məfkürəli və keçmiş kominizim qalığı olan Ağacan əbiyev Bakı İslam Universitetində ildə 2 min manat təhsil haqqı verib oxumağı “ağılsızlıq” adlandırıb:

“Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültədə oxumaq olar. Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnoligiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib islam təhsili alan adamı mən qəbul etmirəm.

7-ci əsrdə islam dini yarandı. Məgər 7-ci əsrdən 2-3 min il qabaq sivilzasiyalar, inkişaf yox idi? Əlbəttə var idi. Qədim yunan, Roma, Misir, Mesopotomiya mədəniyyəti olub axı. Musa, İsa və Məhəmməd peyğəmbərdən gələn hər 3 kitab eyni şeydir. Hər 3 kitab Allahın adından yazılıb. Ona görə də ildə 2000 manat ödəyib ilahiyyatdan təhsil almaq mənasızdır”.

Qeyd edək ki, Yedova Abramov 31. 10. 2016 tarixdə Modern saytına verdiyi müsahibədə belə demişdir: “Azərbaycanda İranın təsiri altında olan saytlar, digər KİV orqanları var. Onlar mütəmadi olaraq İran səfirliyindən və hakim dairələrindən paketlər alırlar.

Bizim İrana qızınan, isinən jurnalistlərimiz var. Oların ailələri və özləri İrana pulsuz səfərlər edirlər. Onlar da İranın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirirlər. Görünən kəndə nə bələdçi lazımdır ki...

… İsrail Azərbaycana və Azərbaycan da İsrailə çox gərəkli, lazımlı dövlətlərdir.

Azərbaycanın həmin bəzi KİV-lərində yayımlanan antiİsrail yazılar Azərbaycana xeyir gətirməyib və gətirməyəcək də. Bunlar İsrail-Azərbaycan münasibətlərinə heç də müsbət təsirlər etmir. Ona görə də Azərbaycan da bununla bağlı ciddi addım atmalı və bu kimi halların qarşısını mütləq almalıdır…


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ağaəli Yəhyayevin istintaq müddəti 5 ay artırıldı
Ruhullah Axundzadənin səhhəti pisləşib
Uşaq qatili olan yəhudilər südəmər Fələstinli uşağı qətlə yetirdilər
Məşəhd şəhərində İmam Hüseyn karvanının Kərbala çölünə daxli olmasının ...
ƏHLİ BEYT(Ə)-A MƏHƏBBƏT
Şeyx “Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresində ...
İİR-ın Quran qarisi Məhdi Qulam Nijad, Rusiyada keçirilən Quran Müsabiqəsində ...
Fələstin-İsrail danışıqları oktyabrın sonuna təxirə salınıb
Həcc ziyarətini xərc itkisi hesab edən Banqladeş syasətçisi Abdulla Lətif Siddiqi ...
ləmma xələqtu biyədi «لما خلقت بیدی» ayəsinin təfsiri nədir? ...

 
user comment