Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İlahi Peyğəmbərlər (ə.s) İmam Hüseynə (ə.s) göz yaşı töküblərmi?

İlahi Peyğəmbərlərdən bir neçəsinin İmam Huseyn (ə) hadisəsindən xəbərdar olub qəmlənib ağlamaları hadisəsi: 1-Nəql edilir ki, Həzrət Musa (ə) Kərbəla torpağına çatan zaman ayağında olan nəleyinin bağı qopur və ayağına tikan batıb, qanadır. Musa (ə) buyurur: “Allahım, Məgər mən hansı günah etmişəm ki, bu cür cəzaya düçar oldum?”. Xitab gəlir: “H

İlahi Peyğəmbərlərdən bir neçəsinin İmam Huseyn (ə) hadisəsindən xəbərdar olub qəmlənib ağlamaları hadisəsi:
1-Nəql edilir ki, Həzrət Musa (ə) Kərbəla torpağına çatan zaman ayağında olan nəleyinin bağı qopur və ayağına tikan batıb, qanadır. Musa (ə) buyurur: “Allahım, Məgər mən hansı günah etmişəm ki, bu cür cəzaya düçar oldum?”. Xitab gəlir: “Hüseynin (ə) qanı bura töküləcəkdir”. Musa (ə) dedi: “Hüseyn (ə) kimdir?”. Xitab gəldi: “Hüseyn (ə) - Muhəmməd Mustafanın (s.a.v.v) və Əli Murtəzanın (ə) oğludur”. Musa (ə) soruşur: “Onu öldürən kimdir?”. Xitab gəlir: “Onu öldürən o kəsdir ki, dəniz balıqları, səhra vəhşiləri və havada uçan quşlar onu lənətləyər”. Həzrət Musa (ə) da Yezidə lənət oxudu.

2-Həzrət Süleyman (ə) öz uçan kəcavəsində idi və havada uçurdu. Kərbəla torpağından keçən zaman külək onu uzağa atdı və külək dayandı. Ona görə də kəcavəsi yerə düşdü. Süleyman (ə) dedi: “Ey külək, sənə nə oldu ki, sakit oldun?”. Dedi: “Hüseyn ibn Əlinin (ə) ölən yeri buradır”. Süleyman (ə) dedi: “Onu öldürən kimdir?”. Dedi: “Yerlərin və göylərin lənət etdiyi Yeziddir”. Süleyman (ə) əllərini qaldırdı və ona lənət oxudu. Bu zaman külək yenidən əsdi və kəcavə yoluna getdi.

3-Həzrət Zəkəriyyə (ə) Allahdan istəyir ki, beş Ali-Əbanın (ə) adını ona öyrətsin. Cəbrayıl (ə) nazil olur və bu adları ona öyrədir. Həzrət Zəkəriyyə (ə) nə zaman Muhəmmədin (s.a.v.v), Əlinin (ə), Fatimənin (s.ə), Həsənin (ə) adını çəkərdi, qəmi aradan gedərdi. Lakin nə zaman Hüseynin (ə) adını çəkərdi, qəhər onu boğardı və ağlamağa başlayardı. Bir gün dedi: “Allahım, bu nə sirdir ki, nə zaman bu dörd nəfərin adını çəkirəm, qəmim aradan gedir, lakin o zaman ki, Hüseynin (ə) adını çəkirəm, göz yaşlarım axır və ah-nalə edirəm?”. Allah Təala Hüseynin (ə) dastanını ona xəbər verir. Zəkəriyyə (ə) bu xəbəri eşidəndən sonra 3 gün məsciddən çıxmadı və əmr etdi ki, heç kəsin onun yanına gəlməsin. Ağladı və nalə çəkdi.

4-Nəql edilir ki, Həzrət İsa (ə) öz həvariləri ilə Kərbəla torpağından keçirdi. Bir şir görür ki, insanların yolunu bağlayıb. Şir İsaya (ə) tərəf gəlir və deyir: “Sizi keçməyə qoymayacağam o zamana qədər ki, Hüseynin (ə) qatilini lənətləməyəcəksiniz”. Həzrət İsa (ə) soruşur: “Hüseyn (ə) kimdir?”. Şir deyir: “Peyğəmbərin (s.a.v.v) və Əli Murtəzanın (ə) oğludur”. İsa (ə) soruşur: “Onun qatili kimdir?”. Deyir: “Qatili Yeziddir (lən) ki, səhra vəhşiləri Aşura günü onu lənətləyirlər”. Həzrət İsa (ə) əlini qaldırıb Yezidə lənət oxuyur və şir onlardan uzaqlaşır./ixlas.


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment