Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Bəla niyə gəlir ?!

İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Agah ol ki,(insanın bulaşmış olduğu) günah olmadan nə vuran (atan)damar, nə büdrəmə, nə başağrısı, nə də bir xəstəlik olar. Bu da (məhz) Allah-taalanın kəlamıdır: “Sizə üz verən hər bir müs

İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Agah ol ki,(insanın bulaşmış olduğu) günah olmadan nə vuran (atan)damar, nə büdrəmə, nə başağrısı, nə də bir xəstəlik olar. Bu da (məhz) Allah-taalanın kəlamıdır: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” (şura. 30)

Ardınca demişdir: “Allahın əfv etdiyi (güzəştə getdiyi) cəzalandıracağından daha çoxdur.”

ŞƏRH: Müfəssirlərdən bəzisi qeyd etmişlər ki, ayədə qeyd edilən müsibətlər dünyada insana Allah tərəfindən yetişən cəzalara aiddir. Uşaqlar, dəlilər və günahsız insanların başına gələn bəla və müsibətlər bura aid deyil. Ayənin xitab obyekti onlar deyil.(Mustəfəvi)

Bu ayədə xitab məsum peyğəmbər və imamlara deyil, günah edənlərədir (Əlamə Məclisi) (onları ayırmaq üçün hədislər də qeyd edilmişdir).

عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنْ حَمَّادٍ عَنْ حَرِيزٍ عَنِ الْفُضَيْلِ بْنِ يَسَارٍ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: مَا مِنْ نَكْبَةٍ تُصِيبُ  الْعَبْدَ إِلَّا بِذَنْبٍ وَ مَا يَعْفُو اللَّهُ عَنْهُ أَكْثَرُ.

 İmam Baqir (əleyhissəlam): “Elə bir bədbəxtlik (bəla) yoxdur ki, bəndəyə günah olmadan üz versin (Bəndə, adətən günah işlətdiyinə görə bəlaya düşmüş olar). Allahın onun barədə bağışladığı isə daha çoxdur.”


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment