Azəri
Friday 29th of March 2024
0
نفر 0

İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq

Həzrət Seyyidi-Şühədanın (ə) Əhli-Beyt (ə) davamçıları yanındakı ən üstün bərəkəti odur ki, axirətdə şəfaət edəcək. Şəfaətin həqiqi mənası odur ki, güclü varlıq zəif varlığın kənarında qərar tutub, ona kamala çatması üçün yardım edər. Quranın nəzərinə görə şəfaət edən ilə şəfaət olunan arasında rabitə olmalıdır. Quranın nəzərinə görə şəfaət iki cür olur: 1. Rəhbər şəfaəti və ya əməl şəfaəti.
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq

Həzrət Seyyidi-Şühədanın (ə) Əhli-Beyt (ə) davamçıları yanındakı ən üstün bərəkəti odur ki, axirətdə şəfaət edəcək. Şəfaətin həqiqi mənası odur ki, güclü varlıq zəif varlığın kənarında qərar tutub, ona kamala çatması üçün yardım edər.
Quranın nəzərinə görə şəfaət edən ilə şəfaət olunan arasında rabitə olmalıdır. Quranın nəzərinə görə şəfaət iki cür olur:
1. Rəhbər şəfaəti və ya əməl şəfaəti.
2. Məğfirət şəfaəti və ya fəzl şəfaəti.
Birinci növ şəfaət əzabdan nicat verib, həsənələrə bürüməkdir ki, hətta dərəcənin artmasına belə səbəb olur. İkinci növ şəfaət odur ki, günahı aradan aparar və əzabı dəf edər. Ancaq insanın dərəcəsini qaldırmaz.
Bildiyimiz ki, Qiyamət günü möminlərə peyğəmbərlər (ə), şəhidlər, Məsumlar (ə), Qurani-Kərim şəfaət verəcəkdir. Məsumlar (ə) içərisində şəfaət edənlərdən biri də İmam Hüseyndir (ə). Həzrət Hüseyn (ə) o kəslərə şəfaət verəcəkdir ki, onun məktəbinin şagirdi olmuşdur.
Quran və İmam Hüseyn (ə) məktəbi elə bir İlahi kəndirdir ki, bəşəri bədbəxtlik quyusundan çıxardıb, səadətə çatdıra bilər. Şəfaət hər üç dünyada insana şamil ola bilər. Şəfaətin ən çox şamil olduğu zaman – Qiyamətdir. Seyyidi-şühəda (ə) öz davamçılarına həm dünyada, həm bərzəxdə və həm də Qiyamətdə şəfaət verir və verəcəkdir də.
Əmirəl-möminin (ə) buyurur: “Bizim üçün şəfaət vardır və bizim dostlarımız üçün də şəfaət vardır”. Başqa bir hədisdə oxuyuruq: “Şəfaət edənlər İmamlardır və möminlərin dostlarıdır”. (İslami saytlara istinadən)
Bəli, İmam Hüseyn (ə) o Məsumlardandır ki, Qiyamət günü öz aşiqlərinə və dostlarına şəfaət verəcəkdir. İmam Hüseyn (ə) buyurur: “Hər kim mənim ölümümdən sonra məni ziyarət edərsə, ölümündən sonra mən də onu ziyarət edərəm”.
Hədis nəql edənlərdən biri danışır ki, bu hədis mənim zehnimdə davamlı olaraq qalırdı və bir gecə İmam Hüseyni (ə) yuxuda gördüm və soruşdum ki, ağa, bu hədis doğrudurmu? Buyurdu: “Bəli, baxmayaraq ki, atəşdə olsa belə, onu çıxardaram”. Dedim: “Ağacan, bu hədisi vasitəsiz sizin adınızdan nəql edə bilərəmmi?”. Buyurdu: “Bəli”.


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment