Azəri
Sunday 5th of July 2020
  1150
  0
  0

Hüseyn (ə) kimi insana gərək ağlayanlar ağlasın

İmam Səccad (ə) buyurub: “Gözləri Hüseynin (ə) öldürülməsindən ötrü ağlayan, ağlamaqdan göz yaşları yanaqlarından axan möminə Allah bunun səbəbinə cənnət köşklərində yer verər və uzun müddət orada yaşayar.” [1] İmam Baqir (ə) Aşura günündə yaxın və ya uzaq məsafədən Hüseynin (ə) ziyarəti barədə buyurmuşdur: “…Sonra Hüseynə (ə) ağlayıb inləsinlər, evində olanlara və onlardan təqiyyə saxlam
Hüseyn (ə) kimi insana gərək ağlayanlar ağlasın

İmam Səccad (ə) buyurub: “Gözləri Hüseynin (ə) öldürülməsindən ötrü ağlayan, ağlamaqdan göz yaşları yanaqlarından axan möminə Allah bunun səbəbinə cənnət köşklərində yer verər və uzun müddət orada yaşayar.” [1]



İmam Baqir (ə) Aşura günündə yaxın və ya uzaq məsafədən Hüseynin (ə) ziyarəti barədə buyurmuşdur: “…Sonra Hüseynə (ə) ağlayıb inləsinlər, evində olanlara və onlardan təqiyyə saxlamayanlara da ağlamağı tapşırsın… Hüseynin (ə) müsibətinə görə bir-birinə başsağlığı versinlər.Dedim:Bir-birimizə necə başsağlığı verək. Deyin ki, Allah Hüseynin müsibətinə görə bizə çatan əcri böyütsün, bizi və sizləri onun «Vəliye dəm»i (qan sahibi) Məhəmməd ailəsindən olan İmam Mehdi ilə birgə onun qanını almağa qalxanlardan etsin.” [2]



İmam Sadiq (ə): buyurub: “Kim Hüseynin barəsində bir beyt şer yazıb özü ağlasa və on nəfəri da ağlatsa, özünün və həmin on nəfərin nəsibi cənnət olar.” [3]



İmam Rza (ə) buyurub: “Aşura günü kimin yas, ağlama və kədər günü olarsa, Allah qiyaməti onun şadlıq və sevinc gününə çevirər.” [4]

İmam Rza (ə) buyurub: “Hüseyn kimi insana gərək ağlayanlar ağlasın. Çünki onunçün ağlamaq böyük günahları silər.” Həzrət sonra buyurdu: “Məhərrəm ayı girəndən kimsə atamı gülərüz görməzdi. On gün keçincəyə qədər yas və kədər ona hakim olardı. Onuncu gün də onun ağlamaq, yas və qəm günü idi və buyurardı: Bu Hüseynin öldüyü gündür.”[5]


source : sibtayn
  1150
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    İmam Hüseynin (ə) möcüzələri – “Ölünü diriltməsi”
    Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz
    İmam Sadiq ələyhis-salam haqqında
    Günah aşkarda olanda ...
    Kərbəlanın qəhrəman xanımları haqqında
    Ləvvamə nəfs əmmarə nəfsdən güclü olarsa, insan daha çox təqvaya meyil edər
    IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
    Quran oxu sən ...
    İmam Səccadın (ə) təvəllüdü
    İMAM ƏLI (Ə)IN SONRA, HƏSƏN (Ə) A YAZDIĞI VƏSIYYƏTLƏRINDƏNDIR (1)

 
user comment