Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İmam Hüseynin (ə) möcüzələri – “Ölünü diriltməsi”

Ravi[1] deyir: İmam Hüseynin(ə) yanında oturmuşduq. Bu zaman bir cavan ağlaya-ağlaya daxil oldu. İmam(ə) ona buyurdu: Niyə ağlayırsan? O, cavab verdi: Anam indicə vəfat etdi və vəsiyyət də etməmişdir. O, bir çox mal-dövləti barəsində heç bir iş görməyim. İmam Hüseyn(ə) buyurdu: Qalxın ayağa o qadının
İmam Hüseynin (ə) möcüzələri – “Ölünü diriltməsi”

Ravi[1] deyir: İmam Hüseynin(ə) yanında oturmuşduq. Bu zaman bir cavan ağlaya-ağlaya daxil oldu. İmam(ə) ona buyurdu: Niyə ağlayırsan? O, cavab verdi: Anam indicə vəfat etdi və vəsiyyət də etməmişdir. O, bir çox mal-dövləti barəsində heç bir iş görməyim.

İmam Hüseyn(ə) buyurdu: Qalxın ayağa o qadının evinə gedək! Hamı İmam Hüseyn(ə) ilə birlikdə o qadın vəfat edən evə çatdıq.

İmam Hüseyn(ə) evə daxil olub, dua etdi ki, Allah-təala o qadını, istədiyi şeyləri vəsiyyət etmək üçün diriltsin. Allah-təala Həzrət Hüseynin(ə) duasına görə onu diriltdi. Elə halda ki, o, oturub «kəlmeyi-şəhadət» deyirdi. Bu zaman İmam Hüseynə(ə) baxıb dedi: Daxil ol! Ey Mənim ağam! Mənə fərman ver.

İmam(ə) daxil olub, oturduqdan sonra, o qadına buyurdu: Vəsiyyət et! Allah  sənə rəhmət etsin!

Qadın dedi: Ey Peyğəmbərin nəvəsi! Filan qədər mal, bu məkanlarda varımdır. O malların üçdə birini sizin üçün qərar vermişəm.

Məsləhət gördüyünüz yerlərə və dostlarınıza xərc edin. Üçdə ikisini isə bu oğlum üçün ayırmışam. Əgər səni dostlarından olsa, bu mallardan istifadə etməyə haqqı var. Yox əgər sənin düşmənin və müxalifindirsə, bu mallardan istifadə etməyə haqqı yoxdur.

Sonra İmamdan(ə) onun üçün namaz qılmağı və işlərinə nəzarət etməyi istədi. Yenidən əvvəlki halına qayıtdı.[2]


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment