Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Tasua günü və Aşura gecəsinin əməlləri

Aşura günü İmam Hüseynin (əleyhi səlam) məzlumcasına şəhid olduğu gündür. Aşura Əhlibeyt aşiqlərinin matəm və kədər günüdür. İmamlara sevgisi olan hər bir kəsə lazımdır ki, bu gündə dünya işlərinin dalınca getməsin, evinə bir şey almasın! Öz əzizlərinə-qohumlarına qurduğu matəmdən çox İmam Hüseyn əleyhis-səlama yas saxlasın! Onun, 7
Tasua günü və Aşura gecəsinin əməlləri

Aşura günü İmam Hüseynin  (əleyhi səlam) məzlumcasına şəhid olduğu gündür. Aşura Əhlibeyt aşiqlərinin matəm və kədər günüdür. İmamlara sevgisi olan hər bir kəsə lazımdır ki, bu gündə dünya işlərinin dalınca getməsin, evinə bir şey almasın! Öz əzizlərinə-qohumlarına qurduğu matəmdən çox İmam Hüseyn əleyhis-səlama yas saxlasın! Onun, 72 şühədanın və əhli əyalının başlarına gələnləri yad edib əza məclisləri qursun! Həmin gün, axşam namazına 1 saat qalana qədər yemək yeməsin, su içməsin (oruc niyyət etmədən). Yemək yeyəndə isə ləziz yemək yeməsin!

İmam Rza (ə) buyurmuşdur : Hər kim Aşura günü dünya işlərinin dalınca getməyi tərk etsə Allah onun dünya və axirət işlərini həll edər. Hər kim Aşura gününü özünə müsibət, hüzn və ağlamaq günü etsə Allah qiyamət gününü onun sevinc və fərəh günü edər. Cənnətdə bizimlə gözü işıqlanar. Hər kim Aşura gününü bərəkətli gün adlandırıb oruc tutsa Qiyamət günü Yezid lənətliklə birgə olar.

Əhlibeytə (ə) məhəbbəti olanlar öz əzizi vəfat edəndə olduğu kimi, təzə paltar geyinməsin, bu gün gülməsin, bir-birinin əlini sıxmasın!

Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur : Həqiqətən Hüseyn (ə) hidayət (doğru yönəltmə) çırağı və nicat gəmisidir!

İmam Hüseyn (ə) buyurmuşdur: Hər kim bir möminin çətinliyini həll etsə Allah onun dünya və axirət çətinliyini həll edər.

İmam Hüseyn (ə) buyurmuşdur: Mən ölümü səadət, zalimlərlə birgə yaşamağı isə ar hesab edirəm.


Tasua gününün (Tasua günü, Aşuranın axşamıdır. Yəni Aşura axşamının) əməlləri.

1. Namazlar

* Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim" zikri deyilir.

* Əmirəl mö’minin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .

* Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar."

* 100 rəkət namaz. (yə’ni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yə’ni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyil əzim.

2. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

3. Dua, ibadət və istiğfar etmək.


Aşura gününün əməlləri:

1. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: "Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər".

2. İmam Hüseyni(ə) ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

4. İmam Hüseyn(ə) zəvvarlarına su vermək.

5. 1000 dəfə "İxlas" surəsini oxumaq.

6. "Aşura" ziyarətini oxumaq.

7. 1000 dəfə "Allahumməl`ən qətələtəl-Huseyn" zikrini demək.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment