Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Tolerantlıq İslama Yasaq Deməkdir

Elşən Mustafaoğlu: İndi xaricdə strateji əhəmiyyət daşıyan siyasi elmlər, hərbi, iqtisadi elmlər sahəsində təhsil alanlar ölkəyə qayıdıb sərbəst fəaliyyət göstərdikləri halda onlar kimi elm öyrənməyə, təhsil almağa getmiş məhz müsəlman ilahiyyatçılar qara siyahıya düşür... Xaricdə ortodoks kilsəsinə aid, yaxud bəhailiyə aid təhsil alanlar gəlib Azərbaycanda rahat fəaliyyət göstərir, amma müsəlman qadağalarla üzləşir...
Tolerantlıq İslama Yasaq Deməkdir

    Elşən Mustafaoğlu: İndi xaricdə strateji əhəmiyyət daşıyan siyasi elmlər, hərbi, iqtisadi elmlər sahəsində təhsil alanlar ölkəyə qayıdıb sərbəst fəaliyyət göstərdikləri halda onlar kimi elm öyrənməyə, təhsil almağa getmiş məhz müsəlman ilahiyyatçılar qara siyahıya düşür... Xaricdə ortodoks kilsəsinə aid, yaxud bəhailiyə aid təhsil alanlar gəlib Azərbaycanda rahat fəaliyyət göstərir, amma müsəlman qadağalarla üzləşir...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 2011-ci ilin dekabr ayında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi dini qanunvericiliyin pozulması hesab olunacaq.

Ölkə üzrə xaricdə dini təhsil alan vətəndaşların sayı barədə rəsmi məlumat yoxdur. Qeyri-rəsmi statistikaya görə, belə şəxslərin sayı 1000 nəfərdən artıqdır. Məsələnin maraqlı tərəflərindən bir də budur ki, bu sayın yalnız yarıya qədəri diplom alaraq ölkəyə qayıdıb və İnzibati Xətalar Məcəlləsinə edilən sonuncu dəyişikliyə qədər təxminən 500-600 nəfər dini ayinlərin icrası ilə məşğul olub.

Məlumata görə, qanuna edilən dəyişiklikdən sonra da xaricdə dini təhsil alan vətəndaşların bir qismi dini ayinlərin icrası ilə məşğul olur. Buna səbəb onların ağır sosial durumudur. Mənbə qeyd edib ki, bəzi vətəndaşlar “nə vaxt yaxalanarıq, yaxalanarıq” deyib qanunun qadağan etdiyi işlə məşğuldurlar. Çünki hər belə vətəndaşın arxasında bir ailə dayanır.

Nə üçün Azərbaycan hökuməti xaricdə İslam təhsili almış Azərbaycan vətəndaşlarının dini ayinlər keçirməsini istəmir?

“Media forum” saytının suallarını isə ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu cavablandırıb.

Elşən Mustafaoğlu hesab edir ki, “xaricdə dini təhsil alıb ölkəmizə qayıdan vətəndaşlar” ifadəsi çox geniş və hardasa mücərrəddir: “Əslində xaricdə təhsil almışlar arasında fərqliliklər var, eynilə Azərbaycanda təhsil alanların da hamısı yeknəsəq deyil. Amma xaricdə təhsil almışların böyük bir qismi islam təhsili sahəsində kifayət qədər ciddi mütəxəssisdir”.

Digər dinlərdən misal gətirən ilahiyyatçı vurğulayır: “Bir lüteran kilsə mənsubu Belçikadan gedib Hollandiyada təhsil alıb və geri qayıdanda dini məclis apara bilməsin, bu, dünya üçün gülünc bir şeydir”.

Xaricdə təhsil alan şəxslər içərisində neçə-neçə savadlı və layiqli alimin olduğunu deyən Elşən Mustafaoğlu Azərbaycanda din sahəsində fundamental elmi və təhsil bazasının olmadığını, hər şeyin indi-indi qurulduğunu əsas fərq kimi bildirir: “Sovet quruluşu zamanı dinin qadağan edilməsi bu sahəyə ciddi təsir göstərib. Son 20 ildə də dini təhsil və tədqiqatlar sahəsində fundamental işlər görülməyib. Hətta Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsində günümüzədək dini dərsləri xarici müəllimlər keçir. Üstəlik, magistratura, doktorantura üçün onlar da öz məzunlarını xaricə göndərirlər. Yəni ölkəmizdə bu sahədə güclü kadr olmaq üçün praktik imkanlar yoxdur, yaxud yox dərəcəsindədir. Xaricdə isə kifayət qədər güclü dini təhsil ocaqları var. Odur ki, bunlar müqayisəyə gələcək bir şey deyil”.

İlahiyyatçı hesab edir ki, dövlət belə qanunları ilə öz vətəndaşına etimadsız yanaşdığını bəyan etmiş olur: “Həm də inanclı vətəndaşına. Yəni indi xaricdə digər sahələrdə, məsələn, daha həssas olan, strateji əhəmiyyət daşıyan siyasi elmlər, hərbi, iqtisadi elmlər sahəsində təhsil alanlar ölkəyə qayıdıb sərbəst fəaliyyət göstərdikləri halda onlar kimi elm öyrənməyə, təhsil almağa getmiş məhz müsəlman ilahiyyatçılar qara siyahıya düşür. Halbuki ölkəmizin təhlükəsizlik sistemi kifayət qədər güclüdür, onlar onsuz da qanunazidd fəaliyyət göstərənlərə qarşı - fərqi yoxdur, xaricdə oxusun, yoxsa yox - lazımi ölçü götürürdülər. Nəyə lazım idi bu qanunla qurunun oduna yaşı da yandırmaq? Yüzlərlə vətəndaşa dövlət səviyyəsində etimadsızlıq göstərmək? Bu, onlara qarşı açıq diskriminasiya deyilmi?

Özü də, məsələn, xaricdə ortodoks kilsəsinə aid, yaxud bəhailiyə aid təhsil alanlar gəlib Azərbaycanda rahat fəaliyyət göstərir, amma müsəlman qadağalarla üzləşir. Bu axı əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən bir ölkə üçün xoşagəlməz haldır. Yəni belə çıxır ki, dövlət öz müsəlman ilahiyyatçısına bəhai qədər güvənmir. Bu kimi qanunlar ən yüksək müstəvidə ölkədə müsəlman ilahiyyatçıların ayrı-seçkiliyə məruz qaldığını nümayiş etdirir. Halbuki konstitusiyamızda bəyan edilir ki, bütün dinlər qanun qarşısında bərabərdir. Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların islam dininə aid ayin və mərasimlər keçirməsini qadağan edən qanun konstitusiyada deyilən o bərabərliyin üstündən qara xətt çəkdi. Əfsus!”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment