Azəri
Friday 26th of April 2024
0
نفر 0

Ayətullah Məkarim Şirazi doktor Mövsüm Səmədova müraciət etdi: Sizi aksiyanı dayandırmağa dəvət edirəm!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi Azərbaycan Respublikasının mübariz ruhanisi Höccətül İslam vəl Müslimin doktor Mövsüm Səmədova məktubla müraciət edib. Ayətullah Məkarim Şirazi məktubunda əliyevlər hakimiyyətini Doktor M. Səmədova və onun timsalında digər
Ayətullah Məkarim Şirazi doktor Mövsüm Səmədova müraciət etdi: Sizi aksiyanı dayandırmağa dəvət edirəm!

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi Azərbaycan Respublikasının mübariz ruhanisi Höccətül İslam vəl Müslimin doktor Mövsüm Səmədova məktubla müraciət edib.

Ayətullah Məkarim Şirazi məktubunda əliyevlər hakimiyyətini Doktor M. Səmədova və onun timsalında digər İslamçı və vətənpərvər şəxslərə qarşı təzyiqlərdən çəkinməyə dəvət edib. Eyni zamanda da ölkədə konstitusiyaya dəyişilik edilməsinə etiraz olaraq aclıq aksiyası keçirən və səhhətində ciddi problemlər yaranan hacı Mövsüm Səmədovu aksiyanı dayandırmağa çağırıb.

 

Məktubun tam mətnini təqdim edirik:

Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazinin məktubunun mətni:

 

Allahın adı ilə

Cənab Höccətül İslam vəl Müslimin doktor hacı Mövsüm Səmədov!

Salam və ehtiramla.

Siz, həmd olsun Allaha, ömrünüz boyu İslam və müsəlmanlara çox xidmət etmisiniz. Bu xidməti davam etdirmək üçün sağlamlığınızı qorumağınız zəruridir.

Bizə xəbər çatdı ki, siz aclıq aksiyası keçirirsiniz və səhhətiniz pisləşib. Mən sizin sağlamlığınızın qorunmasını zəruri sayıram. Bu görə də, vurğu ilə, aclıq aksiyasını dayandırmağınızı tələb edirəm! İnşaallah, Allah yolunda cihad edənlərin savabın qazanacaqsınız.

Ümid edirik ki, Azərbaycan hökuməti də, sizə və sizin timsalınızda olan İslam, müsəlmanlar və Azərbaycan ölkəsinin yüksəlişindən başqa məqsədi olmayan digərlərinə də, çətinlik yaratmaqdan əl çəkəcək.

İnşaallah, həmişə Allahın lütf və inayəti üzərinizə olsun!

Xatırladaq ki, 2011.01.02 tarixdə çıxış edərək mövcud rejimi qanun çərçivəsində tənqid etdiyinə görə, ŞƏRLƏNƏRƏK 12 il azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının Lideri, siyasi məhbus Doktor Mövsüm Səmədov 2016, sentyabrın 26-da keçirilməsi planlaşdırılan Konstitusiya dəyişiklikləri aktına, eləcə də Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan şəxslərə verilmiş işgəncələrə, qanunsuzluğa etiraz olaraq müddətsiz aclıq aksiyası keçirir. Mövsüm Səmədov avqustun 29-dan aclıq aksiyasına başlayıb və aksiyanın tələbləri ilə bağlı həbsxana rəhbərliyini yazılı şəkildə məlumatlandırıb. Hazırda mübariz ruhaninin səhhətində ciddi problemlər yaranıb."


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...
Yəhudilər “Azan səsindn narahatıq” deyib Məscidlərin səsucaldanlarını ...
BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi

 
user comment