Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Ayətullah Taha Nəcəfi kim idi?

– Xəbər Agentliyi- Ayətullah Taha Nəcəfi, Nəcəfi-əşrəfin yaşı keçmiş qoca ariflərindən idi. O ömrü boyu şəxsi işlərindən ötəri bir dəfə də olsun qəzəblənməmişdi. Ömrünün axırlarında dostları onun heç olmasa bir dəfə qəzəblənməsini görmək üçün onu imtahan etmək qərarına gəlirlər. Bu işi etmək üçün onun arvadını vasitə edir və ondan istəyirlər ki, bir dəfə ağanın dəstəmaz aftafasını doldurmasın. Bəlkə,
Ayətullah Taha Nəcəfi kim idi?

– Xəbər Agentliyi- Ayətullah Taha Nəcəfi, Nəcəfi-əşrəfin yaşı keçmiş qoca ariflərindən idi. O ömrü boyu şəxsi işlərindən ötəri bir dəfə də olsun qəzəblənməmişdi. Ömrünün axırlarında dostları onun heç olmasa bir dəfə qəzəblənməsini görmək üçün onu imtahan etmək qərarına gəlirlər. Bu işi etmək üçün onun arvadını vasitə edir və ondan istəyirlər ki, bir dəfə ağanın dəstəmaz aftafasını doldurmasın. Bəlkə, həmişə aftafasını dolu görən arif bu dəfə boş gördükdə əsəbləşə!

Qadın da aftafanı doldurmamaqdan əlavə quyunun ipini də vedrədən açır, aftafanı və vedrəni həyətin bir küncünə atır. Ağa dəstəmaz almaq üçün mütaliə otağından çölə çıxır, amma aftafanı tapmır. Həyat yoldaşından soruşduqda ondan bu cavabı eşidir: "Mən sizin aftafanızın zamini deyiləm".

Ağa bir təhər aftafanı tapır, onu doldurmaq üçün quyu başına gəlir, amma ipin və vedrəninin də olmadığını görür. Nəhayət, ip və vedrəni də axtarıb tapır. Vedrəni ipə bağlayıb quyuya atır. Suyu yuxarı çəkdikdə özünü saxlaya bilməyib, bərk ağlamağa başlayır.

Uzaqdan arifin hərəkətlərini izləyən qadın onun ağlamağına dözə bilmir və gəlib vedrəni özü quyudan çəkib çıxarır. Qadın elə bilir ki, əri ondan intiqam ala bilmədiyi üçün əsəbindən ağlayır. İmtahanın nəticə verməsini güman edib sevinən qadın ərindən soruşur: "Nə üçün ağlayırdın?" Ayətullah Taha Nəcəfi onun cavabında deyir: "Bu vaxta qədər bir aftafanın doldrulması üçün bu qədər müqəddimə lazım olduğunu bilməmişəm. Mən bu məsələdən qafil olduğumdan indiyə kimi sənə zülm etmişəm. İndi də ağlayıram ki, Allahın qarşısında sənə etdiyim bu qədər zülmün cavabını necə verəcəyəm".

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi
Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə

 
user comment