Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Sevgililər Günü olan İmam Əli ilə Xanım Fatimənin (ə) İzdivacının ildönümü mübarək!

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixilə 2-ci ilin Zil-Qədə ayında həzrəti Əli (əleyhi səlam) ilə Xanım Fatiməi Zəhranın (səlamullahi əleyha) izdivacı baş vermişdir. İslam Dünyasında bu kəramətlə dolu əzəmətli günün Ümüdünya Sevgililər Günü kimi qeyd edilməsi irəli sürülür. Çünki, məhz bu gün yaşayış tərzinin, ailə qurulmasının, ailə üzvlərinin bir birinə münasibətinin, qarşılıqlı hörmətin dəqiq i
Sevgililər Günü olan İmam Əli ilə Xanım Fatimənin (ə) İzdivacının ildönümü mübarək!

– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Qəməri tarixilə 2-ci ilin Zil-Qədə ayında həzrəti Əli (əleyhi səlam) ilə Xanım Fatiməi Zəhranın (səlamullahi əleyha) izdivacı baş vermişdir. İslam Dünyasında bu kəramətlə dolu əzəmətli günün Ümüdünya Sevgililər Günü kimi qeyd edilməsi irəli sürülür. Çünki, məhz bu gün yaşayış tərzinin, ailə qurulmasının, ailə üzvlərinin bir birinə münasibətinin, qarşılıqlı hörmətin dəqiq islami modelidir. Belə ki, şirk, fəsad və pozğunluqla dolu olan, qədim Roma imperatorluğunda Roma “tanrılarının” kraliçası olan həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik “tanrı”sı olaraq tanınan Junoya duyulan hörmətdən dolayı tətil olunan 14 fevral Valentin günün qeyd etmək əvəzinə məhz bu günü qeyd etmək, bu günün duyğuları ilə yaşamaq çox önəmlidir. Ona görə ki, insan bu günə müəyyən münasibət təzahür etdirdikdə istər- istəməz özünü, həyat tərzini, ailə münasibətlərini, həyat yoldaşına, uşaqlara qayğını bu ideala uyğunlaşdırmağa çalışır. Yəni, əgər insan üçün ailə, insanlara münasibət, yaşayış tərzi, ümumilikdə dəyər baxımından Həzrət Əli (ə) ilə Xanım Fatimə (s.ə) simvoldursa, bir nümunədirsə, demək onların ailə qurduqları gün də bu insan üçün ələmətdar bir tarixdir. Özü də elə bir tarix ki, real tərəqqi üçün bir impuls rolunu oynamış olsun.

Bu əlamətdar gün münasibəti ilə, biz ABNA olaraq Sevgililər Günün ümüdünya xalqlarına və siz əzizlərə təbrik ərz edirik! Və bu münasibətlə İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlənməsi barədə qısa anlayış veririk.

 

İmam Əli (ə) ilə həzrət Fatiməi Zəhranın (s) evlənməsi İlahi qərar idi

 

Böyük İslam alimi mərhum Şeyx Səduq “Uyun əxbari Rza” adlı kitabda İmam Rzadan belə bir hədis nəql edir:

Həzrət Əlinin (ə) mübarək narahatlığı.

“Evlənməyi qərara almışdım, ancaq bu mövzunu sərvərimə deməyə cürət etmirdim. Gecə və gündüz gələcəyimi düşünürdüm. Bir gün Həbibimin yanında olanda mənə buyurdu: “Əlican! Evlənməklə aran necədir?”. Mən başımı aşağı saldım və hiss edirdim ki, Həzrət (səlləllahu əleyhi və alih) necə mənim bəy olmağım üçün bir ata kimi ləzzət alırdı. Xəcalətlə yavaşca dedim: “Allahın Rəsulu (səlləllahu əleyhi və alih) daha çox biləndir”. Lakin ürəyim sirkə-sarımsaq kimi qaynayırdı. Nigaran idim, mən ürəyimi elə bir dilbərə bağlamışdım ki, qorxurdum Həzrət (səlləllahu əleyhi və alih) mənə başqasını təklif edər. Bizim qəbiləmiz olan Qureyşdə qız az deyildi. Lakin mənim ürəyimi alan - onlardan deyildi. Nigaran idim”.

“Bilmədim nə oldu, dedilər ki, Həbibin səninlə işi var. O, mənim canım idi və məni çağıran zaman “Ləbbeyk!” səsim ona tərəf uçardı. Ancaq bu dəfə ürəyim bir qədər titrədi. Sanki başa düşmüşdüm. Özümü Ummi Sələmənin evinə çatdırdım. Peyğəmbərin (səlləllahu əleyhi və alih) gözü mənə sataşan zaman ayağa qalxdı və əllərini açıb mənə tərəf gəldi. Peyğəmbər (səlləllahu əleyhi və alih) nə qədər sevinirdi! Gözlərindən nur çıxırdı və elə gülürdü ki, nazənin dişləri görünürdü. Dedi: “Əli! Müjdə ver!”. Dedim: “Sərvərim, xeyirdir, inşəallah! Əvvəl deyin nə olub ki?”. Məni sinəsinə sıxır və gülürdü. Dedi: “Allah mənim fikrimi məşğul edən sənin evliliyini Özü öhdəsinə götürdü”. “Məni deyirsiniz?” Dizlərim süstləşdi və təşvişdən səbir edə bilmədim. “Macəra nədir?””.

Allahın Həbibi (səlləllahu əleyhi və alih) buyurdu:

“Əyləşmişdim ki, səma dostum Cəbrayil (əleyhi səlam) sünbül və mixək budaqları ilə yanıma gəldi. Onları mənə verdi və mən o ikisini alıb iylədim. Dedim: “Bu gül dəstəsi nə münasibətlədir?”. Dostum dedi: “Məgər xəbərin yoxdur? Allah bütün hurilərə əmr etmişdir ki, Firdovsu bəzəsinlər. Behişt küləklərinə də əmr etmişdir ki, müxtəlif ətirlərlə əssinsinlər. Hurul-eynlərə əmr etmişdir ki, “Taha”, “Yasin”, “Şura” surələrini oxusunlar”. Mən hələ də cavabımı almamışdım. Bütün bunlar nə üçün idi? Məgər toydur? Bu fikirdə idim ki, dostum dedi: “Allah behişt carçısına əmr etmişdir ki, car çəksin: “Ey Mənim pərilərim! Ey behişt əhli! Toplanın ki, burada toy mərasimidir. Fatiməni (səlamullahi əleyha) Əlinin (əleyhi səlam) gəlini etmişəm. Əli (əleyhi səlam) dilbərinə çatıb”. Cəbrayil (əleyhi səlam) bunları danışırdı və mən bunları eşidən zaman şövqdən yerimdən sıçradım. Allaha şükür etdim. Səma döstum dedi: “Allah Təala Rahilə - xoş səsli və xoş danışıqlı o pəriyə əmr edib ki, xütbə oxusun”.

Rahilin (xoş səsli və xoş danışıqlı pəri) dediklər:

“Mən də hamı kimi şövq içindəydim və qərara almışdım ki, bu iki aşiqin xütbəsini ən gözəl şəkildə oxuyum. Mən nə qədər xoşbəxt idim ki, Həzrət Zəhra (səlamullahi əleyha) ilə Əlinin (əleyhi səlam) xütbəsini oxuyurdum. Hamı sakit idi. Mən eşq məktəbinin gül sözlərini bir-bir deyirdim və hamı sakit idi. Mən Allahın Həbibinə (səlamullahi əleyha) salavatla sözümü bütürdim. Xütbə bitən kimi hamı ayağa qalxdı və anidən Allah buyurdu: “Ey, Mənim behişt hurilərim! Muhəmmədin (səlləllahu əleyhi və alih) həbibi Əli ibni Əbutalibə (əleyhi səlam) və Muhəmmədin (səlləllahu əleyhi və alih) qızı Fatiməyə (səlamullahi əleyha) təbrik deyin. Mən onlar üçün xeyir və bərəkət qərar vermişəm”. Təvazökarcasına Allaha dedim: “Mənim Pərvərdigarım! Sənin o ikisinə bərəkətin bizim behiştdə gördüklərimizdən çox deyilmi?”. Allah buyurdu: “Ey Rahil! Mənim o ikisinə bərəkətim o cümlədən odur ki, onları Öz məhəbbətimlə birləşdirərəm, insanların üzərində hüccət qərar verirəm. İzzət və Cəlalıma and olsun ki, o ikisi elə övladlar dünyaya gətirəcəklər ki, yer üzündə hikmət mədənimin xəzinədarları olacaqlar””.

İmam Əli (əleyhi səlam) buyurur:

“Mən öz eşqimə çatmışdım. Tək görməli olduğum iş bu idi ki, ürəkləri qovuşduranın ayaqlarına düşməli idi. Ona görə də təvazökarcasına və səmimi qəlbdən dedim: “Ey Rəbbim, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver)””. (“Nəml” 19).

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Həzrət Zeynəb (ə.s)
Milli mətbuatın milli düşmənləri

 
user comment