Azəri
Tuesday 24th of May 2022
2452
0
نفر 0

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

ŞƏFAƏT Şafelərin (şəfaət edənlərin, 14 mə”sum (əleyhimussalam) şəfaəti Qiyamətdədir. Onlar Allah yanında möhtərəm olduqlarından, qüdrətlidirlər. Yıxılmış zəifi qaldırar, cəhənnəm odundan çıxararlar. Bə᾽zən də cənnət əhlinin dərəcəsini qaldırar, onları Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmmədlə yaxınlıqdan faydalandırırlar. Bəli, hamı şəfaətə möhtacdır. HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR
HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

ŞƏFAƏT

Şafelərin (şəfaət edənlərin, 14 mə”sum (əleyhimussalam) şəfaəti Qiyamətdədir. Onlar Allah yanında möhtərəm olduqlarından, qüdrətlidirlər. Yıxılmış zəifi qaldırar, cəhənnəm odundan çıxararlar. Bə᾽zən də cənnət əhlinin dərəcəsini qaldırar, onları Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmmədlə yaxınlıqdan faydalandırırlar. Bəli, hamı şəfaətə möhtacdır.

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-İN ŞƏFAƏTİNƏ MÖHTACDIR

“Biharül-ənvar”da nəql olunur ki, Əbu İymən Həzrət Baqir (əleyhissalam)-a ərz etdi: Yəbnə Rəsulillah, siz xalqı öz şəfaətinizlə məğrur edirsiniz. İmamın çehrəsində bir anlıq qəzəb göründü. Buyurdu: Qiyamətdə bütün əvvəlkilər və sonrakılar, hətta peyğəmbərlər də belə, Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) şəfaətinə möhtacdırlar. Yoxsa haram tikə yeməklə məğrur olmusan, elə bilirsən şəfaətə ehtiyacın yoxdur?!

BÖYÜK ŞƏFAƏT MÜHƏMMƏD VƏ ALİ-MÜHƏMMƏDİNDİR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)

Əsl şəfaət 14 mə᾽sum (əleyhimussalam)-a aiddir. Amma mərtəbəcə aşağı şəfilər də vardır. Məsələn, bə᾽ziləri həqiqi alimlərin bərəkətindən Behiştə gedər. Mö᾽minlərin şəfa verəcəyi barədə buyurulub: “Hər bir mö᾽min yüz nəfərə şəfaət edər.” Bu ləyaqəti onlar Mühəmməd və Ali-Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yolunun davamçılığından qazanmışlar. Peyğəmbər övladlarından da şəfaətçilər vardır. Eləcə də, məscid və Qur᾽an!

HƏR YERDƏ ŞƏFAƏT OLUNAR

Əlbəttə, əsas şəfaət Qiyamətdədir. Lakin dəlillər var ki, bərzəxdə, hətta bu dünyada da şəfaət olunur. Məsələn, bəla gəldikdə İmam Zaman (əleyhissalam)-ın şəfaəti ilə kənar olar. Bir şəxs bərzəxdə əzabda olduğu vaxt atası, övladı, dostu dünyada Əhli-beyt (əleyhimussalam)-la rabitə yarada bilsə və onları vasitə qərar verə bilsə, Allah-Taala onların bərəkətinə o şəxsi bağışlayar. Ölüm zamanı, ölümdən əvvəl şəfaət tapılmasına aid hadisələr mə”lumdur. Seyyid Həmirinin hekayəti çox kitablarda yazılmışdır.


source : sibtayn
2452
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:
لینک کوتاه

latest article

Ayətullah Behcətin nəzərində günahkarın aqibəti
QURANDA QƏLB
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
ALLAHA YAXINLIQ
İkonalara hörmət, dindarlara...
Kəlamın möcüzəsi
QUR᾽ANDA TİLAVƏTİN NƏSX olunması
Mutəffifin" surəsi
TƏHRİFİN MƏ᾽NA VƏ NÖVLƏRİ TƏHRİF NƏDİR?
Müqəddəs Quran və əsas insan haqları (3)

 
user comment