Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Nardaran işi''ndə təqsirləndirilənlərin bəzisi vəkilsizdir

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 18 İslamçının
Nardaran işi''ndə təqsirləndirilənlərin bəzisi vəkilsizdir

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 18 İslamçının məhkəməsi başlayıb.

Keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu zaman bəlli olub ki, onların bir neçəsinin vəkili yoxdur. Əksəriyyəti isə dövlət hesabına təyin olunmuş vəkillər tərəfindən müdafiə olunur.

Təqsirləndirilən Cabbar Cabbarov vəkildən imtina etdiyini deyib: «Bir «paykovoy» vəkil vermişdilər mənə, hökumət vəkili idi. «Bandotdel»də bizə zülm edəndə, o, məni qorumaq əvəzinə az qalırdı özü də məni döysün».

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə məhkəmə heyətinə etiraz etmədiyini bildirib: “Hakimlər dəyişsə də, heç nə dəyişməyəcək. Ona görə etirazım yoxdur. Mənim etirazım bu rejimədir. Əsas odur məhkəmə iclasları tez-tez keçirilsin. Çünki Kürdəxanıda vəziyyət çox pisdir. Orada bu istidə adam saxlamaq mənəvi işgəncədir».

Təqsirləndirilən şəxslərinin bəzilərinin vəkilləri olmadığından, onların müdafiəçi ilə təmin edilməsi üçün prosesdə fasilə elan olunub. Məhkəmənin hazırlıq iclası saat 14:00-da davam edəcək.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) birbaşa İlham Əliyevin başçılığı ilə 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində əməliyyat keçirib.

Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfər Şəhid olub. Şəhid olan iki polis işçisinin əməkdaşları tərəfindən həlak edildiyi ortaya çıxıb. Həmin gün Tale Bağırzadə və onun 14 tərəfdarı həbs edilib.

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs olunub. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriya Ordusu tərəfindən azad edilən Şeyx Miskin şəhəri
HӘZRӘT MӘHӘMMӘDIN VӘFATI
Həqiqi Əhli-beyt (ə) davamçısının müəyyən edilməsi üçün 8 xüsusiyyət
Ayətullah Xameneinin İran və dünyadakı proseslərlə bağlı çıxışı
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Ərəbistanda Həzrət Zəhra (s.ə) məscidi açılır
Dəməşqdə Həzrət Səkinə (s.ə) məscidi partladılıb
Fransada 14 –cü Ramazan gecələri festivalı keçiriləcək
Mosul xalqı sionist-təkfiri terror təşkilatı İşid-in zülmündən qaçmağa ...
İstanbulda Azan kitabı çapdan çıxdı

 
user comment