Azəri
Tuesday 29th of September 2020
  1923
  0
  0

Azərbaycan İslam Partiyası Ali Xəlifə rejiminə səsləndi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası İslam Partiyası Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlığının ləğvinə dair hərəkətini Ali-Xəlifə hakimiyyətinin müstəbid və zalımcasına mahiyyətinin aşkar nişanəsi adlandırıb. Və bu cinayət faktını pisləyən bəyanat yayımlayıb. Bəyanatda deyilir:
Azərbaycan İslam Partiyası Ali Xəlifə rejiminə səsləndi

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası İslam Partiyası Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlığının ləğvinə dair hərəkətini Ali-Xəlifə hakimiyyətinin müstəbid və zalımcasına mahiyyətinin aşkar nişanəsi adlandırıb. Və bu cinayət faktını pisləyən bəyanat yayımlayıb.

Bəyanatda deyilir:

“Bu gün dünya xalqlarının İslama, bu dinin təməl dəyərlərinə yüksək qiymət verdiyi bir şəraitdə Bəhreyn rejimi özünün iç üzünü açmağa başlayıb. Əksəriyyəti şiələrdən ibarət olan bu xalqın çox hörmət bəslədiyi, bilik və mənəvi zənginliyinə ehtiyac duyduğu böyük İslam alimi, mütəfəkkiri Şeyx İsa Qasım barədə Bəhreyn hökumətinin qərarı beynəlxalq insan haqlarına və qanunlara qarşı daban-dabana ziddiyyət təşkil edir. Bu rejim özünün zülm və istibdad keyfiyyətlərindən irəli gələn təhlükəsini zərərsizləşdirmək üçün ən son addımlara əl ataraq, görkəmli İslam alimi Şeyx İsa Qasımı vətəndaşlıqdan çıxarıb.

AİP, Bəhreyn rejiminin Şeyx İsa Qasımın vətəndaşlıqdan çıxarılması barədə verdiyi qərarı zülm və istibdadın nəticəsi kimi görür. Bu addımı ümumən İslama, İslam aliminə qarşı qeyri-qanuni və ədalətsizlik hesab edir. Biz insan haqlarının bu şəkildə açıq-aşkar tapdanmasına qarşı bütün beynəlxalq təşkilatları, insan haqq və hüquqlarını müdafiə edən institutları sərt mövqe sərgiləməyə çağırır, İslam dünyasını İslam aliminə qarşı haqsızlığa etiraza səsləyirik.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
  1923
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

Küfə Məscidi Ərbəin ziyarəti qabağı
Yevda Abramovun dalıyca Ağacan Əbiyev: “İslam dini yaranandan indiyədək nəyə nail ...
Əfqanıstan dövləti Mirzavələng məntəqəsin azad etdi, Şiələrə aid kütləvi məzarlıq ...
İmam Xamenei: İngils "şiə"liyi və amerikan "sünni"liyi qayçının iki ...
İŞİD Suriyalı Gənci '' Çarmıxa '' Çəkdi
ALLAH YOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR
26 Noyabr Qanlı Nardaran olaylarına adiyatı olmayan 12 nəfərdən xəbər var
Nigeriya ordusu Ərbəin mərasiminə hücuma hazırlaşır.
VERGİLƏRİN YÜNGÜLLƏŞDİRİLMƏSİ
BƏŞƏRİYYƏTİN XİLASKARI

 
user comment