Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İmam Xameneinin İslam Şurası Məclisinin onuncu dövrünün açılması mərasiminə müraciəti

A- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri İslam Şurası Məclisinin onuncu dövrünün açılması münasibətilə verdikləri müraciətdə müqavimət iqtisadiyyatı və islami mədəniyyəti İslam Şurası Məclisinin iki təcili prioriteti adlandırıblar.
İmam Xameneinin İslam Şurası Məclisinin onuncu dövrünün açılması mərasiminə müraciəti

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslam İnqilabının Böyük Rəhbəri İslam Şurası Məclisinin onuncu dövrünün açılması münasibətilə verdikləri müraciətdə müqavimət iqtisadiyyatı və islami mədəniyyəti İslam Şurası Məclisinin iki təcili prioriteti adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İslam Şurası Məclisinin onuncu dövrünün açılması münasibətilə verdikləri müraciətdə xalqın qanunvericilik məclisinin seçilməsindəki qəhrəmancasına iştirakına görə təşəkkür edərək, İslam Şurası Məclisinin üzvlərini islami mədəniyyətin genişlənməsi və dərinləşməsi, habelə müqavimət iqtisadiyyatının reallaşmasına lazım olan məsələləri izləməyə, eləcə də cinah məsələləri ilə məşğul olmaqdan və şəxsi niyyətləri ümumi maraqlara qalib etməkdən çəkinməyi tövsiyə ediblər.

O həzrət məclisin yeni dövrünün üzvlərinə xitabən vurğulayıblar: Sizin inqilabi və qanuni vəzifəniz budur ki, məclisi dünyanın zalım qüvvələrinin həyasızcasına artıqtamahlığı və hiyləsi qarşısında möhkəm səngər və mömin və inqilabçı xalqın parlaq istinadgahı edəsiniz.

İslam İnqilabının Böyük Rəhbəri bu müraciətdə belə qeyd ediblər: İran xalqı qanunvericilik məclisinin çox əhəmiyyətli seçkilərində maksimum iştirakla özünün İslam Respublikası quruluşu ilə uzun keçmişli beyətini bir daha təkrar etdi və bu açıq dillə bədxahlara cavab verdi.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin vurğulayıblar: Region və dünyanın tufanlı şəraiti və hegemonçuların və onların tabeliyində olanların beynəlxalq avantüraları İslami İranı keçmişdəkindən daha mürəkkəb vəziyyətlə üz-üzə qoyubdur.

O həzrət İranın bu şəraitlə üzləşmək üzrə qüdrətinin bütün məsul şəxslər tərəfindən təşəbbüsü ələ almağa, həmçinin sayıqlıq və əzmkarlığa ehtiyaclı olduğunu vurğulayıblar.

Həzrət Ayətullahuluzma Xamenei bütün qəti zərurətləri ilə müqavimət iqtisadiyyatının həyata keçirilməsi vacibiliyini, eləcə də islami mədəniyyətin genişləndirilməsi və dərinləşdirilməsi üzrə ciddi-cəhdi vurğulayaraq, deyiblər: Ölkənin toxunulmazlığı, təhlükəsizliyin möhkəmliyi və milli iqtidar ilə bağlı müxtəlif sahələrdə digər mühüm üstünlüklər mövcuddur ki, ölkənin inkişafı, istiqlaliyyəti və ictimai ədalətin bərqərar edilməsinə zəmanət verir və bu üstün cəhətlərin tanınması məclis üzvlərinin vəzifələrindəndir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...
Yəhudilər “Azan səsindn narahatıq” deyib Məscidlərin səsucaldanlarını ...
BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi
Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...

 
user comment