Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

ABNA, Kərbəla həqiqətlərinin carçısı həzrəti Zeynəbin (s) vəfatı münasibətilə təsliyyət ərz edir

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 15-i, həzrəti Zeynəbin (s.ə) vəfat günüdür. Bu münasibətlə ABNA saytının redaksiya heyəti İmam Zaman həzrətləri başda olmaqla, onun haqq naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə və b
ABNA, Kərbəla həqiqətlərinin carçısı həzrəti Zeynəbin (s) vəfatı münasibətilə təsliyyət ərz edir

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 15-i, həzrəti Zeynəbin (s.ə) vəfat günüdür. Bu münasibətlə ABNA saytının redaksiya heyəti İmam Zaman həzrətləri başda olmaqla, onun haqq naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə və bütün dünya məzlumlarına baş sağlığı verir.

Həzrəti Zeynəbin Həyatına Qısa Baxış

Xanım Zeynəb (səlamullahi əleyha) hicrətin 6-cı ilində dünyaya gəlib və onun ilk beş ilində böyük babası Əziz İslam Peyğəmbəri ilə (səlləllahu əleyhi və alih) eyni zamanda yaşayıb və hicrətin 62-ci ilində dünyadan köçüb.

Tarixi faktlara əsasən, həzrəti Zeynəb (səlamullahi əleyha) dünyaya gələrkən böyük babası həzrəti Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər döyüşdə imiş və məhz buna görə həzrəti Əli (əleyhi səlam) onun adını qoymur və Peyğəmbəri (səlləllahu əleyhi və alih) gözləyir. Peyğəmbər (səlləllahu əleyhi və alih) döyüşdən qayıtdıqdan sonra Zeynəbi öpüb qucaqlayır, onu atasına bənzədir və onu “Zeynəb”, yəni "atasının bəzəyi və zinəti" adlandırır.

Həzrəti Zeynəb (səlamullahi əleyha) qardaşı İmam Hüseynlə (əleyhi səlam) birlikdə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin (əleyhi səlam) Şəhid edilməyindən sonra Şama əsir aparılan xanım Zeynəb (səlamullahi əleyha) qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca xalqa çatdırıb. Məhz buna görədir ki, həzrəti Zeynəb (səlamullahi əleyha) İmam Hüseyn (əleyhi səlam) İnqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir.

Xanım Zeynəbin (səlamullahi əleyha) məqbərəsi Dəməşqdə yerləşir. Suriyada təkfirçi və radikal qruplaşmaların təcüvüzü nəticəsində bu müqəddəs məkan dəfələrlə dağıntılara məruz qalıb. Görünür, elə 14 əsr əvvəl Kərbəla faciəsində Yezid və əlaltıları vasitəsilə Əhli-beytə qarşı aparılan vəhşi siyasət indi də yezidin varislərinin əli ilə həyata keçirilir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment