Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Yaxın zamanlarda İlqar Məmmədov və Mövsüm Səmədov azad edilə bilər

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Millət vəkili Siyavuş Novruzov yerli mətbuata verdiyi müsahibələrindən birində 28 May Respublika Günü münasibəti ilə növbəti əfv fərmanının imzalanacağının gözlənilən olduğunu deyib. Deputat həmçinin həbsdə olan digər siyasi məhbusların da azadlığa buraxılma ehtimalının böyük olduğunu açıqlayıb.
Yaxın zamanlarda İlqar Məmmədov və Mövsüm Səmədov azad edilə bilər

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Millət vəkili Siyavuş Novruzov yerli mətbuata verdiyi müsahibələrindən birində 28 May Respublika Günü münasibəti ilə növbəti əfv fərmanının imzalanacağının gözlənilən olduğunu deyib. Deputat həmçinin həbsdə olan digər siyasi məhbusların da azadlığa buraxılma ehtimalının böyük olduğunu açıqlayıb.

Bəs görəsən 28 may respublika günü ilə əlaqədar əfvin imzalanması nə dərəcədə realdır?. Həbsdəki digər siyasi məhbuslar azadlığa buraxıla bilərmi?

İslaminSesi mövzunu hüquq müdafiəçisi Arzu Abdullayeva ilə müzakirə edib. Hüquq müdafiəçisi bildirib ki, prezidentin ABŞ-dan geri dönməsini gözləyirlər:

“Hüquq müdafiəçiləri növbəti əfv fərmanının 28 may respublika günündə deyil, 10 mayda imzalanacağını proqnozlaşdırırlar. Ancaq həbsdəki digər siyasi məhbusların azadlığa buraxılacağı ehtimalı çox böyükdür”.

Arzu Abdullayevanın sözlərinə görə, növbəti əfvlə islamçı məhbusların da azadlığa buraxılacağı gözlənilir: “Demək olmaz ki bütün siyasi məhbuslar əfv olunacaqlar. Lakin xüsusilə vicdan məhbusu kimi tanınan şəxslərin ilk olaraq həbsdən buraxılma ehtimalı çox böyükdür. Azərbaycan hakimiyyətində belə bir xüsusiyyət formalaşıb. Bir çox siyasi məhbuslar azadlığa buraxılsa da, digərləri həbsdə saxlanılır. Bu addım həmin məhbusların hökumətdən əfv istəməsi məqsədi ilə atılır”.

Hüquq müdafiəçisi qeyd edib ki, siyasi məhbus İlqar Məmmədov barəsində Avropa Məhkəməsinin qərarı var və o mütləq azadlığa buraxılmalıdır: “Mövsüm Səmədov və digər islamçı siyasi məhbusların da azadlığa çıxmasını istəyirik və bunun üçün çalışırıq. Çünki bu insanların günahları sübuta yetirilməyib. Ona görə də böyük ehtimallar var ki, bu insanlar da növbəti əfv fərmanı ilə azadlığa çıxsınlar”.

 


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏXLAQIN TƏRİFİ VƏ ƏHƏMİYYƏTİ -1
Xalq inqilablarında insanlar Əqsa məscidini himayə etmək üçün də ...
Misirdə keçirilən Beynəlxalq Quran müsabiqəsində 99 ölkədən nümayəndələr ...
Ustad Füruği: Rəcəb, tövhid nalələri ayıdır
Yəmən : “ Sənada ” İngiltərə səfirliyinin yaxınlığında partlayış aktı ...
Fransa məscidlərinin İmam camaatlarının milli qurultayı keçirildi
Müsabiqənin son mərhələsində müsabiqə iştirakçılarının tərkibi münsiflər ...
Fransanın müxtəlif şəhərlərində Qurban bayramı namazı qılınacaq
Britaniyalı şiələr ərbəində əzadarlıq məclisləri təşkil edəcək
İran Televiziyasının rəsmi nümayəndəsi Bakıya buraxılmayıb

 
user comment