Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Möminlərin bir-biri ilə rabitəsi necə olmalıdır?

- Xəbər Agentliyi- Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə əsasən, möminlərin bir-biri ilə rabitəsinin üsulu Qurani-Kərimdə və Məsumlardan (ə) gələn hədislərdə bəyan olunmuşdur. Onlardan bir neçəsinə işarə edək: 1 - Dostcasına: Qurani-Kərim buyurur ki, möminlərin bir-biri ilə rabitəsi dostcasına və vilayətcəsinə olmalıdır. Vilayət - iki şeyin bir-birinə yaxın olmasıdır, daha çox dostluq, rəhbərlik, ixtiyar sahibi olmaq mənasındadır
Möminlərin bir-biri ilə rabitəsi necə olmalıdır?

Xəbər Agentliyi- Ustad Hüseyn Ənsarianın dəyərli nəzərlərinə əsasən, möminlərin bir-biri ilə rabitəsinin üsulu Qurani-Kərimdə və Məsumlardan (ə) gələn hədislərdə bəyan olunmuşdur. Onlardan bir neçəsinə işarə edək:

1 - Dostcasına: Qurani-Kərim buyurur ki, möminlərin bir-biri ilə rabitəsi dostcasına və vilayətcəsinə olmalıdır. Vilayət - iki şeyin bir-birinə yaxın olmasıdır, daha çox dostluq, rəhbərlik, ixtiyar sahibi olmaq mənasındadır, köməkçi mənasındadır. Ona görə də gərək mömin kişi və qadınlar bir tərəfdən bir-birinin yardımçısı olmalı, başqa tərəfdən də bir-birinin üzərində vilayətləri olmalıdırlar və bir-birinin bəzi işlərinə dəxalət edə bilərlər. Çünki bu cür vilayəti Allah onlara vermişdir və bir-birinin haram və ləyaqətsiz əməllərinə, dini, əxlaqi və ictimai vəzifələrini tərk etməyə görə haqları vardır ki, məsuliyyət hiss etsinlər, əmr-be-məruf və nəhy-əz-munkər etsinlər.

2 - Qardaşcasına: Quran möminləri bir-biri üçün qardaş adlandırmışdır, ona görə də onlar təkcə bir-birinin qəm və şadlıqlarına şərik olmaqla yanaşı, eyni zamanda həqiqi qardaşları üzərində olan hüquqlara da malikdirlər. Ona görə də bir-birini məsxərəyə qoymaqdan, pis ləqəb qoymaqdan və bir-birinə çirkin adlar qoymaqdan, qeybətdən, töhmətdən, xəyanətdən uzaq olmalıdırlar.

Dostluq və qardaşlıq münasibətləri, möminlərin bir-birinə qarşı məsuliyyətlərinin olmasına səbəb olur, o cümlədən:

  • Əgər möminlərin arasında münaqişə yaranarsa, başqaları sakit oturmasınlar, tamaşaçı olmasınlar. Əksinə çalışmalıdırlar ki, onların arasında sülh bərqərar olsun. 

 

  • Səfər zamanı bir-birinin vəziyyətindən məktub vasitəsilə xəbərdar olsunlar. Gələn zaman bir-biri ilə görüşsünlər. 

 

  • Narahatlıq, çətinliyə düşəndə, müsibətdə birlikdə çalışmalıdırlar. İmam Sadiq (ə) möminlərin birlikdə çalışmaqları haqda buyurur: “Hər kəs ki, öz dini qardaşı üçün baş verən müsibətə və çətinliyə görə şad olsa, dünyadan o zamana qədər getməz ki, Allah da onu bu müsibətə düçar edər”. 

 

  • Bir-birinə qarşı əmin olsunlar və əmanəti sahibinə versinlər. 

 

  • O zaman ki, mömin qardaşı xəstələndi, onu ziyarət etsinlər. 

 

  • Hər nə ki, özü çox istəyir, özü üçün yaxşı şey sayır, din qardaşı üçün də yaxşı hesab etməlidir. 

 

  • O zaman ki, məhkəmədə və ya başqa yerdə onun şəhadətinə ehtiyac olsa, bunu etsin, şəhadət zamanı da haqqı söyləsin. 

 

  • O zaman ki, dindaşı dünyadan getdi - cənazə, kəfən və dəfn mərasimlərində iştirak etsin. 

 

  • O zaman ki, mömin qardaşı məclisə daxil oldu, oturanlar gərək ona yer versinlər. 

 

  • Möminlər gərək bir-birini böyük qiymətləndirsinlər, əziz tutsunlar və gülərüzlə qarşılaşsınlar. Bir-birinə salam versinlər. Əl verib tutuşsunlar, əgər səfərdən gəliblərsə, əl tutmaqdan başqa qucaqlaşsınlar. 

 

  • Mömin gərək möminin sirrini saxlaya bilsin. Onların sirlərini açmaqdan, xətalarını və eyblərini ifşa etməkdən çəkinməlidirlər və onların səhvlərinə görə istədikləri üzrləri qəbul etməlidirlər və onları bağışlamalıdırlar. 

 

  • Onları danlamaqdan uzaq olsunlar, Peyğəmbər (s) buyurur: “Hər kim mömini danlaya, o zamana qədər dünyadan getməz ki, başqalarını danladığı o əmələ, xətaya və ya bəlaya düçar olmasın”. İmam Sadiq (ə) buyurur: “Hər kim mömini danlayar və məzəmmət edər, Allah onu dünya və axirətdə danlayacaqdır”. 

 

  • Əhd və peymanına qarşı sadiq və vəfalı olmalıdır. 

 

  • Möminlər başqa möminlərlə rəftarda gərək təvazökar və səbirli olsunlar, onları öz dostları hesab etsinlər, kafir və qeyri-möminləri öz həqiqi dostları kimi qəbul etməsinlər. 

 

  • Hansı ləqəbi və ya adı sevir, onunla çağırmalıdırlar. 

 

  • Allaha iman, cihad, din və dindarlıq xidmətlərində başqalarından irəlidə gedənlərə duaçı olmalıdırlar. 

 

Qurani-Kərim mühacir və ənsarlardan sonra gələn müsəlmanlara müraciət edir: “Onlar Allaha dualarında deyirlər: Pərvərdigara! Bizi və imanda bizdən irəlidə olan qardaşlarımızı bağışla və qəlbimizdə möminlərə qarşı kin və həsədi qərar vermə. Pərvərdigara! Sən rəhimli və mehribansan! “

Hər kəs ki, yaxşılıq istəyir, təkcə özü üçün istəməsin, bütün səyləri cəm üçün olsun. Əgər hər cür kin, düşmənçilik, paxıllıq, həsəd insanların qəlbindən silinsə, bu əsl İslam cəmiyyəti olar.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misirdə keçirilən Beynəlxalq Quran müsabiqəsində 99 ölkədən nümayəndələr ...
Ustad Füruği: Rəcəb, tövhid nalələri ayıdır
Yəmən : “ Sənada ” İngiltərə səfirliyinin yaxınlığında partlayış aktı ...
Fransa məscidlərinin İmam camaatlarının milli qurultayı keçirildi
Müsabiqənin son mərhələsində müsabiqə iştirakçılarının tərkibi münsiflər ...
Fransanın müxtəlif şəhərlərində Qurban bayramı namazı qılınacaq
Britaniyalı şiələr ərbəində əzadarlıq məclisləri təşkil edəcək
İran Televiziyasının rəsmi nümayəndəsi Bakıya buraxılmayıb
İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri arasında ...
Yəmənlilər Ayətullah Nimrin edamına etiraz olaraq Səudiyyənin səfirliyi önünə ...

 
user comment