Azəri
Friday 19th of April 2024
0
نفر 0

Şəxs və cəmiyyət

Bütün bunları yazmaq bir il bundan əvvələ kimi mənə çox ağır gəlirdi. Amma indi bir az öyrəşməklik, bir az laqeydlik, bir az soyuqluq imkan verir ki, mən, öz hisslərimə, yaşadıqlarıma dönüş edim, onlara şəxsimdən kənar baxa bilim. Artıq bunu nə qədər bacara
Şəxs və cəmiyyət

Bütün bunları yazmaq bir il bundan əvvələ kimi mənə çox ağır gəlirdi. Amma indi bir az öyrəşməklik, bir az laqeydlik, bir az soyuqluq imkan verir ki, mən, öz hisslərimə, yaşadıqlarıma dönüş edim, onlara şəxsimdən kənar baxa bilim. Artıq bunu nə qədər bacara bilərəmsə...

Problemi, insanı, onun şəxsən yaşadıqları və onun cəmiyyət qarşısında məsuliyyəti kimi ümumiləşdirmək olar.

Əsgərlikdə olanda anam xərçəng xəstəliyinə tutuldu. Əsgərlik bitdi, həyatımın uzun bir ağrısı başladı. Anama baxmaq, onun qayğısını çəkmək, xəstəxanalara getmək...Həmin o ağrı, mənə indi son dərәcə ağır gələn ağ kordirorları, ağ xalatlıları görmək, dərmanlar, kimya terapiya kimi iyrənc prosedur, ondan sonra zəifləyən əziz insanın ağrılarını görmək və bir də daima qan vurulması. Şəxsən bu prosesi görə bilən insanlar, mənim nə dediyimi çox yaxşı anlayacaq.

Özümü anlamağa başlayandan, ətrafımda baş verən iyrənclikləri heç zaman həzm edə bilməmişəm. Birbaşa və ya dolayı olsun, hər zaman çirklənməkdən yan qaçmışam, bacardığım qədər özümü müdafiə etmişəm. Bizim indiki siyasi hakimiyyətin yaratdığı iqtisadi-sosial-siyasi-mədəni mühit elədir ki, ona qarşı passiv də olsa, etiraz etməmək mənim üçün əxlaqsızlıq kimi bir şeydir.

Özüm-özümü bu ucqar nöqtəyə qoymamışam, istəyərək olmayıb bu. Ətrafımızda yaranmış indiki reallığı qısa təsvir etməli olsaq, qütbləşmənin dərinləşdiyi cəmiyyəti belə kəskin, bir-birinə düşmən mövqeyə gətirən insanlar qrupunun yaranmasına səbəb, indiki siyasi hakimiyyətin birbaşa günahıdır. Bizim cəmiyyətdə insanların vicdanı çox, amma çox ağır sınaqlarla test edilir. Hökümətin böyük, azman, vəhşi labaratoriyasında insanları, onların şəxsiyyətini, vicdanını ləkələmək üçün minlərlə üsullar fikirləşilir, tətbiq olunur.

Çox az adam bu testlərdən sağ-salamat çıxır. Bütün bunlar azmış kimi, adına tale dedikləri o lənətli qüvvə, bu insanları çox zaman ağır dilemma ilə də qarşı-qarşıya qoyur. Onlar hardasa, nəyəsə və kiməsə görə susurlar. Məsələn, müəyyən hadisə baş verir, deyək ki, hakimiyyətə qulluq edən – bunu dövlətin müəyyən orqanlarında xidmət edənlər kimi yox, hakimiyyətin şəninə hər yerdə təriflər yağdıranlar kimi başa düşün - biri nəsə edir. Bu zaman cəmiyyət ortada olan, mövcud reallığa qarşı gələn, siyasi hakimiyyəti tənqid edən insanlardan bu şəxsə, onun dedikləri və ya etdikləri ilə bağlı münasibət öyrənmək istəyir. Adına ictimai basqı dediyimiz bu münasibətin öyrənilməsinin şərtləndiyi reallıq budur ki, “sən birmənalı olaraq həmin adamı və onun addımlarını pisləməlisən”, əgər bunu etməsən, sən də demək ki, satqınsan, şərin yanındasan və ya yumşaq desək, öz vicdanını satmısan.

İctimai müzakirə platformalarının dəhşət azlığı, adamda elə tәəssürat yarada bilər ki, bu basqı ya əslində yoxdur, ya da çox zəifdir. Amma əslindә, onun azlığı, elə “məhz münasibət bildirməli olan şəxsin” ən böyük ağrısına çevrilə bilir. Həmin adam bu sancını bütün iliklərinə kimi hiss edir. Bu dəhşətli bir durumdur. Cəmiyyət tələb edir. Qorxmaz və döyüşən insanlar isə susur. Heç kim buna anlam verə bilmir.

Günel Mövludun şair Aqşinlə bağlı yazdığı yazı, bu gizli saxlanılan, zaman-zaman üzə çıxan dilemmanı yenə gündəmə gətirdi.

Anama daima qan lazım olurdu, bunun üçün biz tanış-bilişə müraciət edir, qan verilməsini xahiş edirdik. Bir gün siyasi hakimiyyətin yanında əyləşmiş bir adamın etdikləri ilə bağlı yayılan məlumatı sosial şəbəkədə paylaşıb, haqqında hamımızın etdiyi tənqidləri sıraladım. Acığa düşdüyümdən lağ-lağı etdim. Bir az keçmiş, yaxın qohumum yazdı ki, bəs, həmin adam anama qan vermək üçün 27 nəfər adamı xəstəxanaya gətirib. Onların çoxusu qan donorluğu edərək, anamın gələcəkdə qan donorluğundan əziyyət çəkməməsi üçün bir xeyli ehtiyat yaradıb. Mənim bundan xəbərim yox idi.

Bilirsiz, bu həyatımda qarşılaşdığım ən dəhşətli an idi. Günü bu günə kimi bunu xatırlayır, onun ağrısı ilə qıvrılıram. Dərin bir boşluğa düşdüm. Bu problemdən ürək rahatlğı, ağıl sakitliyi ilə çıxmağın yollarını aradım. Aradıqca anlayırdım ki, etdiklərim yalnız bəhanələrimə rasionallıq donu geyindirməkdir. İkili bir durumla üzbəüz idim. O adama onun etdikləri haqqında daha heç nə deyə bilməyəcəkdim, o, məni amansız bir sınaqla üzbəüz qoydu.

Məsələ burasındadır ki, onun şəxsiyyətini sistem çərçivəsinə salıb, tənqid edə bilərdim. Amma mənim üçün sistem, həm də onu təmsil edənlərin sifətidir və bu sifət nə qədər xoşuma gəlməsә də, çox sevdiyim anamla, həyatımın böyük bir parçası ilə ağır sınağa çəkirdi. Həmin adamı sistemdən kənar tuta bilməzdim, amma eyni anda da, onun anama qarşı etdiyi tamamilə qeyri-maddi, insani yardıma da tüpürə bilməzdim.

Şair Aqşinin Kəmalədin Heydərovla bağlı dediklərini, onun bunu deməsi ilə bağlı yazılan yazı, status, müsahibələri oxudum. Biz, şairə onun şairliyinin gətirdiyi ictimai yük pəncərəsindən baxıb, ona “onun daşıya bilməyəcəyi yükü” yükləyirik. Biz, Azərbaycan reallığının qəddarlığı fonunda daha da qədarlaşır və düşünürük ki, “sistem bizə bulaşmaz”. Ola bilsin ki, kimlər üçünsə həqiqətin mütləq anlamı, vicdanın parlaq ağlığı bütün şəxsi olanlardan üstdə durmaqdır.

Öz şəxsim adıma deyim, bunu bacara bilmədim və bunun ağır vicdani yükünü indiyə kimi də daşıyıram. Aqşini qınaya bilmərəm, onun faciәsini anlayıram. Biz, heç də hamımız Aqşin kimi ölümlə sözün həqiqi mənasında üzbəüz gəlməmişik. Düşünürəm ki, onunla üzbəüz gəlməyən insanlar üçün şairi mühakimə etmək çox asandır. Axı, həm də, biz, o şairin əlimizdən sürüşüb getməməsi, dərin yoxluq quyusuna düşməməsi, şərin şirin boynunu qucaqlamaması üçün tükümüzü də tərpətməmişik.

Ürəyimin lap dərinliyində hərdən boy göstərən bu inam var ki, şairlərin saraya üz tutmasını şairlər özləri heç zaman istəmir. Onları buna məcbur edən, həm də və daha da çox, cəmiyyətin şairinə, dəyərli insanına o yaşadığı anda sahib çıxmaması, onun dəyərini zamanında anlaya bilməməsi olur. Sonradan ona bəh-bəhlə heykəllər qoyulması, əsərlərinin oxunması, böyük ustad adının verilməsini cəmiyyətin dəhşət yaddaşsızlığına, laqeydliyinə, kütlüyünə və də ikiüzlülüyünə bağlayıram.

Biz, toplum olaraq, çox az dəyərli insana sahib çıxmışıq. Araşdırsan, heç bəlkə də, ümumiyyətlə, sahib çıxmamışıq. Yazıçılarımızın, şairlərimizin öz kitablarını əllərində daşıyıb, onları insanlara verməsi, məncə, hamımızı çox inictməlidir. Bu kədərlidir. Etiraf edirik, ayaqda qalanların çoxusu yalnız və yalnız şəxsi qəhramanlıqlarının hesabına durub.

Albert Kamyu “Hə ilə Yox Arasında" adlı hekayəsində deyir: “Bəli, hər şey olduqca sadədir. İnsanlar hər şeyi özləri mürəkkəbləşdirirlər. Qoy, bizə nağıl danışmasınlar. Qoy, edam hökmünə məhkum olmuşu mühakimə etməsinlər. “O, cəmiyyət qarşısında borcunu ödəyəcək” əvəzindә, sadəcə, “Onun başını kəsəcəklər” söyləsinlər. Sizə bunlar boş görünə bilər. Amma bunlar tam fərqli yanaşmalardır. Bir də ki, taleyinin gözünə dik baxmağa üstünlük verən insanlar var bu dünyada.”

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...

Emin Aslan

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Xəbər yalan imiş
ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək
Böhran Fransanı da çökdürür
İslam və çörək - ürəyi qoruyur, xərçəngin qarşısını alır
Məşhəd, İmam Rzanın (ə) ziyarət olunması təkid olunan gün

 
user comment