Azəri
Friday 19th of April 2024
0
نفر 0

Peyğəmbərin (s) cənnəti

O gecə kainat təşviş içində idi. Əlinin (ə) evində, ömrünün hər bir anı Peyğəmbərin (s) rahatlığı olan bir şəxs ölüm yatağında idi. Elə bir şəxs ki, Peyğəmbər (s) hər vaxr cənnətin iyini duymaq istəsəydi onu iyləyərdi. Çünki o "atasının anası" - Peyğəmbərin (s) hər şeyi idi. Müharibəyə gedəndə vidalaşdığı sonuncu şəxs o olardı. Qayıdan zaman əzəb-əziyyətlərdən yorğun, yaralı və kədərli halda ilk olaraq onun sorağına gedərdi. Ona görə ki, onun üçün Fatimənin (ə.s
Peyğəmbərin (s) cənnəti

O gecə kainat təşviş içində idi. Əlinin (ə) evində, ömrünün hər bir anı Peyğəmbərin (s) rahatlığı olan bir şəxs ölüm yatağında idi.
Elə bir şəxs ki, Peyğəmbər (s) hər vaxr cənnətin iyini duymaq istəsəydi onu  iyləyərdi. Çünki o "atasının anası" - Peyğəmbərin (s) hər şeyi idi.
Müharibəyə gedəndə vidalaşdığı sonuncu şəxs o olardı. Qayıdan zaman əzəb-əziyyətlərdən yorğun, yaralı və kədərli halda ilk olaraq onun sorağına gedərdi. Ona görə ki, onun üçün Fatimənin (ə.s) salamı aramlıq zümüməsi olardı.
Əlinin (ə) evində elə bir çıraq söndü ki, Peyğəmbər (s) Məkkənin hər bir küçəsində  cahiliyyət dövrünün ağırlığını çiynində çəkir, onun əllərini öpür və diri-diri torpağa basdırılmış qızların sədasını onun qularlarına zümzümə edirdi.
Ey qadınlar aləminin Seyidəsi! Sən torpağa basdırılmış qadını oradan çıxardacaq və cahiliyyətdən xilas edəcəksən!
O gecə,  Quranın məzhəri Əlinin (ə) evində "Kövsər", "iman", "Peyğəmbərin (s) canının bir parçası" yaralanmış sinəsi ilə "Ya Məhəmməd" fəryadını əshabın qulağına çatırırdı –
-Fatimə mənim canımın bir parçasıdır!
-Gözümün nurudur!
-Hər kəs onu incitsə məni incidib, hər kəs onu qəzəbləndirsə məni qəzəbləndirib!
-Onun sevinci mənim sevincim, kədəri mənim kədəridir!


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment