Azəri
Friday 29th of March 2024
0
نفر 0

MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ MƏDƏNİYYƏTŞÜNASLIQ VƏ ONUN BİR ELM KİMİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ Mədəniyyətin ümumbəşəri məna və məzmununu tədqiq edən,onun cəmiyyətin bütün sahələrində yerini və rolunu göstərən mədəniyyətşünaslıq ifadəsi “kulturologiya” sözünün tərcüm
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
MƏDƏNİYYƏTŞÜNASLIQ VƏ ONUN BİR ELM KİMİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ Mədəniyyətin ümumbəşəri məna və məzmununu tədqiq edən,onun cəmiyyətin bütün sahələrində yerini və rolunu göstərən mədəniyyətşünaslıq ifadəsi “kulturologiya” sözünün tərcüməsidir. Latınca “culture”, yunanca “logos” (təlim, elm) sözlərinin birləşməsindən yaranan “Mədəniyyətşünaslıq” termini “mədəniyyət haqqında elm” mənasını ifadə edir. Elmi və publisistik ədəbiyyatda “mədəniyyət” termininin ilk dəfə kim tərəfindən işlənməsinə dair müxtəlif fikirlər vardır. Lakin “Kultur” termininin ilk dəfə Qədim Romada işlənməsi həqiqətdir. Belə ki, bu mənada qeyd etdiyimiz termin Roma siyasətçiləri və filosoflarından əvvəlcə Katon, sonralar isə Mark Tullis Sisseron (e.ə.3.1.106 Arpinum - e.ə. 7.12.43. Kayeta yaxınlığında, indiki Qasta) tərəfindən işlənmişdir, Maraqlıdır ki, M.T.Sisseron özünün 58 məhkəmə və siyasi nitqində ritorikaya, fəlsəfəyə, siyasətə aid 19 traktatında, o cümlədən, 800 məktubunda bu termindən dəfələrlə istifadə etmişdir. Avropada “mədəniyyət” termini bəşər tarixinin keçdiyi üç dövrün - vəhşilik, barbarlıq, sivilizasiya - üçüncü mərhələsini bildirmək üçün qəbul olunmuşdur və onu bu mənada ilk dəfə 1767-ci ildə Şotland filosofu A.Fergüson işlətmişdir. Sonralar görkəmli Amerika etnoqrafı, arxeoloqu, ibtidai icma cəmiyyəti üzrə tarixçi Lüis Henri Morqan (21.11.1818. Orora, Nyu-York, -17.12.1881. Roçester, Nyu-York) bu bölgünü daha da əsaslandırmışdır.
İslam Şərqində “mədəni” termini ərəblərdən alınmış və aşağıdakı mənaları ifadə etmişdir: l. şəhərli, qəsəbəli 2. oturaq, yəni, köçəri olmayan 3. mədəniyyətin yüksək səviyyəsində olan; elmli, oxumuş, 4. mədəniyyətə mənsub olan.
Müxtəlif dövrlərdə yuxarıda qeyd etdiyimiz alim və mütəfəkkirlər tərəfindən işlənməsinə baxmayaraq bu termin keçən əsrin əvvəllərində Amerika alimi Lesli Uayt (1900-1975) tərəfindən elm kimi tədqiq olunmağa başlanmışdır. Öz təlimini “kulturologiya” adlandıran alim bildirdi ki, bu termin həm insan cəmiyyətini, həm də onun mədəniyyətini əks etdirir. Deməli, “Mədəniyyətşünaslığ”ın predmetini mədəniyyət, cəmiyyətdə onun yeri və rolu, inkişaf istiqamətləri, hansı səviyyələrdə mövcudluğu və s. təşkil edir. Bəşər tarixində elə bir dövr olmamışdır ki, mədəniyyət məsələləri orada öz əksini tapmasın. Çünki, mədəniyyət kainatda insanın yaranması ilə bir zamanda meydana gəlmişdir. İbtidai insanın hər hansı yeni bir xüsusiyyət qazanması mədəniyyətə doğru irəliləyiş olmuşdur. Dəyişən hər bir əsr insanların şüur və fəaliyyətində dəyişikliklər yaratdıqca onların maddi həyat tərzi də dəyişmiş, dünyagörüşləri, həyata baxışları dövrün tələbinə uyğun şəkildə inkişaf etmişdir. Söz yox ki, insanların tarixi inkişafı ilə cəmiyyətdə yaranan dəyişikliklər mədəniyyətdə də öz ifadəsini tapmışdır. Hər bir tarixi dövr, cəmiyyətin hər bir özünəməxsus forması bu mənada özgün mədəniyyətə malik olmuşdur. Marksizmə görə mədəniyyət ibtidai icma quruluşunun dağılması, sinifli cəmiyyətin və xüsusi mülkiyyətin təşəkkül tapması ilə meydana çıxmışdır. F.Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” əsərində mədəniyyəti cəmiyyətin xüsusi inkişaf mərhələsi kimi göstərmişdir. Mədəniyyətin bir çox formaları vardır: bədii mədəniyyət, əxlaq mədəniyyəti, hüquq mədəniyyəti, istehsal mədəniyyəti, xidmət mədəniyyəti, siyasi mədəniyyət, nitq mədə9 nivyəti və s. Eyni zamanda bu formaların hər birinin oxşar və fərqli cəhətləri vardır. Oxşar cəhət ondan ibarətdir ki, hər hansı forma insane fəaliyyəti ilə şərtlənir. Fərqli cəhət isə bu formaların hər birinin özgün məzmununda ifadə olunur. Mədəniyyətin aşağıdakı inkişaf mərhələləri vardır; a) Qədim Şərq mədəniyyəti; b) Antik mədəniyyət; v) Orta əsrlər mədəniyyəti; q) İntibah dövrünün mədəniyyəti; d) Yeni dövr (burjua) mədəniyyəti; e) Sosialist mədəniyyəti; ə) Müstəqillik dövrünün mədəniyyəti.
Məqsədindən və yerinə yetirdiyi vəzifələrdən asılı olaraq mədəniyyətin bu növləri meydana çıxır; milli mədəniyyət, beynəlmiləl mədəniyyət, dini mədəniyyət, etnik mədəniyyət və s. Göründüyü kimi, mədəniyyət insanın yer üzərində mövcudluğunun bütün tərəflərini, onunla rəngarəng əlaqə və münasibətləri əhatə edən mürəkkəb və çoxsahəli bir fenomendir. Onun mahiyyət və mənasındakı qiymətli xüsusiyyətlərin ən əsasını belə aydınlaşdıra bilərik: mədəniyyət insanın bacarıq və əlaqələrinin, insan tərəfindən yaradılanların, insan əməyi və zəkasının nəticələrinin tam vəhdətinin zahiri əksini ifadə edən ictimai subyekt kimi insanın özünün fəaliyyətini müəyyənləşdirən tarixi inkişaf prosesidir. Deməli, mədəniyyətin əsas vəzifəsi insanın ictimai fəaliyyət subyekti kimi inkişafına əsaslanmaqla bərabər, bu inkişafı şərtləndirir. Mədəniyyətin obyektləri isə geniş mənada təbiət və cəmiyyətdir. Şərti və nisbi olaraq mədəniyyətin tam sisteminin strukturu iki sahəyə ayrılır: l. İnsanın təbiəti dəyişdirmək prosesində özünün dəyişməsi ilə əlaqədar olan maddi mədəniyyət; 2. İnsanın mənəvi aləminin və sosial varlığının dəyişməsi ilə əlaqədar olan mənəvi mədəniyyət.
Eyni zamanda bu sahələrin hər ikisi bir-biri ilə qarşılıqlı əlaqədədir, biri digərinin inkişafına imkan yaradır, kömək edir. İnsan ilkin olaraq əməyin təsiri ilə formalaşır, inkişaf edir. Maddi istehsalda əməyin “insandəyişdirici” mahiyyəti mədəniyyətin əsası kimi marksizm klassikləri tərəfindən əhatəli şəkildə əsaslandırılmışdır. “Marks mədəniyyət tarixində əməyin böyük əhəmiyyətini onun hər şeyə qalib gələn qüvvəsini bütün dünyaya göstərmişdir...” (M.Qorki). Mədəniyyətin yuxarıda qeyd etdiyimiz sahələrinin hər biri insanın ictimai varlıq kimi inkişafına özünəməxsus təsir göstərir. Yəni, insanın maddi-dəyişdirici fəaliyyətinin məqsədi, hər şeydən əvvəl, öz təlabatını ödəmək üçün lazım olan maddi nemətlər yaratmaqdır. Söz yox ki, bu fəaliyyət prosesində insanlar özləri də inkişaf edir, təcrübələri artır, bilikləri zənginləşir, müəyyən bacarıqları üzə çıxır. Mədəniyyətin spesifik xüsusiyyətləri aşağıdakılardır: l. Mədəniyyət formasına görə milli, məzmununa görə isə beynəlmiləl və ümumbəşəri xarakterə malikdir. Hər hansı bir mədəniyyət nümunəsi milli zəmində yaransa da, onun nəticəsi bəşəriyyətə məxsus olur. 2. Mədəniyyət humanist xarakterə malikdir. İnsan öz yaratdığından zövq alır. 3. Mədəniyyət varislik xüsusiyyətinə malikdir. Müasir nəsillər keçmiş nəsillərin təcrübəsindən faydalanaraq onu daha da inkişaf etdirirlər. 4. Mədəniyyət vahid və bölünməzdir, 5. Mədəniyyət mentalitet vasitəsilə gerçəkləşir və s. Cəmiyyətin mədəni inkişaf səviyyəsi həmin cəmiyyətdə yaradılan mədəni sərvətlərin həm həcmi, həm yayılma miqyası, həm də insanlar tərəfindən mənimsənilməsi ilə əlaqələndirilir. Mənəvi sərvətlərin yaradılması, yayılması və isti11 fadə olunması üsulları isə cəmiyyətin sosial-mədəni təşkilindən asılıdır. Mənəvi istehsalın məzmununun dəyişməsi özünü ilk növbədə mənəvi sərvətlərin yaradılması, mübadilə edilməsi, bölgüsü və istifadə üsullarının dəyişməsi və inkişafında nəzərə çarpdırır. Cəmiyyətin mədəni inkişafının tempi vüsəti və faydalılığı ona doğru istiqamətləndirilmiş insanların yaradıcı fəallığının dərəcəsindən, onların əhatə dairəsinin genişliyindən asılıdır. Elə buna görə də mədəni tərəqqinin əsas meyarlarından biri xalqın tarixi prosesdə şüurlu iştirak dərəcəsi, onun mənəvi fəaliyyətə cəlb olunma dairəsi ilə əlaqədardır.


source : alhassanain
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment