Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Həzrət (s), uşaq yaşlarında (Şeir)

Mühəmməd dünyaya gəlməmiş hələ Tarixi kitablar köstərir belə Onun mövludundan iki ay qabaq Atası əbdullah hazırlaşaraq Ticarətlə bağlı gedir səfərə Şam adında məşhur qədim şəhərə.
Həzrət (s), uşaq yaşlarında (Şeir)

Mühəmməd dünyaya gəlməmiş hələ
Tarixi kitablar köstərir belə
Onun mövludundan iki ay qabaq
Atası əbdullah hazırlaşaraq
Ticarətlə bağlı gedir səfərə
Şam adında məşhur qədim şəhərə.
Yükünü tutaraq qayıdan zaman
Yəsrib[14] şəhərində köçür dünyadan.
Nə əbdullah gördü əziz körpəsin
Nə də oğlu duydu ata nəfəsin.
Onun mövlud günü sübh vaxta düşdü
Sanki bir anlığa aləm dəyişdi.
Cahan birdən–birə nura bələndi
Bütlər parçalanıb yerə ələndi
Küfrün yer üzündə laxladı adı
Kəsranın[15] eyvanı çat–çat çatladı.
Söndü ibadətgah olan ocaqlar
Sava gölü batdı məhv oldu nə var.
Ağıllı kahinlər[16] xəbər verdilər:
– Haşimi nəslindən gəldi Peyğəmbər.
Allahın hökmünə boyun əyəcək
“La–ilahə–İlləllah” o deyəcək.
Münəccimlərdən də deyənlər oldu:
“Bu gecə əhmədin ulduzu doğdu”.
Bilmirəm o günü vəsf edim necə
Tarix görməmişdi belə bir gecə.
Buludlar çəkilib açdı göyləri
Ay da öz nuruyla bəzədi yeri.
O gecə islamın parladı taxtı
Məkkənin qütbündən ulduzlar axdı.
Əbdül Müttəlib də nəvəsi üçün
Ziyafət elədi düz yeddinci gün.
Qohumlar–yaxınlar sordular: – Nədən
Mühəmməd ismini verdin ona sən?
Bu adı nəslində yoxdur daşıyan:
– Röyada bunları gördüm bir zaman.
Belimdən bir böyük ağac göyərdi
Budaqları qərbə şərqə dəyirdi.
Bütün ölkələrə kölgəsi düşür
Get–gedə bu ağac daha böyüyür.
Hər yerdən axışıb insanlar gəlir
Ağaca sitayiş səcdə edilir.
Ayılıb özümü alanda ələ
Yuxumu yozanlar söylədi belə:
– Rəbbinə həmd–səna eyləsən əgər
Nəslindən dünyaya bir uşaq gələr
Allahın ən yaxın bəndəsi olar
Onun ətrafına hamı yığılar.
Odur ki adını qoydum Mühəmməd
Bu ad “bəyənilmiş” deməkdir əlbət.
Özüm görməsəm də edirəm güman
Bu əziz nəvəmi gələcək zaman
Göydə Haqq yerdə xalq çox sevəcəkdir
Onunla çoxları fəxr edəcəkdir.
Məkkə şəhərində bir qayda vardı
Çox zaman havası ağır olardı.
Körpə uşaqları şəhərdən kənar
Səfalı yerlərdə saxlayardılar.
Ərəb adətincə Mühəmməd üçün
Süd anası tapdı babası bir gün.
Həlimə adında qadına verdi
O da obasına aldı gətirdi.
Mühəmməd onlara gələndən bəri
Kasıb ailənin güldü üzləri
O evə qədəmin qoyandan Həzrət
Özüylə gətirdi xeyir bərəkət.
Uşaq da meylini saldı qadına
“Mənim anacığım” deyərdi ona.
Mühəmməd beş yaşda olduğu zaman
Yaşıdları ilə oynadığından
Badiyədən[17] kənar çıxırlar düzə
Qəfildən baş verdi belə möcüzə.
Cəbrail yanında bir neçə mələk
Həmin uşaqlara yaxın gələrək
Birincisi sordu: – Gör o hansıdır?
İkinci göstərib dedi:– Bax odur!
Cəbrail ahəstə: – Gətirin dedi.
Tarixdə olmayan hadisə idi.
Uşaqlardan kənar etsinlər deyə
Tədricən aldılar onu dövrəyə.
Cəbrail işarə verdiyi zaman
Mələklərin biri hiss olunmadan
Allahın əmriylə qəlbinə girir
Köksünü açaraq genişləndirir.[18]
Kindən vəsvəsədən qəlbini yuyur
Elm hikmət iman nuru doldurur
Sonra kürəyinin tən ortasından
Möhür irilikdə vurdular nişan.
Onun süd qardaşı bunu görərək
Bir baş evə qaçdı divanələrtək.
Ata–anasına çatdırdı xəbər
Onlar da bu işdən heyrətləndilər.
Eşitdiklərindən qorxuya düşən
Həlimə həyəcan içində ikən.
Onda görünəndə qeyri–adi hal
Uşağı Məkkəyə gətirdi dərhal.
Baba nəvəsini alıb sevindi.
Həlimə bəxşişlə evinə döndü.
Həzrət altı yaşa çatdığı zaman
Anası Aminə köçdü dünyadan
İki il babası saxladı onu
Bilmədi yetimlik nə olduğunu.
Babasının ömrü çatmışdı sona
Vəsiyyət eylədi oğlanlarına:
– Mən daha gedirəm bu nəvəmi siz
İncidib qəlbini üzməyəsiniz.
Abbasın külfəti böyükdür –dedi
Əbu Ləhəbəsə belə söylədi:
– Zənginsən ancaq çox daş ürəklisən
Bunu hiss edirəm hərəkətindən.
Bu yetimi sənə etsəm etibar
Səndə nə məhəbbət nə mərhəmət var.
Zalımsan qorxuram məndən sonra sən
Uşağın qəlbini qıra bilərsən.
Kobud hərəkətin könlünə dəyər
Nadan rəftarından bezib inciyər.
Bu müdrik qocanın sözləri haqmış
Sanki ilahidən qəlbinə axmış
Əbu Ləhəb ilə həm əbu Cəhl
Ömrü boyu ona düşmən oldu bil.
O necə də bilmiş keçəcək zaman
Nəvəsinə nazil olanda Quran
“əbu–Ləhəb”[19] adlı surə enəcək
Onun ayələri belə deyəcək:
“əlləri qurusun əbu Ləhəbin.
Qurudu da” onun əlləri lakin
“Alovlu atəşə o girəcəkdir
Var–dövləti fayda verməyəcəkdir
Cəhənnəm odunda yandığı zaman
Övrəti olacaq odun daşıyan”.
Babası uşağı vermədi ona
Üzünü çevirdi başqa oğluna.
Əbu Talib[20] dedi: – And olsun sənə
Göz üstə saxlaram onu ver mənə.
Mənim az olsa da varım sərvətim
Qardaşım oğluna var məhəbbətim.
Atası oğlundan razılıq etdi
Uşaq əmisinin evinə getdi.
Əbu Talib ona oldu mehriban
Ayırmadı onu övladlarından.
On iki yaşında olanda uşaq
Əsla xoşlamazdı oyun oyuncaq.
Şərəfli işlərə həvəsi vardı
Bir işi görəndə çox zövq alardı.
Əmisinə kömək məqsədi ilə
Qoyun otarmağa gedərdi çölə.
Bir dəfə əmisi səfərə getdi
Onu da özünə yardımçı etdi.
Gəlmişdilər Busra adlı şəhərə
Gördülər burada başqa mənzərə.
Bahira adında bir rahib keşiş
Mühəmmədi görüb belə söyləmiş:
– “Lat və Üzza”[21] haqqı bir sualım var
Cavabını düzgün de mənə aşkar.
Uşaq dedi: – Bütə mən and içmirəm
Bütpərəstliyə də nifrət edirəm.
Buheyra Allaha and verdi ona
Sual cavabını çatdırdı sona.
Dedi: – Kitablarda var belə xəbər
Gələcək axirəzzəman Peyğəmbər.
Kürəyində gərək nişanən də var
Mübarək kürəyin açıb baxdılar
Rahib görən kimi baş əydi ona
Allahın sevimli son Rəsuluna.
Əmisinə dedi: – Şama getmə sən
Getsən bu uşağı itirəcəksən.
Şamda yəhudilər duyuq düşərlər
Çünki onlarda da var belə xəbər.
Gəlibdir islamın son Peyğəmbəri
Xətaya düşərsən qayıdın geri
Əbu Talib elə o gün o axşam
Alış–verişini eylədi tamam.
İnandı rahibin buyurduğuna
Qorxudan etiraz etmədi ona.
Gördü ki ağıllı məsləhət verir
Karvanı Məkkəyə tərəf döndərir.

HƏZRƏTİ PEYĞƏMBƏRİN DÜNYAYA GƏLMƏSİ VƏ UŞAQLIQ İLLƏRİ
Mühəmməd dünyaya gəlməmiş hələ
Tarixi kitablar köstərir belə
Onun mövludundan iki ay qabaq
Atası əbdullah hazırlaşaraq
Ticarətlə bağlı gedir səfərə
Şam adında məşhur qədim şəhərə.
Yükünü tutaraq qayıdan zaman
Yəsrib[14] şəhərində köçür dünyadan.
Nə əbdullah gördü əziz körpəsin
Nə də oğlu duydu ata nəfəsin.
Onun mövlud günü sübh vaxta düşdü
Sanki bir anlığa aləm dəyişdi.
Cahan birdən–birə nura bələndi
Bütlər parçalanıb yerə ələndi
Küfrün yer üzündə laxladı adı
Kəsranın[15] eyvanı çat–çat çatladı.
Söndü ibadətgah olan ocaqlar
Sava gölü batdı məhv oldu nə var.
Ağıllı kahinlər[16] xəbər verdilər:
– Haşimi nəslindən gəldi Peyğəmbər.
Allahın hökmünə boyun əyəcək
“La–ilahə–İlləllah” o deyəcək.
Münəccimlərdən də deyənlər oldu:
“Bu gecə əhmədin ulduzu doğdu”.
Bilmirəm o günü vəsf edim necə
Tarix görməmişdi belə bir gecə.
Buludlar çəkilib açdı göyləri
Ay da öz nuruyla bəzədi yeri.
O gecə islamın parladı taxtı
Məkkənin qütbündən ulduzlar axdı.
Əbdül Müttəlib də nəvəsi üçün
Ziyafət elədi düz yeddinci gün.
Qohumlar–yaxınlar sordular: – Nədən
Mühəmməd ismini verdin ona sən?
Bu adı nəslində yoxdur daşıyan:
– Röyada bunları gördüm bir zaman.
Belimdən bir böyük ağac göyərdi
Budaqları qərbə şərqə dəyirdi.
Bütün ölkələrə kölgəsi düşür
Get–gedə bu ağac daha böyüyür.
Hər yerdən axışıb insanlar gəlir
Ağaca sitayiş səcdə edilir.
Ayılıb özümü alanda ələ
Yuxumu yozanlar söylədi belə:
– Rəbbinə həmd–səna eyləsən əgər
Nəslindən dünyaya bir uşaq gələr
Allahın ən yaxın bəndəsi olar
Onun ətrafına hamı yığılar.
Odur ki adını qoydum Mühəmməd
Bu ad “bəyənilmiş” deməkdir əlbət.
Özüm görməsəm də edirəm güman
Bu əziz nəvəmi gələcək zaman
Göydə Haqq yerdə xalq çox sevəcəkdir
Onunla çoxları fəxr edəcəkdir.
Məkkə şəhərində bir qayda vardı
Çox zaman havası ağır olardı.
Körpə uşaqları şəhərdən kənar
Səfalı yerlərdə saxlayardılar.
Ərəb adətincə Mühəmməd üçün
Süd anası tapdı babası bir gün.
Həlimə adında qadına verdi
O da obasına aldı gətirdi.
Mühəmməd onlara gələndən bəri
Kasıb ailənin güldü üzləri
O evə qədəmin qoyandan Həzrət
Özüylə gətirdi xeyir bərəkət.
Uşaq da meylini saldı qadına
“Mənim anacığım” deyərdi ona.
Mühəmməd beş yaşda olduğu zaman
Yaşıdları ilə oynadığından
Badiyədən[17] kənar çıxırlar düzə
Qəfildən baş verdi belə möcüzə.
Cəbrail yanında bir neçə mələk
Həmin uşaqlara yaxın gələrək
Birincisi sordu: – Gör o hansıdır?
İkinci göstərib dedi:– Bax odur!
Cəbrail ahəstə: – Gətirin dedi.
Tarixdə olmayan hadisə idi.
Uşaqlardan kənar etsinlər deyə
Tədricən aldılar onu dövrəyə.
Cəbrail işarə verdiyi zaman
Mələklərin biri hiss olunmadan
Allahın əmriylə qəlbinə girir
Köksünü açaraq genişləndirir.[18]
Kindən vəsvəsədən qəlbini yuyur
Elm hikmət iman nuru doldurur
Sonra kürəyinin tən ortasından
Möhür irilikdə vurdular nişan.
Onun süd qardaşı bunu görərək
Bir baş evə qaçdı divanələrtək.
Ata–anasına çatdırdı xəbər
Onlar da bu işdən heyrətləndilər.
Eşitdiklərindən qorxuya düşən
Həlimə həyəcan içində ikən.
Onda görünəndə qeyri–adi hal
Uşağı Məkkəyə gətirdi dərhal.
Baba nəvəsini alıb sevindi.
Həlimə bəxşişlə evinə döndü.
Həzrət altı yaşa çatdığı zaman
Anası Aminə köçdü dünyadan
İki il babası saxladı onu
Bilmədi yetimlik nə olduğunu.
Babasının ömrü çatmışdı sona
Vəsiyyət eylədi oğlanlarına:
– Mən daha gedirəm bu nəvəmi siz
İncidib qəlbini üzməyəsiniz.
Abbasın külfəti böyükdür –dedi
Əbu Ləhəbəsə belə söylədi:
– Zənginsən ancaq çox daş ürəklisən
Bunu hiss edirəm hərəkətindən.
Bu yetimi sənə etsəm etibar
Səndə nə məhəbbət nə mərhəmət var.
Zalımsan qorxuram məndən sonra sən
Uşağın qəlbini qıra bilərsən.
Kobud hərəkətin könlünə dəyər
Nadan rəftarından bezib inciyər.
Bu müdrik qocanın sözləri haqmış
Sanki ilahidən qəlbinə axmış
Əbu Ləhəb ilə həm əbu Cəhl
Ömrü boyu ona düşmən oldu bil.
O necə də bilmiş keçəcək zaman
Nəvəsinə nazil olanda Quran
“əbu–Ləhəb”[19] adlı surə enəcək
Onun ayələri belə deyəcək:
“əlləri qurusun əbu Ləhəbin.
Qurudu da” onun əlləri lakin
“Alovlu atəşə o girəcəkdir
Var–dövləti fayda verməyəcəkdir
Cəhənnəm odunda yandığı zaman
Övrəti olacaq odun daşıyan”.
Babası uşağı vermədi ona
Üzünü çevirdi başqa oğluna.
Əbu Talib[20] dedi: – And olsun sənə
Göz üstə saxlaram onu ver mənə.
Mənim az olsa da varım sərvətim
Qardaşım oğluna var məhəbbətim.
Atası oğlundan razılıq etdi
Uşaq əmisinin evinə getdi.
Əbu Talib ona oldu mehriban
Ayırmadı onu övladlarından.
On iki yaşında olanda uşaq
Əsla xoşlamazdı oyun oyuncaq.
Şərəfli işlərə həvəsi vardı
Bir işi görəndə çox zövq alardı.
Əmisinə kömək məqsədi ilə
Qoyun otarmağa gedərdi çölə.
Bir dəfə əmisi səfərə getdi
Onu da özünə yardımçı etdi.
Gəlmişdilər Busra adlı şəhərə
Gördülər burada başqa mənzərə.
Bahira adında bir rahib keşiş
Mühəmmədi görüb belə söyləmiş:
– “Lat və Üzza”[21] haqqı bir sualım var
Cavabını düzgün de mənə aşkar.
Uşaq dedi: – Bütə mən and içmirəm
Bütpərəstliyə də nifrət edirəm.
Buheyra Allaha and verdi ona
Sual cavabını çatdırdı sona.
Dedi: – Kitablarda var belə xəbər
Gələcək axirəzzəman Peyğəmbər.
Kürəyində gərək nişanən də var
Mübarək kürəyin açıb baxdılar
Rahib görən kimi baş əydi ona
Allahın sevimli son Rəsuluna.
Əmisinə dedi: – Şama getmə sən
Getsən bu uşağı itirəcəksən.
Şamda yəhudilər duyuq düşərlər
Çünki onlarda da var belə xəbər.
Gəlibdir islamın son Peyğəmbəri
Xətaya düşərsən qayıdın geri
Əbu Talib elə o gün o axşam
Alış–verişini eylədi tamam.
İnandı rahibin buyurduğuna
Qorxudan etiraz etmədi ona.
Gördü ki ağıllı məsləhət verir
Karvanı Məkkəyə tərəf döndərir.

İLK VƏHYİN GƏLİŞİ

 

 

 

 

 

...Oxu!
– “Bütün məxluqatı yoxdan yaradan
Rəbbinin ismilə oxu ucadan”.
“ələq”[30] surəsindən oxutdu ona
Allahın sevimli son Rəsuluna.
Bu gəliş Həzrətdə təşviş oyatdı
Səhər məbədindən evinə çatdı.
Üzündən ətrafa yayılırdı nur
Xədicə maraqla sordu: – Nə nurdur?
Peyğəmbər buyurdu: – Üstümü örtün.
Dərin bir yuxuya getdi həmin gün.
Yuxudan oyanıb danışdı bir–bir
Olan hadisəni eylədi təsvir.
Xədicə bunları eşidən kimi
Ərinə söylədi sevinən kimi:
– Sən mənə xoş xəbər gətirmisən ki.
Qanadım çatmayır uçmağa sanki.
Təsəlli verərək dedi: – “Döz bir az
Allah öz qulunu yalqız buraxmaz.
Həqiqət yolunu tutdun hər zaman
Qonşulara qarşı çox xeyirxahsan.
Fəqirə kasıba hörmət edənsən
Yolunu azana yol göstərənsən.
Ya Mühəmməd səndə gördüyüm bu nur
Peyğəmbərliyinə açıq subutdur.

Yusif Qulammirzə oğlu, "Haqqın elçisi" poemasıdan

Yazının tərtibində, kitabların elektor versiyasından istifadə olunub.


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından
Əmanətdarlıq
Bəla niyə gəlir ?!
Allah Təala tövbəkarların halına sevinir

 
user comment