Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Ali Təqlid Mərcələri Ayətullah Nimrin edamına etiraz etdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudiyyə vəhhabi rejimi Əhli Beyt (əleyhimus səlam) Məktəbinin tanınmış Alimi Ayətullah Şeyx Baqir əl Nimri edam etdikdən sonra Ali Təqlid Mərcələri bu cinayəti pisləyən bəyanatlarla çıxış ediblər.
Ali Təqlid Mərcələri Ayətullah Nimrin edamına etiraz etdi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səudiyyə vəhhabi rejimi  Əhli Beyt (əleyhimus səlam) Məktəbinin tanınmış Alimi Ayətullah Şeyx Baqir əl Nimri edam etdikdən sonra Ali Təqlid Mərcələri bu cinayəti pisləyən bəyanatlarla çıxış ediblər.

Ayətullah Nuri Həmədani bildirib ki, Səudiyyə rejimi bu addımı ilə bütün Əhli-beyt (ə) davamçılarına və əhli-sünnəyə həqarət edib. "Ali-Səud bu addımı ilə Suriya, İraq, İran, Livan və digər yerlərdə Əhli-beyt (ə) davamçıları və Əhli-sünnəyə həqarət edib".

Ayətullah Məkarim Şirazi bildirib ki, bu xəbər bütün İslam dünyasını dərin üzüntü və kədərə qərq edib. "Ayətullah Nimrin dəhşətli edam xəbəri bütün İslam dünyasını üzüntü və kədərə qərq etdi. Əgər indiyə qədər kimlərsə Səudiyyə rejiminin İslamı ləkələdiyinə dair tərəddüddə idisə, bu onlara ayılmaq üçün siqnaldır".

Ayətullah Sübhani çıxışında bildirib ki, bu xəbər bütün müsəlmanların qəlbini yaralayıb: "Ayətullah Nimrin şəhadəti bütün müsəlmanların qəlbini yaralayıb. Şeyx Nimr sadəcə olaraq Səudiyyədə olan Əhli-beyt (ə) davamçıları üçün daha yaxşı həyat istəyirdi. Bu ölkədə yaşayan Əhli-beyt (ə) davamçıları böyük məhdudiyyətlərə məruz qalır".

Ayətullah Safi Gülpəyqani bildirib ki, Ali-Səud rejimi bununla öz sonunu yaxınlaşdırıb: "Ali-Səud bilməlidir ki, Əhli-beyt (ə) aliminin məzlumcasına axıdılan şəhadət qanı İslam dünyasında daha böyük oyanışa səbəb olacaq və onların çöküşünü yaxınlaşdıracaq".

Ayətullah Cavadi Amuli də Şeyx Nimrin edam edilməsini pisləyib və bu mübariz ruhaninin edam olunması üzrə qərarın icra olunmasının Ali-Səud rejiminin süqutuna zəmin yaratdığını söyləyib.
 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment