Azəri
Thursday 28th of March 2024
0
نفر 0

ƏMR AS İMAMIN MƏZƏMMƏT DALĞALARI ALTINDA

Əmr As ibni Vailin oğlu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin besətinin əvvəllərində bir dəstə adamla onu ələ salan və o Həzrəti “Əbtər (sonsuz) adlandıranlardandır. Hiyləgər Əmr As dönük yola və günaha qərq idi. Müaviyə onu özünün xüsusi müşaviri təyin edib onun alçaq hiylələrindən Əli (əleyhissalam)-ın əleyhinə istifadə edirdi. O da dünyanın bər-bəzəyinə və Misir vilayətinin hakimiyyətinə nail olmaq üçün var qüvvəsi ilə Müaviyəyə kömək edir və başını onun astanasına qoymuşdu.

İmam Əli (əleyhissalam) həmişə belə hiyləgər və alçaq adamların bərabərində qəzəbli idi. Yeri gəlmişkən İmam Əli (əleyhissalam)-ın xəttində olanları tanımaq, eləcə də Əmr As kimi satılmış adamların qarşısında necə mövqe tutmaq lazım olduğunu bilmək üçün Əli (əleyhissalam)-ın ona yazdığı məktubun tərcüməsini diqqətinizə çatdırıram.
Məktubun başlanğıcı belədir:
Allah bəndəsi Əmirəl-Möminindən cahiliy-yət dövründə Məhəmməd və Ali-Muhəmmədlə düşmən olan əbtər  oğlu əbtər Əmr Asa Salam olsun. O, kəsə ki, Haqq yolu ilə gedir. Doğrusu sən öz kişiliyini kənara, dilini isə onunla oturub duranlardan axmaq olan fasiq və abırsız bir kəsin yolunda qoymusan. O, din və əmanəti səndən oğurlayıb dünya və axirətini bada verdi. Amma bu yolda nicat yoxdur. Əgər haqqın tərəfdarı olsaydın arzuna çatardın...
“Nəhcül-bəlağə”də gəlmiş bu məktubun başqa bir hissəsində belə oxuyuruq:
“Ey Əmr As! Sən öz dinini olan bir kəsin xəttində qoymusan. Abırlı adamların onunla oturub durması onların ətəyində ar ləkəsinə və onunla söhbət etmələri onların ağılsızlığına səbəb olar. Sən itin şir dalınca gedib onun qarətlərindən asılı olduğu kimi onun dalınca gedib hədiyyəsini istədin. Artıq ovlarına ümid bağlayıb dünya və axirətini korlamısan. Bir halda ki, əgər haqqa qovuşmasaydın istədiyinə yetişərdin, əgər sənə və Əbu Süfyanın oğlu Müaviyəyə əlim yetişərsə mütləq sizi fisq, günah və cinayətlərinizə görə cəzalandıracağam və əgər sizə əlim çatmazsa axirət dünyasında Allahın ədalət məhkəməsində sizi daha şiddətli əzab gözləyir.”

source : alhassanain
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

user comment