Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Bu gün İmam Rzanın (ə) Şəhadətini il dönümüdür – İmam Rzanın (ə) Hikmətli Kəlamları

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, miladi tarixi ilə 12 Dekabr, 2015 Tarixə təsadüf edən Hicri Qəməri Təqvimi ilə 203 –cü il, Səfər ayının 30-u qəsibkar Əbbasilər sülaləsinin xəlifəsi Məmunun (Allah onun əzabın artıq etsin) bir-başa əli ilə Allahın yer üzündə təyin etdiyi Xəlifələrindən 8-cisi olan İmam Rzanın (əleyhi səlam) zəhərlərnərək Şəhid edilən günüdür.
Bu gün İmam Rzanın (ə) Şəhadətini il dönümüdür – İmam Rzanın (ə) Hikmətli Kəlamları

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, miladi tarixi ilə 12 Dekabr, 2015 Tarixə təsadüf edən Hicri Qəməri Təqvimi ilə 203 –cü il, Səfər ayının 30-u qəsibkar Əbbasilər sülaləsinin xəlifəsi Məmunun (Allah onun əzabın artıq etsin) bir-başa əli ilə Allahın yer üzündə təyin etdiyi Xəlifələrindən 8-cisi olan İmam Rzanın (əleyhi səlam) zəhərlərnərək Şəhid edilən günüdür.

Biz ABNA olaraq bu ağır və qəmlə dolu kədərli günləri başda İmam Zaman (Allah onun şərəfli gəlişini tezləşdirsin) həzrətləri olmaqla onun haqq naibi İmam Xamenei həzrətlərinə, Ali Təqlid Mərcələrinə, ümüdünya Müsəlmanlarına və dünyanın məzlum xalqlarına təsliyyət ərz edirik.

Bu hzünlü gün münasibəti ilə, İmam Rzanın (əleyhi səlam) inci dolu hikmətli kəlamlarından bir hissəsini saytımızın izləyicilərinə təqdim edirik:

Gizlində Yaxşılıq Edənin Əcri və Pislikləri Aşkar Edənin Cəzası

İmam Rza (əleyhi səlam) buyurub: “Gizlində yaxşı iş görən şəxsin əcri 70 yaxşı iş görən şəxsin savabı qədərdir. Pislikləri aşkara görən şəxs rüsvaydır. Pislikləri ört-bastır edən və üzə çıxartmayan şəxs isə Allah tərəfindən bağışlanır.”

Təmizlik

İmam Rza (əleyhi səlam) buyurub: “Paklıq və təmiz olmaq peyğəmbərlərin əxlaqi xüsusiyyətlərindəndir.”

İnsanın Dost və Düşməni
İmam Rza (əleyhi səlam) buyurub: “Hər bir kəsin dostu onun ağlıdır, düşməni isə,  onun nadanlığı və cəhlidir.”

Ağıllı Şəxsin On Xüsusiyyəti

İmam Rza (əleyhi səlam) buyurub: “… Əgər Müsəlman kəsdə on xislət olarsa onun ağıl kamil olar: 1- Hammının ona yaxşı işlərdə ümüdü ola. 2- Onun pis işindən heç kim zərər çəkməyə. 3- Digərilərinin az xeyirli işini çox bilib yüksək səviyyədə dəyərləndirə. 4- Özünün çoxlu gördüyü xeyr işləri az hesab edə. 5- Ondan hər qədər istək və hacət istəsələr ürəyi sıxılmaya və qəzəblənməyə. 6- Ömrünün axırına kimi daim elm öyrənə və biliyin artıra. 7- Allah Təalaya özünü ehtiyaclı bilməyini her şeydən üstün tuta. 8- Allah yolunda zəlil olmağı düşmən ilə birləşib izzətli olmaqdan üstün bilə. 9- Cəmiyyət arasında gizli qalmağı məşhur olmaqdan üstün tuta. 10- Sonra İmam buyurdu: Onuncusu nədir? Nədir onuncusu?.. Səhabələri ərz etdilər: Onuncusu nədir? İmam Cavabında buyurdu: Digərinə baxdığı an həmişə onu özündən ali bilib belə deyə: “O məndən daha üstün və təqvalıdır”.”



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment