Azəri
Friday 29th of March 2024
0
نفر 0

Ölüyə və qəbirstanlıqda Quranın ''Yasin'' surəsini oxumaq olarmı?

Xəbər Agentliyi- Sual: İslamda ölüyə Quran və yaxud onun Yasin sürəsin oxumaq düzgündürmü? Cavab : Biz bu suala məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab versək daha mə
Ölüyə və qəbirstanlıqda Quranın ''Yasin'' surəsini oxumaq olarmı?

- Xəbər Agentliyi- Sual: İslamda ölüyə Quran və yaxud onun Yasin sürəsin oxumaq düzgündürmü?

Cavab : Biz bu suala məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab versək daha məqsədə uyğun heab edirik.

1-    Məhəmməd Həqqi həzrətləri ''Sirlər Xəzinəsi'' kitabında (''Hazinətül-Esrar'' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: ''Yasin'' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.''

2-    ''İslami həqiqətlər'' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: ''Gecə sırf Allah rizası üçün ''Yasin'' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.''

3-    Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (''Ruhil-bəyan'' təfsiri ''Dörd səhih hədis'' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: ''Qəbristanlığa girib ''Yasin'' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş (admin: əzab qəbr əhlinin üzərindən götrülər) olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.''

P.S: Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə və qəbirstanlıqda ''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır və günahları bağışlanır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL

 
user comment