Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

Kərbəla qəhrəmanı

Həyatın mənası insanın bir şeyə inanmağında və öz inancına çatmağındadır. Həzrəti Zeynəb (ə) –ın
Kərbəla qəhrəmanı

 Həyatın mənası insanın bir şeyə inanmağında və öz inancına çatmağındadır.

Həzrəti Zeynəb (ə) –ın həyatını araşdıranda onun həyat yolunun bir dastana bənzəməsini müşahidə edirik. Lakin bu, əfsanə deyildir. Bu, doğurdan da bir həqiqətdir. Həmin həqiqətlər elə bir qadının barəsindədir ki, öz qısa ömründə onun taleyinə ağır və acınacaqlı hadisələrlə üzləşəcəyi yazılmışdır.

İslam tarixinin ən başlıca səhifələrində bu qadın çox mühüm və əsas rol oynayır. Onun barəsində çox fəzilətlər söyləmək olar, lakin tərifləmədən, mübaliğəyə yol vermədən demək olar ki, O, əzəmətli və vüqarlı bir qadın idi.

Zeynəb (s) –ın adı İslam və bəşər tarixində həmişə qorxunc hadisələrlə yaxın olmuşdur. Hər zaman Zeynəb adı çəkiləndə dəhşətli bir faciənin şahidi olan qadın yada düşür. Bu, yaddaşlardan silinməyən qanlı Kərbəla faciəsidir.

İslam tarixçilərinin fikrincə bu tayı- bərabəri olmayan hadisə İslam tarixinin ən dəhşətli, ən rəhimsizcəsinə həlakedilmişlərin başlıcasıdır. Tarixçilərin heç biri bu vüqarlı xanımın məqamını və onun qanlı kərbəla faciəsindəki rolunu nəinki inkar etməmiş, bəlkə onu Kərbəla qəhrəmanı adlandırmışlar. O, ilk qadın idi ki, şox çətin bir vəziyyətdə çarəsiz qalmışları öz himayəsinə götürüb, susuz can verənlərin başı üzərində hazır olub, onlara sahib durmuşdur. Lakin bizim nəzərimizcə Zeynəb (s)-ın əsas vəzifəsi Kərbəla faciəsindən sonra başlanır. O zaman ki, başsız qalmış qadınlar və qızların himayəçiliyi onun öhdəsinə düşdü. Nə qədər ki, canında can vardı İmam Hüseynin xəstə oğlu Zeynalabidin (ə)-ı müdafiə etdi. Əgər onu qoruyub saxlamasaydı, onun da atası Hüseyn (ə) kimi başını bədənindən ayırardılar. O da faciənin qurbanı olsaydı İmam nəslindən bu günə kimi davam edib gələn nəsil şəcarəsi qırılardı. O xanımın başqa bir xidməti də şəhidlərin qanının hədər getməsinin qarşısını almaq idi. Zeynəb (s)- ın bu fəaliyyəti qanlı faciədən sonra başlanır. Çünki Kərbəla şəhidlərinin qanı Adəm (ə) yarasının,Nuh (ə)- ın tövbəsinin, İbrahim (ə) qəzəb və dönməzliyinin, Davud (ə)-ın Zəburunun, Musa (ə) Tövratının, İsa (ə) incilinin və Məhəmməd (ə)quranının qədir- qıyməti idi . Deməli, Zeynəbin böyük və əsas vəzifəsi Kərbala şəhidlərinin qanının hədərə getməməsinin qarşısını almaq idi.

Zeynəbin (s) qəzəbi dolu fəryadı Məhəmməd (s) -ın hüdeybiyyə sülhündəki səssiz fəryadıdır ki, Əbu süfyanın nümayəndəsi iki xal Peyğəmbərin və müsəlmanların sinəsinə salmışdı. Bu inadkarlıqla Rəsulullah ləqəbini və Bismillah kəlməsini sülh sazışının mətnindən çıxarmaq və biçarə, qəlbi sınmış müsəlmanları zorla Məkkənin bütpərəstlərinə təhvil verib hüdeybiyyədə 19 gün qaldıqdan sonra ehram halətində həcc əməllərini yarımçıq, natamam qoyaraq Mədinəyə qayıtmaları şərtləri idi.

Zeynəb (s) –ın fəryadı Məhəmməd (s) –ın hicrət gecəsindəki fəryadından doğurdu ki, insanların ən alçaq bir qrupu insanlığın böyük nümayənəsi, ədalət timsalı olan Allahın rəsulunu öldürmək niyyəti ilə plan tökmüşlər. Və beləliklə Məhəmməd (s) –ın Məkkədən köçməsinə, Əli (ə)-ın onun yerində yatmasına səbəb olmuşdular. Bu, insan ağlının naqisliyi və dəhşətli ədalətsizlikdən yaranan fəryad idi ki, Məhəmməd (s) və Əli (ə) –ın boğazında tıxanıb qalmışdı. Lakin kim var idi və kim var ki, bunları anlayaydı.

Zeynəb (s) –ın fəryadlı çıxışı anası Fatimeyi Zəhra (s)-ın qapı arxasındaki sinmiş fəryadından doğurdu. O fəryad ki, Əli (ə)-ın imamət və viladətini müdafiə edirdi və icazə vermirdi ki, Əli (ə)- dan zorla beyət alınsın Nəticədə Fatimə (s) –ın evinə od vurub o məzlumə xanımı qapı arxasında qoydular, paslanmış mismar onu yaraladı. Elə bu yara və ağır xəsarətlərdən Allah Rəsulunun qızı dünyaya gələcək Möhsününü siqt edib cavan çağlarında fani dünya ilə vidalaşmalı oldu.

Bəli, Kərbəla şəhidlərinin qanının qiyməti Zəhra (ə)-ın boğazında tıxanmış fəryadı idi ki, Zeynəb (ə)-ın fəryadı ilə həmahəngləşirdi.

Zeynəb (ə)-ın fəryadı atası Əlinin 25 illik sükutu və bu müddətdə xanəşinin olmadığı idi, necə ki, buyurur: "İslam dininin xatiri namına görülmək istənildiyi işdəki camaatın köməksizliyi və anlamazlığı üzündən 25 il gözündə tikan və boğazında sümük qalmış adam kimi dözüb səbr etdim".

Bu, ədalət və şücaət xatəminin səssiz fəryadı idi ki, insan ağlı onu dərk etməkdən acizdir. İslam Peyğəmbərləri Məhəmməd (s) –ın dininin ömründən keçdikcə həqiqi mömin və müsəlman olan o həzrətin həqiqi tərəfdarları azalır Necə ki, Quranda gəlmişdir: " "İnsanlardan əksəriyyəti anlamazlar", əksəriyyəti fikir etməzlər", "əksəriyyəti dərk etməzlər".

Bəli, budur Zeynəb ,(s) –in fəryadının mahiyyəti, mənası və məğzi.

Zeynəb (s)-ın fəryadı qardaşı Həsəni Müctəbanın o fəryadından doğurdu ki, vəfasız, köməksiz və imansız müsəlmanlar pulun xatirinə və zorun gücünə Əbu Süfyan oğlu Müaviyyənin tərəfinə keçdilər. Bu zaman İmam naçar qalıb Müaviyyə ilə sülh bağlamağa razılıq verdi. Bu arada bəziləri İmama öz etirazlarını bildirdilər. İmam Həsən (ə) qarşısındakı 17 baş qoyuna tərəf işarə edərək buyurdu: "Allaha and olsun, əgər bu sayda köməyim olsaydi Müaviyyə ilə sülh yolunu seçməzdim. Amma nə olsun ki, camaatın vəfasızlığı və ağılsızlığı onunla sülh etmək üçün müqəddimə yaratdı". Nəhayət Müaviyyə o zamana kimi cəsarət etdi ki, İmamı zəhərləyib sülh qərarlarını ayaqları altına atdı. Sonra da oğlu Yezidi müsəlmanların xəlifəsi elan edib camaatdan ona beyət aldı. Zeynəb (s)-ın böyük risaləti və çatdıracağı xəbər bu idi. Bu idi Zeynəb (s)-ın fəryadı və Zeynəb (s) idi fəryadla həqiqəti söyləyən.

Zeynəb

Neçə haqsızlığa sinə gərərək,

Dəryalar qoynunda çağlayan Zeynəb,

Nifrətdən çatılmış kaman qaşınnan,

Düşmənin bağrını oxlayan Zeynəb.

Meydanda ər kimi qılınc çalana,

Bədəni yüz yrdən yara alana,

Susuz səhralarda şəhid olana-

Nakam ömürlərə ağlayan zeynəb.

Yağı üstün tutdu qanlı savaşı,

Gəzdirdi cidada kəsilən başı,

Çaylara dönəndə gözümün yaşı,

Ahınnan sinələr dağlayan Zeynəb.

Qılıncdan, bayraqdan tutan əl üçün,

Kəsilən baş üçün, susan dil üçün,

Vaxtsız xəzan vurub solan gül üçün,

Başına qaralar bağlayan Zeynəb.

Sitəmlər çox olub gənclik vaxtına,

Şahi-Mərdanının düzlük taxtına,

Murada yetməyən qardaş baxtına,

Dözümlə yasını saxlayan Zeynəb.

Çox adam qovuşdu baba ruhuna,

Tanrı dərgahınada şahlar şahına,

Əridi, dözmədi dağlar ahına,

Haqsızı nifrətlə çığlayan Zeynəb


source : alhassanain
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment