Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Qədir Xum Bayramınız Mübarək!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 10-cu hicri ilinin zihəccə ayının 18-də Həccdən qayıdan karvan Peyğəmbərin əmri ilə dayandı və camaat Qədirdə toplaşdılar. Hamı bir birinə baxırdı və soruşurdu: Nə hadisə baş verib? Peyğəmbərin nə işi var? Peyğəmbər hündür bir yerə çıxıb Əli(ə)-ı mövla və özünə canişin adlandırdı və Əli (ə) təbriklərə cavab verərək Peyğəmbərin varisi seçildi.
Qədir Xum Bayramınız Mübarək!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 10-cu hicri ilinin zihəccə ayının 18-də Həccdən qayıdan karvan Peyğəmbərin əmri ilə dayandı və camaat Qədirdə toplaşdılar. Hamı bir birinə baxırdı və soruşurdu: Nə hadisə baş verib? Peyğəmbərin nə işi var? Peyğəmbər hündür bir yerə çıxıb Əli(ə)-ı mövla və özünə canişin adlandırdı və Əli (ə) təbriklərə cavab verərək Peyğəmbərin varisi seçildi.

Qədir gününü bayram kimi qeydə almaq İslam dünyasının ənənələrindəndir və şiələrə həsr olunmur. Tarixə istinadən peyğəmbərin yaşadığı zamandan bu gün müsəlmanlar üçün böyük bayram sayılıb və Peyğəmbər Əhli beyti onu qorumuşlar. Böyük İslam alimi Əbureyhan Biruni Asarol-Baqiyə kitabında yazıb: Qədir bayramı İslamın diqqət mərkəzində olan bayramlardandır.

Məşhur sünni şəxsiyyətlərdən olan Təlhə Şafei də bu barədə söyləyib: Bu gün Pyğəmbər(s), Əli(ə)-ı vilayət məqamına çatdırdığına görə bayram olmuşdur.

Qədir vaqiəsi o qədər məşhurdur ki, çoxlu tarixçilərin diqqətini cəlb etmişdir.

Əllamə Əmini şiə alimlərindən əlavə sünni alimlərin barəsində etibarlı sözlərini 360 sənəd kimi əl-Qədir kitabında toplamışdır.

Qədirin neçə cəhətdən əhəmiyyəti var. Bu cəhətlərin biri Əli(ə)-ın misilsiz fəzilətləri və imtiyazlarına diqqət yetirməkdir. Qədir vadisində bu macəranı müşahidə edənlərin çoxu yaxından Əlinin fəzilətləri ilə tanış idilər və bilirdilər ki, o ən üstün şücaət, iman, sədaqət və ədalətsevərlik xüsusiyyətlərinə malik olduğuna görə rəhbərlik üçün ən münasib seçimdir də.

Böyük Sünni alim İbni Əbi əl-Hədid bir tarixçidən nəql edir ki, Peyğəmbər (s), Əli(ə)-a buyurmuşdur: Əgər bundan qorxmasaydım ki, İsanın tərəfdarlarının İsa haqqında danışan sözləri camaat, sənin barəndə də deyəcəklər səninlə əlaqədar bir söz deyərdim ki, hər yerdən keçəndə camaat sənin ayağının torpağını mübarək saysınlar.

Quran Kərimdə də Əli(ə)-ın fəzilətləri əzizlənib. Şiə və Sünni təfsirçilərin bərabər nəzəri olan Əli(ə)-ın şənindəki ayələrdən biri Maidə surəsinin 55-ci ayəsidir. Bu ayədə oxuyuruq: Olsun ki sizin vəliniz Allah və onun peyğəmbəri və iman gətirib roku halında sədəqə verənlərdilər.

Bu ayə Mübahilə və Təthir ayələri kimi hamısı Peyğəmbər Əhli Beyti və onların başında Əli(ə)-ın yüksək məqamını və Vəli kimi təqdim olunmalarını göstərir.

Əbuzər Qəffari demişdir: Peyğəmbər Əlinin roku halında üzüyünü dilənçiyə bağışlamasından xəbərdar olduqdan sonra buyurdu: İlahi qardaşım Musa səndən istədi ki, işləri ona asanlaşdırasan və onun sözlərini xalqa düşündürəsən . O istədi ki, qardaşı Harunu ona vəzir və yardımçı edəsən. İlahi! Mən Məhəmməd, sənin Peyğəmbərin və seçilmişinəm . Mənim işlərimi asanlaşdır və Əlini Mənə vəzir et ki, arxam olsun. Peyğəmbərin duası sona çatmamışdır ki, Cəbrayıl nazil olub Maidə surəsinin 55-ci ayəsini ona çatdırmışdır.

Əslində Qədirin ən əhəmiyyətli cəhəti Əli(ə)-ın vilayəti və rəhbərliyidir.

İslam ictimaiyyətində vilayət Allaha və Peyğəmbərə aiddir . Buna görə də Əli (ə)-ı vilayət məqamına çatdırmaq onun yüksək mövqeyini göstərir.

İran İslam Respublikasının rəhbəri Həzrət Ayətullah əl-Üzma Xameneinin təbirincə: Qədirin dərin fəlsəfəsi və ulu Peyğəmbərin mübarək əli ilə Əli(ə)-ın rəhbərlik məqamına təyin edilməsi bu idi ki, insanların tərbiyəsi ilə bütün yer körəsində ədalətə əsaslanmış səadətli bir ictimaiyyəti təşkil edilsin . Bütün ilahi peyğəmbərlərin seçilməsinə məqsəd insanın tərbiyəsi olmuşdur və sonuncu Peyğəmbər bu hərəkəti davam etdirib əbədiləşdirmək üçün Əmir əl-Möminini özünə canişin təyin etdi ki, bəşər Əimmənin vasitəsi ilə tədricən tərbiyə edilsin və bəşər ictimaiyyəti həqiqi yaşayış nöqtəsinə çata bilsin.

Buna görə də ictimaiyyətin vəlisi olmaq istəyən şəxsin özü pak insani dəyərlərə malik olmalıdır. Ədalətli olmaq vilayətin zərurətlərindəndir. Əgər ictimaiyyətin rəhbəri ayrı-seçilik və zülmə yol verərsə vilayət məqamı ondan alınmalıdır. Başqa sözlə İslamda vilayət sözü və pərhizkar şücaətli özünü ələ alan və müdrik insanların hakimiyyəti mənasındadır. Rəhbər o şəxsdir ki, ictimaiyyətin əsas siyasətlərini İslam prinsiplərinə əsaslandıra bilsin.

İşlərdə inkişafa nail olan mürəkkəb məsələlərlə üzləşəndə ona müraciət lazımdır ki, ədalətə əsaslanmaqla problemlər həll edilsin . Əli (ə) bu xüsusiyyətlərə malik olaraq Allah tərəfindən vilayətə seçilmişdir.

Beləlikləd də Qədirin mövzusu etiqad üçün bir başlanğıc sayılır. Quran Kərimin Maidə surəsinin 3-cü ayəsində oxuyuruq: Bu gün kafirlər sizin dinizi yayındırmaqdan ümidsiz olublar, bu gün sizin dinizi kamilləşdirdim, neməti sizə kamilləşdirdim və sevinirəm ki, İslam sizin ayiniz olsun. İmam Rza(ə) Qədirin əhəmiyyəti barəsində buyurub: Allaha and olsun ki, əgər insanlar Qədir gününün dəyəri ilə tanış olsalar mələklər hər gün 10 dəfə onlarla əl verərdilər.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment