Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Şeytan haqqında

Allahın iblislə rəftarından dərs almaq İmam Əli(ə):«Allahın iblislə rəftarından dərs alın. Belə ki, Allah-taala onun uzunmüddətli işini, yorucu zəhmətlərini bir anlıq təkəbbürə görə batil etdi. O altı min il Allaha ibadət etmişdi və özü də məlum deyil bunlar dünya illərindəndir, yoxsa axirət illərindən.» Şeytandan Allaha sığınmaq Quran: «De:«Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram. Ey Rəbbim! Onların mənim yanımda hazır olmalarından sənə sığınıram.» «Quran oxumaq istəyəndə qovulmuş
Şeytan haqqında

Allahın iblislə rəftarından dərs almaq
İmam Əli(ə):«Allahın iblislə rəftarından dərs alın. Belə ki, Allah-taala onun uzunmüddətli işini, yorucu zəhmətlərini bir anlıq təkəbbürə görə batil etdi. O altı min il Allaha ibadət etmişdi və özü də məlum deyil bunlar dünya illərindəndir, yoxsa axirət illərindən.»
Şeytandan Allaha sığınmaq
Quran:
«De:«Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram. Ey Rəbbim! Onların mənim yanımda hazır olmalarından sənə sığınıram.»
«Quran oxumaq istəyəndə qovulmuş şeytandan Allaha sığın.»

Hədis:
İmam Əli (ə):«Allaha həmd edir, şeytanın qovulması və uzaqlaşdırılmasına görə, eləcə də onun tələ və hiylələrindən salamat qalmağa səbəb olan işlərdə Allahdan kömək istəyirəm.
Şeytanın insanla düşmənçiliyi
Quran:
«Həqiqətən, şeytan sizin düşməninizdir. Bəs, siz də ona düşmən olun. Həqiqətən, o öz dəstəsini arxasınca çağırır ki, onlar Cəhənnəm əhli olsunlar.»
Hədis:
İmam Əli (ə): Gizlincə qəlblərə nüfuz edən və asta-asta qulağlara ovsun oxuyan düşməndən çəkinin.»
İmam Sadiq (ə) :«İblis məkr və hiylə dolu bu sarayın hər yerində öz tələlərini qurmuşdur və onun məqsədi bizi sevənlərdən başqa bir kimsə deyil.»
İmam Kazim (ə): -»Cihad hansı düşmənlə daha çox vacibdir?» sualına cavabından- «Sənə daha yaxın və səninlə düşmənçiliyi daha çox olanla... və sənin düşmənlərini sənə qarşı təhrik edənlə. O da şeytandır.»
Şeytanın fitnələrindən agah etmək
Quran:
«Ey Adəm övladları! Şeytan sizin ata-ananızı Cənnətdən çıxardıb ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldatmasın. O və onun dəstəsi sizi, onları görmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytanları iman gətirməyənlərin dostları etdik.»
Hədis:
İmam Əli(ə):«Yoldan arzdıran üç amil var: qadınları sevmək (şeytanın qılıncıdır), şərab içmək (bu şeytanın tələsidir), dirhəm-dinara məhəbbət (bu da şeytanın oxudur).»
Şeytana sitayiş edənlər
Quran:
«Ey Adəm övladları! Məgər sizinlə əhd-peyman bağlamamışdı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir?»
Hədis:
İmam Əli (ə) (Şeytanın ardınca gedənləri məzəmmət edərək): «Onlar şeytanı öz işlərinin meyarı etdilər və şeytan da onları öz tələsinə çevirdi. Beləliklə, onların qəlblərində yumurta saldı, cücə çıxartdı, tədricən ağıllarına nüfuz etdi, onları xətalara və büdrəyişlərə düçar etdi, batili gözlərində bəzədi. Onların işləri güclərində şeytan şərik olan və onun dili ilə batil söz danışan şəxsin işi kimidir.»
Şeytanın fitnələri
Quran:
«Şeytan sizi yoxsulluqla qorxudur və sizə pis işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və bəxşişlər vəd edir. Allah geniş rəhmət sahibi və hər şeyi biləndir.»
«Şeytan onlara vədə verir və öz arzularının tələsinə salır. Şeytan onlara yalan vədədən başqa bir şey verməz.»
«Bəs, niyə Bizim əzabımız onlara çatanda nalə çəkmədilər? Çünki onların qəlbləri daşlaşmış və şeytan onların əməllərini öz nəzərlərində bəzəmişdir.»
Hədis:
İmam Əli (ə):«Ey Kumeyl! İblis öz tərəfindən vədə vermir, əksinə, öz Rəbbinin tərəfindən vədə verir ki, onları günah etməyə vadar etsin və ölümün uçurumuna atsın.»
İmam Əli (ə):«Şeytan bəndəyə təhkim olunmuşdur. Günah etməkdən ötrü günahı onun gözlərində bəzəyir və tövbəyə də ümidvar edir
ki, onu təxirə salsın.»
İmam Səccad (ə)- duasında- «Əgər şeytan hiyləylə onları Sənin itaətindən çəkindirməsəydi, heç bir günahkar sənə qarşı günah etməzdi. Əgər batili onlar üçün haqq libasında göstərməsəydi, heç bir yolunu azan Sənin yolundan azmazdı.»
İmam Sadiq (ə) :«İblis öz qoşununa deyər:«İnsanlar arasında paxıllıq və haqqa təcavüz toxumu səpin. Çünki bu ikisi Allah yanında şirkə bərabərdir.»
Şeytandan qorunmaq
Quran:
«Həqiqətən, Şeytanın iman gətirən və öz Rəbblərinə təvəkkül edənlərin üzərində hakimiyyəti yoxdur.»
«Həqiqətən, sənə tabe olan yolunu azmışlardan başqa, bəndələrimin üzərində heç bir hakimiyyətin yoxdur.»
Hədis:
İmam Əli (ə):«Çox dua et ki, şeytanın şərrindən amanda qalasan.»
İmam Baqir (ə) :«Həqiqi qorxu ilə özünü iblisdən qoru.»
İmam Sadiq (ə):«İblis dedi:«Beş nəfs var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə səbrsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir. Ancaq, qalan bütün insanlar mənim ovcumun içindədir»
Şeytana aldanmaq
Quran:
«Kim Rəhman Allahı yad etməkdən üz döndərərsə, onunla yoldaş olmaq üçün ona bir şeytan təyin edərik.»
Hədis:
Allahın Peyğəmdəri (s):«Bir gün Musa (ə) oturmuşdu və iblis onun yanına gəldi... Musa (ə) buyurdu:«Mənə elə bir günahdan xəbər ver ki, insan onu edəndə sən ona hakim olasan.» İblis dedi:«Özündən razı olmaq, əməlini çox görmək, günahı öz nəzərində kiçik görmək.»
İmam Əli (ə):«Şəhvətpərəstlərlə yoldaşlıqlıq imanın unu‌dulmasına və şeytanın hazır olmasına gətirib çıxarar.»
İmam Sadiq (ə):«İblisin qadınlardan və qəzəbdən daha güclü ordusu yoxdur.»

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


source : sibtayn
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment