Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Əli Laricani: Yəmənə təcavüz etmək İslami ölkəyə yaraşmaz

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 32-ci Beynəlxalq Qurani kərim Müsabiqələrinin bağlanış mərasimində çıxış edən İran İslam Respublikasının Spikeri Doktor Əli Laricani bu növ müsabiqələrin İslami İran üçün xeyli bərəkət gətirdiyinə işarə edərək bildirib: “Bu tip müsabiqələr davamlı olmalıdır
Əli Laricani: Yəmənə təcavüz etmək İslami ölkəyə yaraşmaz

hli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 32-ci Beynəlxalq Qurani kərim Müsabiqələrinin bağlanış mərasimində çıxış edən İran İslam Respublikasının Spikeri Doktor Əli Laricani bu növ müsabiqələrin İslami İran üçün xeyli bərəkət gətirdiyinə işarə edərək bildirib: “Bu tip müsabiqələr davamlı olmalıdır.”

Doktor Laricani daha sonra deyib: “Əgər Quranın dəyərli kəlamlarını başa düşmək istəyiriksə mütləq pak Əhli Beytin (əleyhimus səlam) və Qurani Kərimlə ünsüyyətdə olan insanların buyurduqlarına əml edək. Çünki Peyğəmbərdən sonra Quranın təfsirçiləri onlardır və Quranın təfsirinin bir çox qismi məhz onların vasitəsilə bizlərə çatıb.”

İslami Şuara Məclisinin Spikeri daha sonra böyük İrfan şairi Hafiz Şirazinin bir neçə beyt qəzəlini oxuyaraq bildirib: “İmam Hüseynin yolunu davam etdirmək istəyən hər bir kəs bilməlidir ki, yalnız Qurana əməl etməklə bu işin öhdəsindən gələ bilər. Hafiz Şirazinin də, İslam İrfanından dərk etdikləri Qurani Kərimdə dərin düşüncələrə varmasından irəli gəlir.”

Cənab Laricani daha sonra deyib: “Əgər biz istəyiriksə iradə və seçimimiz Allahın nurani iradəsi ilə üst üstə düşə və hər bir tədbirimiz İlahi tədbirə çevrilə gərək Qurana əməl edək.”

O, daha sonra İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) buyuruqlarına işarə edərək deyib : “Allahın Peyəmbəri buyurub: Hər zaman işləriniz qaranlıq gecə təkin sizə təzyiq edərsə Qurani Kərimə pənah gətirin. Bilin və agah olun ki, Quran insanı ən yaxşı yolalara hidayət edəndir.”

Doktor Əli Laricani İslam ümmətinin mövcud şəraitə düşməsinin əsas səbəbini Quran və onun maarifindən uzaq düşmələri olduğuna işarə edərək bildirib: “Əlləri Müsəlmanların qanlarına aludə olan təkfirçi - ekstrimist cəryanlar və digər ölkələrə hakimkəsilmək fikrində olan böyük qüdrətlər keçmiş hiyləəgər plalarını dübarə istifadə edirlər. Biz bu günə kimi böyük dövlətlərin hiylələrinə allanmamışıq.”

İran İslam Respubliukasının İslami Şura Məclisinin- parlamentinin Sipkeri daha sonra deyib: “Yəmən hadisəsi kimi bir faciəyə əl atmaq İslam Ümmətinə yaraşan iş deyil. İslami bir ölkənin öz təhlkəsizliyini bəhanə edərək bir qrup insanları öldürməsi və insanları sərgərdan vəziyyətinə gətirib çıxarması heç cürə izah olunan iş deyil.”

O, daha sonra deyib: “Gərək müharibə edib kütləvi insan qırğınlarına əl atan ölkələrdən sual oluna ki, məgər İslam buyurmayıb ki, “Müsəlman Müsəlmanın qardaşıdır”, nəyə görə onlar deyirlər ki, biz İrandan qorxuruq? Görəsən İslam İnqilabı baş tutduqdan sonra İranın digər bir İslam ölkəsinə hücum etdiyinin şahidimi olublar?.”

O, daha sonra buyurub: “Biz müxtəlif İslami məzhəblərə bölünürük, Əllamə Təbatəbai də buyurublar ki, bütün İslam firqələri Üsuli Din məsələsində hətta Frui Din məsələlərində də, bir biriləri ilə ortaqdırlar.”

Laricani cənabları daha sonra İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) Merac hadisələrindən birini stat gətirərək Hədisi Qüdsiyə işarə edib: “Peyğmbər cənabları ərşə qalxdığı zaman cənab Allahdan mömünlərin onun yanındakı hörmətindən soruşduqda, cənab Allah ona belə buyurdu: “Hər kim məni sevən bir kəsi təhqir edərsə aşkara mənimlə müharibəyə qalxmışdır”.”

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə
Xəlifə sülaləsinin muzdlu qüvvələri yaxın məsafədən qadına atəş açdılar
Mö᾽minin mö᾽minlə əlaqəsi İNSANLARIN MÜNASİBƏTİNDƏ BƏ᾽Zİ İNCƏLİKLƏR
Ərəbistanın Yəmənə olan təcavüzləri 7400 can alıb
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...

 
user comment